FREEDOM finance Azerbaijan- qiymətli kağızlara investisiya və qiymətli kağızlar bazarı haqq? Freedom Holding Corp. "Prime Executions Inc."
(FRHC) - ABŞ-nin Nevada ştatının qanunları əsasında təsis edilmiş publik şirkətdir. Holdinq Rusiyada, Qazaxıstanda, Ukraynada, Özbəkistanda, Qırğızıstanda, Almaniyada və Şimali Kiprdə törəmə şirkətləri vasitəsilə maliyyə xidmətləri, pərakəndə vasitəçilik əməliyyatları, investisiya sahəsində məsləhət, qiymətli kağızlarla ticarət, investisiya - bank və anderraytinq xidmətləri göstərir. Holdinqin səh
mləri "Nasdaq Capital Market" birjasında, həmçinin Qazaxıstan birjasının (KASE) və Sankt-Peterburq Birjasının (SBP Exchange) rəsmi siyahısındadır. Holdinqin broker şirkətləri "Freedom Finance İ.Ş." MMC (Rusiya) və "Freedom Finance" SC (Qazaxıstan) Standart & Poor`s tərəfindən qısamüddətli "B", uzunmüddətli "B-", proqnoz - "pozitiv" reytinqinə sahibdirlər. Holdinq ABŞ birjalarında ticarət üzrə ixtisaslaşmışdır və bu müştərilər arasında İPO-lar populyarlıq təşkil edir. Freedom Finance müştəriləri indiyədək Facebook, Alibaba, Hilton, Ferrari kimi şirkətlərlə yanaşı 182 şirkətin İPO-da iştirak etmişdirlər.
Üç aylıq lock-up müddətində gəlirlilik 68%-i ötmüşdür. Holdinq Qazaxıstan (açılmış müştəri hesablarının sayına və həmçinin REPO, korporativ səhm və istiqraz sektorunda №1-dir) və Rusiya (açılmış müştəri hesablarına görə №8) bazarlarında vasitəçilik xidmətləri üzrə lider mövqeyindədir. Holdinqin broker şirkətləri Qazaxıstan fond birjasının (KASE), Astana beynəlxalq birjasının (AİX), Moskva birjasının (MOEX) , Sank-Peterburg birjasının (SPBX), "Taşkənt" Respublika fond bijasının (UZSE) və Ukrayna birjasının (UX) üzvüdür. Holdinqin broker şirkətlərində 838 maliyyə alətlərinin satışı üzrə investisiya məsləhətçisi və müştəri təmsilçisi işləyir, həmçinin özünün analitik şöbələrinə malikdirlər. Holdinq broker əməliyyatları üçün yüksək texnoloji "TraderNet" platformasına, bank əməliyyatları üçün "FFIN Bank Invest" tətbiqinə və pərakəndə səhm internet-mağazası olan "Freedom24"ə sahibdir. broker şirkətini aldıqdan sonra "Freedom Holding Corp." amerika birjalarına bir başa çıxış əldə etmişdir.