Modeling_school_ptm

Modeling_school_ptm

Share

Psixoloq
Loqoped
Access The Bars
Meditasiya
Psixoloji təlimlər
Oyun terapiyası və s.

03/09/2023
07/04/2023

Biz artıq bacarırıq👍👏Modeling_school_ptm
Salala Qabil Mamedzade

Photos from Modeling_school_ptm's post 01/03/2023

Zamanında hər şeyin dəyərini bilək...

08/02/2023

Mən bu uşaqla nə edim ?
Övladınızın temperament tipi
Bir evdə iki uşaq lakin hər ikisi fəqli.Biri qaydalara çox rahat tabe olduğu halda digəri niyə heç məni eşitmir?
Yəqin ki bir çoxlarına tanış mənzərədir. Nə etmək olar?
Övladının temperamentini bilmək ən effektiv üsuldur. İki anlayış var. Xarakter və temperament. Temperament doğuşdan gəlir və dəyişmir. Valideyn nə etməlidir?
Temperament tipini bilməli və onunla necə davranmalı.
Temperament nədir ?
Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
Temperament sözünün latın dilində hərfi tərcüməsi «hislərin (qarşılıqlı) lazımi qarşılıqlı nisbəti deməkdir. Yunan həkimi Hippоkratın (V-IV əsr) yanaşmasında bildirilir ki, Temperament dedikdə insanın həm fərdi anоtоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutmuşdur
İdeal 1 tip olmur.Hər zaman biri dominant tip olur.
Övladınızın temperament tipini necə müəyyənləşdirə bilərsiniz?
Bunu müəyyən etmək üçün ən əsası onun yuxusuna diqqət etməliyik .Bundan sonra hər tipin xüsusiyyətlərini və onlarla davranış qaydalarını öyrənməliyik.
Hippokrat temperamentin 4 tipini qeyd edib: xolerik,sanqvinik,fleqmatik,melonxolik. Övladınıızn temperament tipini bildikdən sonra onu daha yaxşı anlaya biləcəksiniz.
Temperament tipini insanın yerişində, hərəkətlərində,nitqində aydın şəkildə görmək mümkündür. Körpə dünyaya bir temparement tipində gəlir və onu dəyişmək mümkün deyil. Biz temperament tipini dəyişə bilmərik. Amma hər tipə uyğun olan düzgün davranış qaydalarını öyrənə bilərik və beləliklə də onu idarə edə bilərik.Hətta körpəlik dövründə belə uşaqların reaksiyaları fərqli olur. Məs: ac olduğu zaman bir körpə ağlayır,digəri qışqırır,digəri isə sakitcə yatır. Daha aydın olması üçün sizə aşağıdakı misalları təqdim edirik. Övladınızın seyr etdiyi cizgi filmlərində,nağıllarda biz personajları belə tiplərə uyğun olaraq ayıra bilərik. Məs : tülkü, canavar xolerikdir. Onlar narazı, aqressivdir. Kirpi isə qışa özü üçün ehtiyat yığır hər şeyi görür lakin heç nəyə qarışmır. O zaman kirpi fleqmatikdir.Daha bir misal üçün bunu iki qardaş timsalında da görə bilərik. Məs : Valeh ətrafda baş verənlərə çox vaxt narazılığını bildirir, ağlayır.Ona oyuncaqlar alınanda, hava dəyişkən olanda,dostları oyuna dəvət etdiyi zaman o narazı olur.Taleh isə ətrafda baş verənlərə çox vaxt müsbət reaksiya verir,sevinir.Valehdən fərqli olaraq o həm yağışa,həm soyuğa,həm istiyə,ona alınan oyuncaqlara ,hədiyyələrə sevinir. Bu halda Valeh – melonxolik, Taleh isə - sanqvinikdir.Əlbəttə ki temperament tipini bir – iki sözlə asanlıqla üzə çıxarmaq mümkün deyil. Övladınızın temperament tipini müəyyən etmək üçün hər tip haqqında kifayət qədər məlumatınız olmalıdır.
