Baku Engineering Academy

Baku Engineering Academy

Share

A place that will make you an engineer! ✌️

Photos from Baku Engineering Academy's post 06/08/2024

Bakı Mühəndislik Akademiyasında, biz yeni nəsil mühəndisləri yetişdirməyə başlayırıq. Təcrübəli təlimçilərimiz və qabaqcıl tədris proqramlarımız tələbələri bu günün dinamik mühəndislik sahəsində müvəffəqiyyət qazanmaq üçün zəruri bacarıq və biliklərlə təmin edir.

📚 Təklif etdiklərimiz:
1. Müxtəlif mühəndislik ixtisaslarında əhatəli proqramlar
2. Sənaye əməkdaşlıqları vasitəsilə praktiki təcrübə
3. Tədqiqat və innovasiya imkanları
4. Karyera inkişafı dəstəyi və staj imkanları

Birlikdə biz innovasiyaları inkişaf etdirə və daha parlaq gələcək yarada bilərik.

21/10/2023

Salam, bütün mühəndislər və texnologiya həvəskarları! 🌟

Bu, “Azərbaycan Mühəndislər Cəmiyyəti”nin dəvət postudur! Burada biz mühəndislik sahəsində ən son yenilikləri paylaşacağıq, təcrübə mübadiləsi aparacağıq və bacarıqlarımızı nümayiş etdirəcəyik. Bundan əlavə, biz bir-birimizi tanıyacağıq və kollektiv şəkildə inkişaf edə biləcəyimiz layihələr haqqında müzakirələrdə iştirak edəcəyik.

Azərbaycanda mühəndisliyin gücünü və potensialını artırmaq üçün bizə qoşulmağa hazırsınızmı? Hamınızı bu cəmiyyətin bir hissəsi olmağa dəvət edirik! 🚀🔗

✅ Link vasitəsi ilə dostlarınızı bu cəmiyyətin bir üzvü olmağa dəvət edə bilərsiniz.

🌐 Link:
https://whatsapp.com/channel/0029Va83Xtr2ZjCiPhAqL435

25/12/2022

Bəzən düşünürsünüz ki, mühəndislik çox qazanclı sahədir.

Bilirsiniz ki, sahəsində çalışan insanların əksər hissəsi bayramları öz ailəsi ilə deyil, işlədiyi müəssisədə işinin başında qeyd edir.

Bəziləri soyuqda, bəziləri yüksək temperaturlu yerlərdə, bəziləri isə ağlınıza gəlməyəcək mühitlərdə yeni ili qarşılayır.

❤️ Bugünkü rahatlığımızı, əlçatanlığımızı və dəyərləri formalaşdıran olan şəxslərdir. Onlara dəyər verin!

✅ Sorğu: Mühəndislik sahəsində çalışan şəxslər adətən yeni ili necə qeyd edir?

14/12/2022

🔊 2022-ci ilin sonuncu görüşünün tarixi müəyyənləşdi.

Masa görüşündə texniki sahənin mütəxəssisləri və həmin sahədə təhsil alan tələbələrin iştirakı nəzərdə tutulmuşdur.

Görüş "networking" məqsədlidir və heç bir öhdəlik daşımır. Görüşdə suallarınızı bir başa mütəxəssislərə ünvanlaya və sizə qaranlıq mövzuları müzakirə edə bilərsiniz.

🗓️ Tarix: 18 Dekabr, 18:00
🟢 Qeyd: Məkan iştirakçıların ortaq qərarı əsasında 1-2 gün əvvəlcədən təyin olunur.

➕ İştirak etmək istəyən şəxslərin rəyə "+" yazmağı kifayətdir.

27/11/2022

🔊 Bir layihəsi mühəndisləri və proqramistləri bir araya gətirəcək. Sayca 6-cı görüşümüzdə mühəndislik və proqramlaşdırma sahəsində təhsil alan və ya çalışan şəxsləri masamıza gözləyirik.

Görüş Dekabr ayında keçiriləcək. Məkan və vaxt haqqında dəqiq məlumat 1 həftə əvvəl iştirakçılara göndəriləcək.

Qoşulmaq istəyən şəxslərin bu postun rəy hissəsinə "+" yazmağı kifayətdir.

Ətraflı məlumat üçün səhifəmizi izləməyə davam edin.

Həmçinin: .az

16/10/2022

ℹ️ 15 oktyabr, 16:00-da sezonun ilk, sayca isə beşinci "masa görüşü" baş tutdu. Daha çox kütləyə çatmaq üçün, yeniliklər üzərində işləyən, bu görüşün baş tutmasında iştirak edən hər bir şəxsə təşəkkürümüzü bildiririk. 🙂

ℹ️ Fərqli düşüncədə insanlarla mübadilə həqiqətən mükəmməl bir şeydir. Eyni istiqamətli fərqli sahələrin insanları əsl qrup işini formalaşdırır. Bu gün beşinci masa görüşü baş tutdu.

Müxtəlif sahələrdə çalışan şəxslər həmin sahələrin incəliklərini müzakirə edib, öz tövsiyyələrini paylaşdılar.

Qoşulmaq istəyənlər üçün link: https://www.facebook.com/groups/1780124678986490/?ref=share

04/08/2022

Onlayn yoxsa ənənəvi təhsil? Fərqlər və üstünlüklər nələrdir? Hansı sahələrdə təhsil növü əsas rol oynayır.

Son zamanlarda dünyanı öz ağuşuna alan Koronavirus digər sahələrə olduğu kimi təhsil sahəsinə də öz təsirini göstərmişdir. Belə ki, virusun yayılması nəticəsində təhsil ocaqlarının bağlanması onlayn təhsilin daha da aktuallaşmasına səbəb olmuşdur.

