13/06/2026
13.06.2026-cı il tarixində 297 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirildi.
13 iyun 2026-cı il tarixində 297 nömrəli tam orta məktəbdə məzunlar üçün ən yaddaqalan günlərdən biri olan “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak edərək məzunları həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə təbrik etdilər.
Çıxış edənlər məzunlara gələcək həyatlarında uğurlar arzulayaraq onların əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirdilər. Şagirdlər isə məktəb illəri ilə bağlı xatirələrini bölüşərək müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə etdilər.
Musiqili çıxışlar, rəqs nömrələri və müxtəlif bədii kompozisiyalarla zəngin olan tədbir iştirakçılarda xoş təəssüratlar yaratdı. “Son Zəng” məktəb həyatının başa çatmasının və yeni hədəflərə doğru atılan ilk addımın rəmzi olaraq məzunların yaddaşında uzun illər qalacaqdır.
Məzunlarımıza gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayır, onların hər birinin Vətənimizə layiqli vətəndaş olacağına inanırıq.