APA MUN

APA MUN

Share

This is the official Facebook account of DIA MUN managed by Public Relations Team.

20/02/2023

📣 Əziz gənclər,

Dövlət İdarəçilik Akademiyası MUN Klubu və İntellektual Oyunlar Klubun təşkilatçılığı ilə 27 fevral saat 14:00-da, Dövlət İdarəçilik Akademiyasında baş tutacaq "Diplomatiya mövzulu tandem" oyununa qeydiyyatı açıq elan edirik!

Əgər siz də vaxtınızı səmərəli və yeni biliklər alaraq keçirmək istəyirsinizsə qeydiyyatdan keçməyə tələsin!

📍Qeyd: Oyunda yalnız 25 tandem iştirak edə biləcək və qeydiyyatdan keçən komandalar ilə qeydiyyat bitdikdən sonra əlaqə saxlanılacaq.

📍Qeyd: Tədbirdə tandem üçün iştirak haqqı 4 AZN-dir və qeydiyyatınız yalnız ödəniş etdikdən sonra təsdiqlənir.

❗Son qeydiyyat tarixi: 24 fevral, 23:59

❗Qeydiyyat linki: https://forms.gle/dE32xRG2PkTEFmjt5

📣 Dear youth,

We are happy to announce the "Diplomacy-based Tandem" game, which is going to be at 14:00 on the 27th of February, organized by the Academy of Public Administration's Model of United Nations and Intellectual Games Club!

If you want to spend your time productively while gaining the knowledge, hurry up to register!

📍Note: Only 25 tandems can participate in the game and we will contact the selected participants after the deadline is over!

📍Note: The fee for tandem participation in the event is 4 AZN and your registration will be completed only after payment.

❗Deadline: 24th of February, 23:59

❗ Link for the participation: https://forms.gle/dE32xRG2PkTEFmjt5

31/12/2022

[ENG 🇬🇧]

Hello!

So, as APAMUN Club, we want to congratulate you with upcoming New Year! We want to wish you everything the best! May all your dreams be implemented in upcoming New Year!

This year was essential for us, because it was the year when our club was created. We hope to see you in our big and interesting conferences and other events in upcoming year - 2023!

Most important - stay tuned for getting the information about our activities first!

[AZE 🇦🇿]

Salamlar!

APAMUN Klubu olaraq sizi qarşıdan gələn Yeni İl münasibəti ilə təbrik etmək istəyirik! Sizə hər şeyin ən yaxşısını arzulayırıq! Qarşıdan gələn Yeni İldə bütün arzularınız həyata keçsin!

Bu il bizim üçün vacib idi, çünki klubumuzun yarandığı il idi. Sizi qarşıdan gələn 2023-cü ildə böyük və maraqlı konfranslarımızda və digər tədbirlərimizdə görməyə ümid edirik!

Ən əsası - fəaliyyətlərimiz haqqında ilk məlumat almaq üçün bizi izləyin!

31/12/2022

[AZE 🇦🇿]

Həmrəylik millət üçün vacib komponentlərdən biridir.

APAMUN Klubu olaraq sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmək istəyirik!

[ENG 🇬🇧]

Solidarity is one of the essential components for the nation.

We, as APAMUN Club, want to congratulate you with the Solidarity Day of World Azerbaijanis!

02/12/2022

[ENG 🇬🇧]
Dear youth,

We are happy to share the video output from Academy of Public Administration's Model of United Nations Club's (APAMUN Club) first event as well!

---------------------------------

[AZE 🇦🇿]
Əziz gənclər,

Dövlət İdarəçilik Akademiyasının Birləşmiş Millətlər Təşkilatı Modeli Klubunun (APAMUN Klubu) ilk tədbirindən olan videoçarxı sizin ilə bölüşməkdən qürur duyuruq!

Photos from APA MUN's post 01/12/2022

[AZE 🇦🇿]

Əziz Gənclər,

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında APA MUN Klubunun “BMT-dən öncəki vəziyyət: Millətlər Cəmiyyəti” mövzusunda ilk tədbiri keçirilmişdir.

Klubun Baş Katibi Fatimə Kərimli açılış nitqi ilə çıxış etdikdən sonra klubun Tədqiqat və İnkişaf Departamentinin üzvlərinin iştirakı ilə Millətlər Cəmiyyətinin yaranma tarixi haqqında sessiya baş tutmuşdur.

Bundan sonra Birləşmiş Millətlər Təşkilatının yaradılması ilə bağlı simulyasiya keçirilib.

AzMUN Proqramının üzvləri - Fəxri Həsənov və Nigar Ələsgərli simulyasiyanın sədri və direktoru kimi tədbirdə iştirak ediblər.

Bizə qoşulan və dəstək olan bütün tələbələrə öz təşəkkürümüzü bildirmək istəyirik!

Növbəti tədbirlərimizdə sizi səbirsizliklə gözləyirik!
______________________

Dear Youth,

On November 30, APA MUN Club held its first event at the Academy of Public Administration under the President of the Republic of Azerbaijan dedicated to the topic "The situation before the UN: League of Nations"

The opening speech was made by the Secretary-General of the Club Fatima Karimli, then the representatives of the Research & Development Department delivered a session about the history of the League of Nations.

After it, the simulation about the establishment of the United Nations was conducted. The members of AzMUN Program - Fakhri Hasanov and Nigar Alasgarli joined us as a Chair and Director of the simulation.

We want to express our gratitude to all of the students that joined and supported us!

Looking forward to our next events!

