Tapmaca Academy

Tapmaca Academy

Share

Çox bilmək balacalara xoş gələcək!

17/12/2021

"Qar Kraliçası" proqramına qeydiyyat başladı! ☃️ Özü də Yeni ilə özəl endirim kampaniyası ilə! 🎄Dekabr, yanvar və fevral ayları ərzində davam edəcək bu 3 aylıq proqramda balacaları xüsusi dünyagörüşü mövzuları və intellektual oyunlar gözləyir. 🤩 Ətraflı məlumat üçün rəyə "+" yazın və ya zəng edin. Qeydiyyatdan keçməyə tələsin! 🥳

📌Azərbaycanca və rusca 🇦🇿 🇷🇺
📞+994 50 201 45 38

Внимание, началась регистрация на программу «Снежная королева»! ☃️ Причём, по особой новогодней акции! 🎄Программа продлится 3 месяца (декабрь, январь, февраль) и охватит специальные мировоззренческие темы и интеллектуальные игры. 🤩 Для дополнительной информации звоните или просто оставьте «+» в комментариях. Успейте зарегистрироваться! 🥰

📌 Языки: азербайджанский и русский 🇦🇿 🇷🇺
📞 + 994 50 201 45 38

01/12/2021

Bu gün ilin sonuncu, yəni 12-ci ayının ilk günüdür.🥳
Bəs dekabr ayının adı niyə latın dilində “10-cu” deməkdir? 🤔
Qədim Romada ilk vaxtlar 304 gündən ibarət olan 10 aylıq təqvimdən istifadə edilirdi. Həmin təqvim mart ayından başlayırdı və oradakı ayların əksəriyyətinin adı sırasına uyğun olaraq seçilmişdi. Məsələn, “sentyabr” sözü tərcümədə “7-ci”, “oktyabr” “8-ci”, “noyabr” “9-cu”, “dekabr” isə “10-cu” mənasına gəlirdi. Lakin daha sonra günlərin əskik olduğu ortaya çıxdıqda Roma çarı Numa Pompili təqvimin əvvəlinə yanvar və fevral aylarını əlavə etdirdi. 🤓 Beləcə, ilk təqvimdəki ayların yeri 2 vahid dəyişdi və sentyabr 9-cu, oktyabr 10-cu, noyabr 11-ci, dekabr ayı isə 12-ci aya çevrildi. ✅

05/10/2021

"Harry Potter" mövzulu "Breyn-rinq" yarışı bu həftə yenidən baş tutacaq! Yerlərimiz məhdud saydadır. Zəng edin və ya "WhatsApp"la əlaqə saxlayın!

Брейн-ринг на тему "Гарри Поттер" состоится вновь - уже на этой неделе! 🥳 Места ограничены. Позвоните или свяжитесь с нами по WhatsApp - успейте записаться! 🤩

🎈8-9-10 oktyabr
📌Azərbaycanca və rusca 🇦🇿 🇷🇺
📜Sertifikat
✅ İştirak haqqı: 20 AZN
📞+994 50 201 45 38

20/09/2021

"Balaca Şahzadə" proqramına qeydiyyat başladı! 🤩
Oktyabr, noyabr və dekabr ərzində davam edəcək bu 3 aylıq proqramda balacaları xüsusi dünyagörüşü mövzuları və intellektual oyunlar gözləyir. 🥳Ətraflı məlumat üçün rəyə "+" yazın və ya zəng edin. Qeydiyyatdan keçməyə tələsin! 🥰

📌Azərbaycanca və rusca 🇦🇿 🇷🇺
📞+994 50 201 45 38

Началась регистрация на программу «Маленький принц»! 🤩 Программа продлится 3 месяца (октябрь, ноябрь, декабрь) и охватит особые темы по развитию мировоззрения и интеллектуальные игры для детей. 🥳 Для дополнительной информации звоните или просто оставьте «+» в комментариях. Успейте зарегистрироваться! 🥰

📌 Языки: азербайджанский и русский 🇦🇿 🇷🇺
📞 + 994 50 201 45 38

13/09/2021

Bu həftə akademiyamızda "Harry Potter" mövzulu "Breyn-rinq" yarışı baş tutacaq! 🥳
Suallar uşaqların sevimlisinə çevrilmiş "Harry Potter" kitabları və filmlərindən təşkil olunacaq. 🥰 Oyunumuz xüsusi "Breyn-rinq" düymələri ilə keçiriləcək! 🤩 Yerlərimiz məhdud saydadır. Zəng edin və ya "WhatsApp"la əlaqə saxlayın!

На этой неделе в нашей академии состоится викторина «Брейн-ринг» по мотивам произведений о Гарри Поттере! 🥳
Вопросы будут включать факты из книг и фильмов о Гарри Поттере - любимчике детей 🥰 Игра будет управляться специальными кнопками «Брэйн-ринг»! 🤩 Количество мест ограничено. Позвоните или свяжитесь с нами по WhatsApp для регистрации.