Sanqvinik : O həyatsevər və optimistdir.Hərəkətli uşaqdır. Getdiyi məkana çox tez bir zamanda adaptasiya olur, həmyaşıdları ilə çox yaxşı münasibət qura bilir.Hərəkətli oyunları sevir.Tez yatır və çox zaman yaxşı əhval ruhiyyədə oyanır. Tərbiyə prosesində ən asan temperamet tipi sayılır.Lakin bu körpələr tez yorulur.Onlar nəisə etmək istəmirsə siz onları məcbur edə bilməzsiniz.Çünki alternativ variantları çoxdur.. Məs : “oyuncağını yiğ “ dedikdə sanqvinik uşaq “hə yaxşı yığaram yeməyimi yeyim, çayımı içim,bir az oyun oynayım, eləyərəm” . Onları həddən artıq tərifləmək düzgün deyil, çünki kifayət qədər özgüvənləri var.
Xolerik : Tez – tez konflikt yaşayır,aqresivdir. Nöqsanlara sakit yanaşsa da fiziki cəzaya çox sərt reaksiya verir. Qorxu və nifrət hissini tez tez yaşayır.Səs küylü oyunları çox sevir.Yeni informasiyanı tez qavrayır tez də yaddan çıxarır.Çətin yatır və hansı əhval ruhiyyədə oyanacağı heç bəlli deyil.Tez- tez , çox emosional və uca tonla danışır.Onlara aqressiya ilə yanaşmaq düzgün deyil.Çünki sizə eynilə də cavab verəcək və ya intiqam alacaq. Onlara qışqırdığınız zaman daha möhkəm qışqıracaq. Onlarla daha asta tonda danışmaq lazımdır ki onlar sizi eşitsin. Xolerik uşaqlarla ortaq məxrəcə gəlmək lazımdır.Onların istəkləri sonsuzdur və siz o istəkləri yerinə yetirmədiyiniz halda sərt reaksiya verəcəklər. Öz qaydalarınızı qoymalısınız. Bu qaydalar uzunmüddətli, konkret olmalıdır və onlara hər zaman əməl etmək lazımdır..Ona oyunlar oynamağa özünə xobbi tapmasına yardımçı olun.
Fleqmatik :Çox sakit,ehtiyatlı,risk etməyi sevməyən tipdir.Bu uşaqlar sakit oyunları sevirlər.Emosional deyillər,çox yatırlar. Tez yuxuya gedir,sakit yatır.Onları nəyisə sözlə deyil hərəkətlə göstərmək lazımdır. Məs: Əgər fleqmatik uşaq karandaşları yerə tökübsə ona “karandaşlarını yığ “ əvəzinə onunla birlikdə karandaşları yerdən götürmək lazımdır. Onların inkişafı ilə məşğul olmaq lazımdır, daima ünsiyyət qurmaq lazımdır. Çünki fleqmatik uşaqlar bir fəaliyyətlə saatlarla məşğul ola bilər və otağından çıxmaz,beləliklə də özünə qapana bilər. Onlara səslənərkən çox zaman reaksiya vermirlər çünki öz dünyalarındadırlar . Onları kollektiv içində tərifləmək , aktiv oyunları oynamaq lazımdır. Həmyaşıdları arasında lider olmur, yeniliklərə gec adaptasiya olur..Yeni informasiyanı bir qədər gec qavrayır,amma uzunmüddət yadında saxlaya bilirlər.
Melonxolik : Qapalıdır, həssasdır, ləng narahat və həyəcanlıdır.Yeni informasiyanı gec qavrayır, özgüvəni aşağıdır,tez yorulur.Aşağı səs tonunda danışmasına baxmayaraq aydın danışır.Yeni məkana gec adaptasiya olduğundan,bağçaya məktəbə getməyi sevmir.Bu tip uşaqları cəzalandırmaq, əmr etmək düzgün deyil.Bu uşaqlarla yalnız müzakirə etmək lazımdır. Onun üstünə qışqırmaq vurmağa bərabərdir. Məktəbdə kollektivdə olmaq onlar üçün çox çətindir. Melonxolik uşaqlar üçün sadə tapşırıqları etmək lazımdır. Verdiyiniz tapşırıqlar çox dəqiq olmalıdır və qısa olmalıdır. Məs : “İndi yediyin qabı apar qoy mətbəxə” . Bu uşaqları digərlərinin yanında ümumiyyətlə cəzalandırmaq düzgün deyil. Həmyaşıdları ilə müqayisə etməkyolverilməzdir.. Bu uşaqları hər zaman dəstəkləmək lazımdır.
Sonda unutmayaq ki bir temperament tipini digərinə çevirmək mümkün deyil.

