Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union

Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union

Share

Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union

Photos from Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union's post 03/10/2023

“Gənclər seçimi təmiz şəhərdir” layihəsi uğurla başa çatmışdır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi (ATB) tərəfindən həyata keçirilən “Gənclər seçimi təmiz şəhərdir” adlı layihə uğurla başa çatmışdır. Layihə çərçivəsində Mingəçevir Gənclər Evində keçirilən ümumilikdə 4 seminarda 200-dən çox gəncin iştirakı təmin edilmişdir.
Layihənin məqsədi gənclərə ekoloji məsələlərin diqqət mərkəzində saxlanması, cəmiyyətin sağlamlaşdırılması, ətraf mühitin qorunması və bu məsələdə gənclərin iştirakçılığının təmin edilməsi istiqamətində bilik və bacarıqların ötürülməsidir. Seminarlar teorik bilik və praktiki bacarıqların birləşdirilməsi prinsipi əsasında keçirilmiş və iştirakçılar ekoloji məsələlər haqqında ətraflı biliklərlə təmin olunmuşdur.
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.

Photos from Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi's post 03/12/2022

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbələri İctimai Birliyi tərəfindən “Tələbələrin məşğulluğuna dəstək kampaniyası” layihəsi uğurla həyata keçirilib.

Layihənin məqsədi gənclərin gələcəkdə əmək bazarının tələblərinə uyğun olaraq iş tapa bilməsinə dəstək göstərmək, onlara bu sahədə müəyyən bilik və bacarıqların ötürülməsini təmin etməkdir.

Layihə çərçivəsində Mingəçevir şəhərində müxtəlif təlim və seminarlar həyata keçirilib.

Photos from Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union's post 25/04/2022

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Gənclər arasında maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihə müvəffəqiyyətlə davam etməkdədir. Əsas məqsədi Bakı şəhərində gənclər arasında narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq məqsədilə maarifləndirmə kampaniyasının aparılması və bununla da gənclərin sağlam vətəndaş kimi böyüməsini təmin etmək olan layihə çərçivəsində artıq 350-dən çox gənclə görüş keçirilmişdir. Görüşlərdə gənclərin zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsi, onları neqativ əməllərdən çəkindirilməsi, təhsilə, elmə, idmana olan maraqlarının artırılması və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, vətənpərvər ruhda böyüməsi baxımından olduqca əhəmiyyətli məlumatlar verilmiş, gənclərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.
Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmış, maarifləndirici video rolik nümayiş etdirilmişdir.
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.

Photos from Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union's post 30/11/2021

Gənclər zərərli vərdişlərə yox deyir

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyatı seçirik!” adlı layihə müvəffəqiyyətlə davam etməkdədir. Əsas məqsədi Bakı şəhərində gənclər arasında narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq məqsədilə maarifləndirmə kampaniyasının aparılması və bununla da gənclərin sağlam vətəndaş kimi böyüməsini təmin etmək olan layihə çərçivəsində artıq 200-dən çox gənclə görüş keçirilmişdir. Görüşlərdə gənclərin zərərli vərdişlərin fəsadları barədə maarifləndirilməsi, onları neqativ əməllərdən çəkindirilməsi, təhsilə, elmə, idmana olan maraqlarının artırılması və cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişməsi, vətənpərvər ruhda böyüməsi baxımından olduqca əhəmiyyətli məlumatlar verilmiş, gənclərin mövzu ilə bağlı fikirləri dinlənilmişdir.
Layihə çərçivəsində mövzu ilə bağlı bukletlər paylanılmış, maarifləndirici video rolik nümayiş etdirilmişdir.
Layihənin gələcəkdə daha geniş gənclər qruplarını əhatə edəcək şəkildə davam etdirilməsi iştirakçı gənclər tərəfindən arzulanmışdır.

09/06/2020

Bu gün millətimiz qərb tərəfdən insafsız tənqidlərə, haqsız ittihamlara məruz qalır. Demokratiyaya sahib çıxan bu milləti təltif etmək əvəzinə, cəzalandırmağa çalışırlar. Ayıb olsun sizin demokratiya və hüququn üstünlüyü anlayışınıza. İllər boyu sizə buraxılan mədəniyyət dəyərlərini yox etdiyinizə görə Avropa sənə ayıb olsun. Köklü insan haqq və azadlıqlarından bəhs edənlər təəssüf ki, öz planları və istəkləri həyata keçməyəndə şarlatanlığa başlayırlar. Heç kim bizdən inciməsin, biz millətimizin taleyini AŞPA-kı duzu quru adamların kefinə buraxmayacağıq.
Dövlətimizə qarşı aparılan ikili standart və ikiüzlülük hələ də davam etməkdədir. Azərbaycana qarşı yönəldilən bu çirkin siyasət azalmaq yerinə, artmaqdadır. AŞPA-nın Azərbaycana söyləyə biləcəyi heç bir söz yoxdur. Söylədiklərinində bizim gözümüzdə dəyəri və qiyməti yoxdur. Demokratiya və istiqlaliyyət uğrunda canlarını ortaya qoymuş bu millətin iradəsini AŞPA və onun timsalındakı qurumlar müzakirə edə və qərar çıxara bilməz.
Ölkəmizin birliyinə qarşı gələnlər və onun bölünməz bütünlüyünə hücum edənlər bizim üçün xaindirlər və millətimizin düşmənləridirlər.

02/10/2019

Gənclər, birlikdə ətraf mühiti qoruyaq‼🏔🌍🌿
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Azərbaycan Tələbələr Birliyi tərəfindən 5, 6-12,13 oktyabr tarixlərində Sabunçu Gənclər Evində "Gənclər ətraf mühiti necə qoruyur" adlı layihə keçiriləcək.
Layihənin əsas məqsədi gəncləri və onların timsalında bütün insanları ətraf mühiti təmiz saxlamağa və onu qorumağa təşviq etməkdir🌍
Qeyd edək ki, layihə 13:00-da baş tutacaq.
Qeydiyyat linki: https://sabunchuge.typeform.com/to/Q2szJ5

Photos from Azərbaycan Tələbələr Birliyi / Azerbaijan Students' Union's post 02/04/2019

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tələbələr Birliyinin “Öz Karyeranı Qur” adlı layihəsi həyata keçirilib.
“Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası”nda keçirilən layihənin açılış mərasimində Azərbaycan Tələbələr Birliyinin proqram meneceri Əzim Qasımov və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Birliyin proqram meneceri Əzim Qasımov layihə haqqında ətraflı məlumat vermiş, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirmişdir.
18-27 fevral 2019-cu il tarixdə “Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası”nda layihə çərçivəsində təlimlər həyata keçirilib.
Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrin ali təhsili bitirdikdən sonra iş tapması zamanı onlardan tələb olunan biliklərə yiyələnmələrini təmin etməkdir. Əsas hədəf tələbələrin iş axtardığı zaman onlardan tələb olunan CV yazılışı, komandada uğurlu fəaliyyət, müsahibə zamanı düzgün davranmaq kimi qabiliyyətləri onlara ötürməkdir.
Qeyd edək ki, tələbələrə sözügedən sahə üzrə zəruri maarifləndirici materiallar paylanılıb.

09/04/2018
02/04/2018

Binəqədi gənclərinin seçimi: cənab İlham Əliyev!

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Shefayet Mehdiyev 93, 9th Floor, 915
Baku
AZ1141