🎈 17-18-19 sentyabr
📌Azərbaycanca və rusca 🇦🇿 🇷🇺
🥇📜Medal və sertifikat
✅ İştirak haqqı: 20 AZN
📞+994 50 201 45 38

06/09/2021

Çoxsaylı müraciətlərinizi nəzərə alaraq növbəti master-klasımızı həftə içi - bu cümə günü keçiririk! 🤩
"Amerika adı necə ortaya çıxdı?", "Ceyms Kuku yerlilər yeyib?", "İspanlar və portuqallar dünyanı niyə iki hissəyə bölmüşdü?" kimi "Böyük coğrafi kəşflər" dövrünün olduqca maraqlı olan bütün mövzularına 90 dəqiqədən ibarət olan bu özəl dərsimizdə cavab verəcəyik. Zəng edin və ya "WhatsApp"la əlaqə saxlayın. Yerlərimiz məhdud saydadır!

📌 09:00-10:30 Azərbaycanca 🇦🇿
📌 11:00-12:30 Rusca 🇷🇺
📌 14:30-16:00 Azərbaycanca 🇦🇿
📌 16:30-18:00 Rusca 🇷🇺

📜"Böyük coğrafi kəşflər" sertifikatı.
✅ İştirak haqqı: 20 AZN
📞+994 50 201 45 38

*
Учитывая ваши многочисленные просьбы, следующий мастер-класс мы проведём на этой неделе - уже в эту пятницу! 🤩
«Как появилось слово 'Америка'?», «Джеймс Кук был съеден туземцами?», «Почему испанцы и португальцы разделили мир на две части?» Мы ответим на все самые интересные темы периода «Великих географических открытий» в этом частном 90-минутном уроке. Позвоните или свяжитесь с нами по WhatsApp для регистрации. Количество мест ограничено!

📌 09:00-10:30 - по-азербайджански 🇦🇿
📌 11:00-12:30 - по-русски 🇷🇺
📌 14:30-16:00 - по-азербайджански 🇦🇿
📌 16:30-18:00 - по-русски 🇷🇺

📜 Сертификат «Великие географические открытия»
✅ Взнос за участие: 20 AZN
📞 + 994 50 201 45 38

01/09/2021

Əziz valideynlər, bu həftədən etibarən xüsusi master-klas dərslərimizə də start veririk! 🥳
"Kainat necə yarandı?", "Dünya niyə fırlanır?", "Planetlərin adı haradan gəlir?" kimi balacaların kosmosla bağlı bütün suallarına 90 dəqiqədən ibarət olan bu xüsusi dərsimizdə cavab verəcəyik. Zəng edin və ya "WhatsApp"la əlaqə saxlayın. Yerlərimiz məhdud saydadır! 🚀

İştirak haqqı: 20 AZN
📞+994 50 201 45 38

*
Дорогие родители, с этой недели стартуют наши мастер-классы! 🥳
«Как возникла Вселенная?», «Почему Земля вращается?», «Откуда взялись названия планет?» На нашем специальном 90-минутном уроке мы ответим на эти и другие вопросы детей о космосе. 🚀
Количество мест ограничено! Для регистрации звоните или пишите на WhatsApp.

Взнос за участие: 20 AZN
📞 +994 50 201 45 38

31/08/2021

“Ring” sözü ingiliscədən tərcümədə "halqa", “dairəvari” mənasına gəlir. Bəs kvadrat formada olan boks rinqləri niyə belə adlandırılıb? 🥊
Əvvəllər peşəkar boksçular şəhərbəşəhər gəzər və yerli boksçularla güclərini sınayardılar. Bu zaman tamaşaçılar döyüş sahəsi ətrafında dairəvi şəkildə düzülərdi. Ən öndə dayananlara isə saxlamaları üçün kəndir verilərdi ki, digərləri o kəndiri keçib rinqə daxil olmasın. Lakin izləyicilərin sayı çoxaldıqca bu metodu həyata keçirmək də çətinləşdi. Ona görə boks sahəsini əhatələmək məqsədilə kəndiri yerə basdırılmış dirəklərə bağlamağa başladılar. Təbii ki, bu iş üçün ən uyğun forma məhz kvadrat idi. 🟦

*
Слово «ring» в переводе с английского означает «кольцо», «круг». Тогда почему рингами называются боксёрские арены в форме квадрата? 🥊
В прежние времена профессиональные боксёры ездили по городам и соревновались в силе с местными спортсменами. Во время боёв зрители собирались кольцом вокруг арены. Стоящие в первом ряду держали в руках верёвку, чтобы ограничить поле боя от зрителей. Однако по мере увеличения количества зрителей реализовать этот метод становилось все труднее, и для того, чтобы окружить боксёрское поле, верёвку стали привязывать к закопанным в землю шестам. Разумеется, наиболее подходящей формой для реализации этого способа был квадрат. 🟦

