23/04/2026
STEAM Azərbaycanın mütəxəssisləri tərəfindən Şuşa STEAM Mərkəzində müxtəlif modullar üzrə metodik dəstək məqsədli təlimlər təşkil olunub.
Təlimlər çərçivəsində iştirakçılara "Mexatronika" , "Dron texnologiyaları", "Məsafədən idarəolunan sualtı dron və suüstü qayıq sistemləri", "CAD/CAM texnologiyaları", "Alternativ enerji" və s. innovativ istiqamətlər üzrə nəzəri və praktiki biliklər təqdim edilib.
Təlimlər zamanı müəllimlər və şagirdlər müasir texnologiyaların tətbiqi, layihə əsaslı öyrənmə yanaşmaları və innovativ dərs modelləri ilə tanış olub, həmçinin real avadanlıqlarla praktiki məşğələlərdə iştirak ediblər.
23/04/2026
Elm və Təhsil Nazirliyinin dəstəyi, STEAM Azərbaycanın təşkilatçılığı ilə ölkəmizin istedadlı şagirdlərindən ibarət komanda Misirdə keçirilən beynəlxalq “MATE ROV” (Marine Advanced Technology Education – Remotely Operated Vehicle- https://materovcompetition.org/register-regionals/egypt-regional) regional yarışında iştirak edir.
“MATE ROV” yarışı şagirdlərin mühəndislik, proqramlaşdırma və robototexnika sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş nüfuzlu beynəlxalq platformalardan biridir. Yarış çərçivəsində iştirakçılar sualtı robotların (ROV) hazırlanması, test edilməsi və müxtəlif missiyaların icrası üzrə öz bacarıqlarını nümayiş etdirirlər.
22/04/2026
🌲✨ Kiçik kodçular, macəra sizi gözləyir!
STEAM Azərbaycan və MatataStudio sizləri “Forest Coding Camp – 2026 MWRC Online Competition” yarışına dəvət edir! 🌿🤖
💡 Bu maraqlı yarışda iştirakçılar MatataWorld ilə kodlaşdırma bacarıqlarını inkişaf etdirəcək, meşə mövzusunda yaradıcı tapşırıqları yerinə yetirərək həm öyrənəcək, həm də əylənəcəklər!
🌟 Öz komandanı qur, layihəni hazırla və bu böyük macəranın bir hissəsinə çevril!
📍 Format: Onlayn
🧒 Yaş qrupu: 5–14 yaş
🔗 Yarışın qaydaları ilə tanış olmaq üçün:
https://drive.google.com/drive/u/0/folders/1o4kAetYOyq5aydaMW5r_dtOFXMzHIhmA
Qeydiyyat üçün: https://mwrc.matatalab.com/matchSignDetail?id=44
🚀 Sən də qoşul, kodlaşdır və qalib ol!
22/04/2026
📌STEAM'ool olimpiadasına qeydiyyatdan keçən şagirdlərin nəzərinə!
Seçim mərhələsi ilə bağlı bütün məlumatlar və imtahan linki qeydiyyat zamanı istifadə etdiyiniz elektron-poçt ünvanına göndəriləcək.🔔
Nəticələr www.steam.edu.az veb-saytında elan olunacaq.
İmtahana qoşulmaq üçün ətraflı izah: https://youtu.be/rYzbPN6InQU
İmtahan linki: https://www.oxuyan.az/tags/steamool-2026
Son qeydiyyat tarixi: 25 aprel 2026-cı il 17:00
Bütün iştirakçılara uğurlar arzu edirik!🚀
21/04/2026
📍 “Azerbaijan ROV Challenge” Respublika turnirinə çox az qaldı!
📅 4–5 may 2026-cı il
📍 “Kür” Olimpiya Tədris-İdman Mərkəzi (Mingəçevir şəhəri)
Komandalarımızı və texnologiya həvəskarlarını bu həyəcanlı yarışda görmək üçün çox həyəcanlıyıq! 🚀
17/04/2026
Abil Səfərov adına 114 nömrəli tam orta məktəbdə şagirdlərin hazırladıqları innovativ layihələrin təqdim olunduğu sərgi təşkil edilib. Tədbirin əsas məqsədi şagirdlərin yaradıcılıq və texnoloji bacarıqlarını nümayiş etdirmək, onların elmi-texniki sahəyə marağını artırmaq olub.
Tədbir çərçivəsində təqdim olunan layihələr innovasiya, mühəndislik, robototexnika və digər STEAM sahələrini əhatə edib. Şagirdlər öz bilik və bacarıqlarını nümayiş etdirərək, gələcəyin texnologiyalarına olan maraqlarını ortaya qoyublar.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərin gələcək inkişafı üçün mühüm motivasiya rolunu oynayıb.
14/04/2026
📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!
Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühəndislik bacarıqlarını inkişaf etdirmək istəyən şagirdlər üçün yeni imkan! 🚀
STEAM Mərkəzlərində keçirilən təlim proqramları vasitəsilə məktəblilər real layihələr üzərində işləyərək praktiki bilik və bacarıqlar əldə edirlər.
👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün:
🌐 https://steam.edu.az/az/registration
📞 Əlaqə: +994 51 206 78 18
🗓 Son qeydiyyat tarixi: 30 aprel
14/04/2026
Congratulations to the H2GP by Horizon Educational team on their 10th anniversary! 🎉 H2 Grand Prix
10 Years of H2GP by Horizon Educational
This year, we mark 10 years of H2GP - a global hydrogen education program built step by step over the past decade.
From its beginnings to today, Horizon Educational has developed H2GP into an international platform connecting schools, students, and industry through hands-on engineering and real-world competition.
Over the coming weeks, we’ll be sharing the journey behind H2GP - from its early days to its global growth, and the next phase of the program.
A decade of building.
A global program.
A strong foundation for what comes next.
H2GP by Horizon Educational
CleanEnergy