“eLearning” yaxud “distant learning” adlandırılan online təhsil, tələbə və müəllimin fiziki olaraq eyni mühitdə olma məcburiliyini aradan qaldıran, internet üzərində baş verən təhsil sitemidir. Online təhsil zamanı kompüter, peyk, video, audio, qrafik, multimedia kimi texnologiyaların vasitəsilə təhsillə bağlı məlumatlar, dərslər şagirdlərə çatdırılır, müəllim və şagird məsafə və ya vaxt baxımından ayrı olsalar da, istənilən telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilir.

Təhsilin geniş coğrafiyada əldə olunmasının təmin edilməsi, transmilli proqramların inkişafı və təklifi, təhsilin sürətini tənzimləmədəki sərbəstlik, nəqliyyat xərclərinin azalması və ya tamamilə yox olması distant təhsilin əsas üstünlükləridir. Eyni zamanda, bu sistem şagirdlərə ölkəni tərk etmədən xaricdə təhsil almaq, həm oxuyub, həm də işləmək, asudə vaxtlarını səmərəli dəyərləndirmək kimi imkanlar yaradır.

Ənənəvi təhsil sistemi isə eyni mühit şəraitində baş verir, şagirdlər bir-birləri ilə üz-üzə əlaqə qurur və müxtəlif təcrübə layihələrində iştirak edə bilir. Həmçinin, bu təhsil sistemi tələbələrə daha çox motivasiya verir və daha böyük kütlə arasında nitq özgüvəninin artmasına səbəb olur.

Bəs online yoxsa ənənəvi təhsil daha yaxşıdır?

Hər iki təhsil sisteminin özünəməxsus üstünlükləri və çatışmazlıqlarının olmasına görə bu suala cavab vermək bir qədər çətin olsa da, aparılan sorğu və araşdırmalar nəticəsində ənənəvi təhsilin hər zaman bir addım öndə olduğunu söyləmək mümkündür. Belə ki, Daymond və Blau (2008)və Yerby və Floyd(2013) tərəfindən aparılan erkən araşdırmalar, online tələbələrin ənənəvi tələbələrə nisbətən daha yaxşı performans göstərdiklərini, lakin daha yaxşı olmadığını təsbit etmişdir.

23/06/2022

Proqramlaşdırmağa haradan və necə başlayım sualını verirsənsə, bu fürsəti qaçırma! 😊

Proqramlaşdırma sahəsinə addım atmaq üçün, startı Pythondan götürməyiniz ən yaxşı seçim ola bilər. Aydın və anlaşıqlı sintaksisə malik Python dilinin populyarlığının əsas səbəblərindən biri digər dillərlə müqayisədə sadə olmasıdır.

Sənin üçün xüsusi hazırlanmış tədris proqramımız bu dilin incəliklərini daha dərindən mənimsəməyinizə kömək edəcək. Python təlimimizə qoşul və karyeranda addımı bərabər ataq. 🙂

Ətraflı məlumat üçün rəydə "+" yazmağınız kifayətdir. 🙂

📞 +994 70 441 0 800
(Həmçinin, Whatsapp ilə yaza bilərsiniz)

23/06/2022

Mühəndislik və proqramlaşdırma sahəsində təhsil alan və ya işləyənlərin toplaşdığı masamıza sən də qoşul! 🙂

Masamızda müxtəlif şirkətlərdə fəaliyyət göstərən bir çox mühəndislər və mütəxəssislər iştirak edəcək. Onların tövsiyyələrini dinləyə və öz ideyalarınızı bölüşə biləcəksiniz.

Həmçinin, bu sahə üzrə mütəxəssislərlə networking yaradacaq və öz ətrafınızı formalaşdıracaqsınız. 4-cü dəfə keçiriləcək görüşümüzdə vaxtın necə keçəcəyini hiss etməyəcəksiniz. 🙂

Görüş 30 İyun, saat 18:00-da keçiriləcək. Görüş yeri iştirakçıların ortaq seçimi əsasında təyin olunur.

05/06/2022

Proqramlaşdırmağa haradan və necə başlayım sualını verirsənsə, bu fürsəti qaçırma! 😊

Proqramlaşdırma sahəsinə addım atmaq üçün, "start"-ı Pythondan götürməyiniz ən yaxşı seçim ola bilər.

Aydın və anlaşıqlı sintaksisə malik Python dilinin populyarlığının əsas səbəblərindən biri digər dillərlə müqayisədə sadə olmasıdır.

Sənin üçün xüsusi hazırlanmış tədris proqramımız bu dilin incəliklərini daha dərindən mənimsəməyinizə kömək edəcək.

100 gün davam edəcək Python təlimimizə qoşul və karyeranda addımı bərabər ataq.

Ətraflı məlumat üçün rəydə "+" yazmağınız kifayətdir. 🙂

📞 +994 70 441 0 800
(Həmçinin, Whatsapp ilə yaza bilərsiniz)

22/05/2022

Sizin üçün xüsusi hazırlanmış tədris proqramımız bu dilin incəliklərini daha dərindən mənimsəməyinizə kömək edəcək. 🙂

100 gün davam edəcək Python təlimlərimizə qoşul və mühəndislik karyeranda ilk addımını bərabər ataq. 🙂

Ətraflı məlumat üçün zəng edə bilərsiniz:
📞 +994 70 441 0 800
(Həmçinin, Whatsapp ilə yaza bilərsiniz)

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Af Business House
Baku
AZ1010