Photos from APA MUN's post 23/11/2022

[AZE 🇦🇿]

Dəyərli DİA tələbələri,

30 noyabr tarixində Dövlət İdarəçilik Akademiyasında baş tutacaq tədbirimizə müraciət etmək üçün sadəcə 1 gün qalıb! Bu şansı qaçırma və bio hissəsində yerləşən linkdən tədbirimizə müraciət et!

Hər birinizə uğurlar!

Müraciət formasının linki: https://bit.ly/3AA8qWS

[ENG 🇬🇧]

Dear APA Students,

There is only one day left to apply for our event that is going to be at the Academy of Public Administration on 30th of November! Don't miss this chance and apply for this opportunity via the link that is provided in the bio!

Good luck to all of you!

The link of the application form: https://bit.ly/3AA8qWS

̇dman ̇

21/11/2022

[AZE 🇦🇿]
Əziz DİA Tələbələri,

APAMUN Klubu ilk tədbiri ilə qarşınızdadır!

30 noyabr tarixində Dövlət İdarəçilik Akademiyasında baş tutacaq tədbir “BMT-dən öncəki vəziyyət: Millətlər Cəmiyyəti” mövzusuna həsr olunacaq. Tədbir ilk öncə Millətlər Cəmiyyəti haqqında qısa sessiya ilə başlayacaq, daha sonra isə iştirakçılar Birləşmiş Millətlər Təşkilatının yaranmasına həsr olunmuş tarixi simulyasiyada iştirak edəcəklər.

Qeyd edək ki, tədbirdə yalnız 30 nəfər iştirak edə biləcək və bu 30 nəfər müraciət forması və müsahibə əsasında seçiləcəkdir. Sizdən müraciət formasını da diqqətlə doldurmağınızı sizdən xahiş edirik.

Qeyd: Yalnız seçilmiş namizədlər ilə müsahibə mərhələsi barədə əlaqə saxlanılacaq.

Qeyd: Tədbirin rəsmi dili Azərbaycan dilidir.

Tarix: 30 noyabr, 2022
Məkan: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Müraciət formasının linki: https://bit.ly/3AA8qWS
Müraciət üçün son gün: 24 noyabr, 23:59

[ENG 🇬🇧]
Dear APA Students,

APAMUN Club is here with its first event!

The event to be held at the Academy of Public Administration on November 30 will be dedicated to the topic "The situation before the UN: League of Nations". The event will first start with a short session on the League of Nations, and then participants will take a part in a historical simulation dedicated to the establishment of the UN.

We want to mention that only 30 people will be able to participate in the event and these 30 people will be selected based on the application form and interview results. We encourage you to fill the application form carefully.

Note: Only selected candidates will be contacted about the interview stage.

Note: The official language of the event is Azerbaijani.

Date: 30th of November 2022
Location: Academy of Public Administration under the President of the Republic of Azerbaijan
The link of the application form: https://bit.ly/3AA8qWS
Application deadline: November 24, 11:59 p.m

̇dman ̇

17/11/2022

[AZE🇦🇿]
Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür. Milli Dirçəliş Günü münasibətilə mübariz Azərbaycan xalqını təbrik edir, birlik və müstəqilliyimizin əbədi olmasını diləyirik!

- - - - - - - - - - - - - - - - - - -

[ENG🇬🇧]
Today is the National Revival Day of Azerbaijan. On the occasion of National Revival Day, we congratulate the people of Azerbaijan and wish our unity and independence to be everlasting!

09/11/2022

“The flag once raised will never fall!”🇦🇿

Today we celebrate National Flag Day! The symbol of the first democracy in Muslim world, the tricolor state flag of Azerbaijan turns 104 years old!

We wish all Azerbaijani people around the world a Happy Flag Day!

08/11/2022

[AZE🇦🇿]
APA MUN klub olaraq xalqımızı 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!🇦🇿

- - - - - - - - - - - - - - - - -

[ENG🇬🇧]
As APA MUN club, we sincerely congratulate our humanity on November 8 - Victory Day!

Love to the victorious Azerbaijani Army!

Long live Azerbaijan!🇦🇿

14/10/2022

[ENG 🇬🇧]

Dear APA students,

We are proudly announcing the establishment of APA MUN (Academy of Public Administration Model of United Nations)!

The club was formed within the framework of the "AzMUN - program of supporting the activities of the network of Model United Nations (MUN) clubs in our country" that was launched by the Azerbaijan Student Youth Organizations' Union with the support of the Ministry of Youth and Sports of the Republic of Azerbaijan, Azerbaijan Youth Foundation and the UN Office in Azerbaijan.

APA MUN Club will organize simulation conferences of UN bodies, where the students will represent different countries and international organizations. We will also hold debates, discussions and other kinds of events on various topics.

We are looking forward to seeing you in our interesting and interactive simulation conferences and events!

------------------------------------

[AZE 🇦🇿]

Əziz DİA tələbələri,

Nəzərinizə çatdırmalıyıq ki, 10.09.2022-ci il tarixindən etibarən APA MUN klubu artıq fəaliyyətdədir. Qeyd etməliyik ki, klubumuz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə "AzMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi" proqramı çərçivəsində yaradılmışdır.

Klubumuzda BMT orqanlarının simulyasiyasını həyata keçirəcək, eyni zamanda tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar, müzakirələr aparacaqlar.

Dövlət İdarəçilik Akademiyası tələbələrini BMT Modeli barədə məlumatlandırmaq və onları Akademiyada yaradılmış olan APA MUN klubunda keçirəcəyimiz maraqlı və interaktiv sessiyalarımızda görməyimizə şad olarıq!

̇

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

74 Lermontov Street
Baku