Bayramov Ruslan

Bayramov Ruslan

Share

Education researcher | consultant

24/12/2024

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
🇦🇿

23/08/2024

🔊Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək həyata keçiriləcək.
📌Abituriyentlər elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını qeyd edək biləcəklər.
📍Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar ilə bağlı məlumatlar qeyd olunan "Abituriyent" jurnalın 5-ci nömrəsi növbəti həftənin əvvəllərində dərc olunacaq.

22/08/2024

Bir-iki təhsil eksperti və onlara bənzəyən saytlar var ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin elan olunması prosesi üzərindən insanların, xüsusən seçim etmiş abituriyentlərin və onların valideynlərinin hissləri ilə oynayırlar.
Əziz abituriyentlər və onların valideynləri!
İxtisas seçiminin nəticələrinin elan olunması ilə bağlı məlumat Dövlət İmtahan Mərkəzi tərəfindən paylaşılacaq. Çalışın rəsmi qurumların paylaşımlarını ciddiyə alın.

21/08/2024

🔊Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən ali təhsil müəssisələrinə qəbulun nəticələrinin növbəti iki gün ərzində elan olunması nəzərdə tutulur.

16/08/2024

Peşə təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi etdiyim müraciətçilərin timsalında qəbul olan bütün tələbələri ürəkdən təbrik edir və təhsil həyatlarının növbəti mərhələsində uğurlar arzulayıram.

12/08/2024

🔊Bu gündən 9 illik bazada kolleclərə qəbul olanların qeydiyyatı başlayıb. Proses 20 avqust tarixinədək elektron qaydada portal.edu.az platforması vasitəsilə həyata keçiriləcək.

www.portal.edu

31/07/2024

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 2024-cü il avqustun 1-dən 8-dək aparılacaq.

29/07/2024

🔊Bu gündən peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.
📌Məlumata əsasən, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
📍“2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 min min 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir”.
📍Qaydalara əsasən, qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir namizəd maksimum 5 ixtisas üzrə seçim edə bilər.

27/07/2024

Adı üstündə - süni intellekt)))

26/07/2024

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 26-dan avqustun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Ətraflı məlumat: https://t.ly/fzlrK

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Qurtuluş Hazırlıq Kursları
Baku
AZ0116