27/08/2021

Yan Makay “Dinləmə bacarıqları” kitabında yazır: “Yaxşı dinləyici olmadan uğur qazanmaq imkanı yoxdur”. Lakin yaxşı dinləyici olmaq üçün də dinləmə vərdişinin yaradılması gərəklidir. 👂Biz balacalarda bu vərdişi formalaşdırmaq məqsədilə dərslərimizin ilk yarısını nəzəri formada keçirik. Yəni müəllimimiz bir-birindən maraqlı mövzulardan danışır, uşaqlar isə təqdimatı izləyə-izləyə müəllimə qulaq asır. İkinci hissədə isə dinləyərək öyrəndiklərini başsındıran suallar və oyunlarla daha da möhkəmləndirirlər. 💪
***
Ян Макай в своей книге «Навыки аудирования» пишет: Без хорошего слушателя нет шансов на успех». Однако, чтобы стать хорошим слушателем, нужно выработать у себя привычку слушать.
С целью развить у детей эту привычку, первую половину уроков мы посвящаем теории. Учитель читает лекции на интересные темы, а дети слушают и смотрят презентацию. Во второй части они подкрепляют услышанное, отвечая на заковыристые вопросы и в игровой форме.💪

20/08/2021

Orta əsrlərdə cəngavərlər başdan ayağa kimi zirehlənər və adətən at üstündə hərəkət edərdilər. 🐎 Bir-birləri ilə qarşılaşdıqda isə üzlərindəki dostcasına ifadəni göstərmək üçün sağ əlləri ilə dəbilqənin üzü örtən hissəsini qaldırardılar. 🙋‍♂️ Bəs niyə sağ əllə? Çünki yıxılmasınlar deyə sol əllə atın yüyənini tutmaq lazım gəlirdi. Zamanla bu cür dəbilqələr ortadan qalxsa da, sağ əli baş hissəyə qədər aparmaq hərbi salamlaşma kimi öz varlığını qoruyub saxladı. 🤓
Görək nə qədər diqqətlisiniz? 😜

*
В средние века рыцари носили доспехи с головы до ног и обычно ездили верхом. 🐎 При встрече друг с другом они поднимали переднюю часть шлема правой рукой, чтобы продемонстрировать дружелюбное выражение лица. 🙋‍♂️ А почему именно правой рукой? Потому что левой надо было удерживать за узду коня, чтобы не упасть. И хотя шлемы со временем исчезли, подношение правой руки к голове так и осталось традиционным военным салютом. 🤓

19/08/2021

Balacaların sevimli oyuncağı olan Nyuton beşiyi sadə fizika qanunu ilə işləyir. 🍏 Belə ki, oyuncaqdakı kürələr potensial enerji ilə doludur və onları hərəkətə gətirdikdə bu enerji kinetik enerjiyə çevrilir. Beləcə digər kürələr da bir-birinə toxunaraq hərəkətə gəlirlər. Eynilə kürələr kimi, balacalar da böyük potensiala sahibdirlər. 🤩 Bizim məqsədimiz onların daxilindəki həmin potensialı məntiqi oyunlarımız və dünyagörüşü proqramımız vasitəsilə üzə çıxarmaqdır. 😇
*
Колыбель Ньютона, любимая игрушка детей, работает по простым законам физики. 🍏 Шарики в игрушке полны потенциальной энергией, и когда вы их перемещаете, потенциальная энергия преобразуется в кинетическую. Таким же образом движутся и другие сферы, соприкасаясь друг с другом. Так же, как у шариков, у малышей есть большой потенциал. 🤩 Наша цель - раскрыть этот потенциал в них с помощью наших логических игр и программы расширения мировоззрения. 😇

11/08/2021

Yerdən təqribən 8-10 km hündürlükdə havanın temperaturu -50° C-dək soyuyur. 🥶 Təyyarələr də adətən məhz bu yüksəklikdə uçur. Bu zaman təyyarənin mühərrikindən çıxan isti hava həmin soyuq hava ilə qarışır və ortaya çoxlu buz kristalları çıxır. Bizim yerdən baxarkən gördüyümüz ağ izlər elə həmin buz kristallarıdır. ✈️

*
На высоте около 8-10 км над землёй температура воздуха остывает до -50° C. 🥶 Самолёты обычно летают как раз на такой высоте. Горячий воздух, выходящий из двигателя самолета, смешивается с холодным воздухом - в итоге появляется множество кристаллов льда. Белый дым из хвоста самолёта, который мы видим стоя внизу - это кристаллы льда. ✈️

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Passage 1901
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00