Photos from Modeling_school_ptm's post 18/01/2023
22/09/2022

HİNDULARIN ŞƏRƏF QANUNLARI
1. Dua etmək üçün günəşlə birgə qalx. Tək başına dua et, tez-tez dua et. Yaradan eşidər...
2. Yollarını azmışlara qarşı anlayışlı ol. Cəhalət, təkəbbür, qəzəb, qısqanclıq və acgözlülük azmış bir ruhdan qaynaqlanır. Yollarını tapmaları üçün dua et.
3. Özünü araşdır,kəşf et. Başqalarının sənin yolunu sənin üçün müəyyən etmələrinə izin vermə. O sənin, sadəcə sənin yolundur. Başqaları o yolu səninlə birlikdə addımlaya bilərlər, lakin heç kim o yolu sənin üçün gəzə bilməz.
4. Qonaqlarına evində hörmətlə davran. Onlara ən yaxşı yeməklərinizi, ən yaxşı yatağı ver və ehtiram göstər.
5. Hər hansı bir insandan, icmadan, bir yerdən ya da mədəniyyətdən sənin olmayan şeyi alma. O nə qazanılmışdır, nə də verilmişdir. Sənin deyildir.
6. Yer üzərindəki hər şeyə hörmətlə yanaş istər insan, istər heyvan və ya bitki olsun.
7. Digər insanların düşüncələrini, istəklərini və sözlərini şərəfləndir. Başqa birinin sözünü əsla kəsmə, lağa qoyma ya da təqlid etmə. Hər kəsə özünü ifadə etməsi üçün izin ver.
8. Başqaları haqqında əsla p*s danışma. Kainata ötürdüyün neqativ enerji, sənə çoxalaraq geri dönər.
9. Hərkəs səhv edər. Və bütün səhvlər bağışlana bilər.
10. P*s düşüncələr zehni, fiziki və ruhi xəstəliklərə səbəb olur. Optimist ol.
11. Təbiət bizim üçün deyil, o bizim parçamızdır. Onlar sənin dünyəvi ailənin hissələridir.
12. Uşaqlar gələcəyimizin toxumlarıdır. Onların ürəklərinə sevgi ək, hikmət və həyatın dərsləriylə sula. Onlar böyüyərkən böyüməkləri üçün yer ver.
13. Başqalarının qəlbini incitməkdən uzaq ol. Verdiyin ağrının zəhəri sənə geri dönər.
14. Hər zaman dürüst ol.
15. Özünü balansda saxla. Sənin “zehni mən”in, Ruhi “mən”in, emosional “mən”in “fiziki mən”in – hamısının güclü, saf və sağlam olmağa ehtiyacı var. Zehnini gücləndirmək üçün bədənini çalışdır. Emosional narahatçılığı yaxşılaşdırmaq üçün mənəvi cəhətdən böyü.
16. Kim olacağını və necə davranacağını müəyyən edərkən şüurlu qərarlar ver. Öz hərəkətlərinin məsuliyyətini üzərinə al.
17. Başqalarının məhrəmliyinə hörmətlə yanaş. Başqalarının şəxsi əşyalarına toxunma -xüsusilə müqəddəs və dini əşyalarına. Bu qadağandır.
18. Uğurlarını başqaları ilə paylaş.
19. Başqalarının dini inanclarına hörmətlə yanaş. Öz inanclarını başqalarına qəbul etdirməyə çalışma.
20. Hamıdan əvvəl özünə qarşı dürüst ol. Əvvəl özünü qidalandır, özünə kömək et ki, başqalarını da qidalandırıb, kömək edə biləsən!

07/09/2022

Bilirsinizmi.?!...
Nevroz nədir?
Orqanizmdə fizioloji potologiya olmadığı halda meydana gələn pozuntudur.
Çoxsaylı tibbi müaynələrdən keçməynə, həkimlərə müraciət etmələrinə baxmayaraq heç bir xəstəlik aşkar olunmur.
İrsi ,bioloji, sosial səbəblərdən meydana gəlir.
Psixoloji səbəblər üstünlük təşkil edir, növləri çoxdur.
Simptomları:
Müxtəlif fobiyaların yaranması-liftə, metroya, təyyarəyə və s.minməkdən qorxur, xəstəlik və ölüm qorxusu, p*s xəbər eşitmə qorxusu, ruh düşgünlüyü, həyəcan, təşviş, yorğunluq, yuxusuzluq, məyyusluq, ümidsizlik , narahat edən ,təkrarlanan ,düşüncə və hərəkətlər.
Kökündə psixoloji səbəblərin olduğu xəstəliyə qarşı diqqətli olaq, mütəxəssisə müraciət edək!!
Modeling_school_ptm

04/09/2022

Dərindən nəfəs alın ,gərginliyi bədəninizdən çıxardın.
Dil,boğaz və çiyinlərinizin gərginliyini azaldın.
Ayaqlarınızı və pəncələrinizi dincəldərkən sakit nəfəs almağa çalışın.
Artıq yaratdığınız bu sakit və rahat vəziyyətdə özünüzə deyin.
,,Mən azad olmaq istəyirəm.Mən azad edirəm.Mən bütün gərginliyimi,qəzəbimi,qorxularımı,günahlarımı,kədərimi azad edirəm.Mən özümlə və həyat prosesi ilə hormoniyadayam.Mən özümü təhlükəsizlikdə hiss edirəm,,
Bu çalışmanı iki,ya da üç dəfə edin.
Özünüzdə bu vərdişi yaratmaq üçün tapşırığı bir müddət təkrarlamalısınız..Özünüzü belə sakit vəziyyətə gətirsəniz,yeni yaratdığınız düşüncələri qüvvədə saxlamaq sizin üçün asanlaşacaq..

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Yasamal Rayonu A. M. Şərifzadə Küçəsi 144 Qələbə Residence
Baku