TESLA Technical Academy

TESLA Technical Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TESLA Technical Academy, Baku.

03/03/2020

Təhlükəsiz iş mühiti heç də həmişə bütün mümkün təhlükələri kənarlaşdırmaq üçün yetərli olmur. Siz həmişə çox ehtiyatlı və təhlükəsiz işləməlisiniz. Təhlükəsizlik qaydaları iş yerində sizin və başqalarının ölüm və zədələnmə riskini azaldır.

Əgər siz elektrik dövrəsində və ya elektrik alətləri və cihazı ilə işləyirsinizsə, aşağıdakı qızıl qaydalara əməl etmək vacibdir:

- Gərginlik altında olan elektrik dövrələrinə toxunmaqdan çəkinin. Bu qayda ilə zarafat eləməyin və unutmayın ki, əgər p*s nəsə baş versə, çox güman ki, sizin ikinci şansınız olmayacaq. Bu, gülməli deyil.

- Bütün elektrik qurğuları ilə davranarkən onların gərginlik altında olduqlarını düşünün. Siz heç vaxt dəqiq bilmirsiniz.

- Elektrik cihazının təmirindən və ya ona xidmət göstərdikdən qabaq şəbəkədən ayırın.
Əmin olmaq üçün yeganə yol budur.

- Elektrik cihazı ilə işləyərkən bütün alət və qurğuların keçirici olmayan hissələrindən tutun.

- Elektrik qurğusu ilə çalışarkən metal qələm, xətkeş və ya metal qol saatından heç vaxt istifadə etməyin. Xüsusən hansısa cərəyan daşıyan hissəni metal qələm ilə göstərərkən bu qaydanı unutmaq çox asandır.
Həmişə agah olun.

- Şəbəkəyə qoşulmuş cihazı tutmaq lazım gəldikdə əllərinizin quru olmasından əmin olun, mümkün olduqda keçirici olmayan əlcəklər, paltarlar və izolyasiya altlıqlı ayaqqabı geyinin.

- Etdiyiniz işdə təhlükə varsa, yalnız bir əlinizdən istifadə edin, digərini keçirici materiallara toxunmamaq şərti ilə yanınızda və ya cibinizdə saxlayın. Bu tədbir cərəyanın döş qəfəsindən keçmək ehtimalı ilə nəticələnən hadisələrin baş verməsi ehtimalını azaldır.

- Əgər su və ya kimyəvi maddə qurğuya dağılıbsa, əsas açar və ya dövrə ayırıcısını açın və qurğunu şəbəkədən ayırın.

- Heç vaxt gərginlik altında olan qurğudan su və ya digər maddəni təmizləməyə cəhd etməyin. Bunu etmək axmaqlıqdır.

- Toxunanda keçiricilik yaradan cihaz şəbəkədən ayrılmalıdır və təmir üçün dərhal məruzə olunmalıdır.

- Defektiv dövrəni ört-basdır etmək üçün torpaqlamağa etibar etməyin.

- Təlimatlandırılmadan digər şəxsin cihazına və ya elektrik idarəetmə qurğusuna toxunmayın. Özünüzdən əmin olmayın. Bəxtinizi sınamayın.

- Bütün elektrik kontaktlarını və keçiriciləri çəpərləyin, bu halda heç kim səhvən onlara toxuna bilməyəcək. Mümkün olduqda bunu həmişə edin, əks halda çox diqqətli olun.

Photos from TESLA Technical Academy's post 07/10/2019

Rele ən çox istifadə olunan elektrik qurğularından biridir. Bir çox növləri var, amma əsasən elektromaqnitdən hazırlanır. İş prinsipi siqnal qəbul edərkən kontaktlarını dəyişməsinə əsaslanır. Belə ki, relenin qidalanma dövrəsinə elektrik siqnalı gəldikdə onun açıq kontaktları (NO-normal open) qapalıya keçir və əksinə qapalı kontaktlar (NC-normal close) isə açıq vəziyyətə dəyişir. Əsasən yüksək gərginlikli dövrələri aşağı gərginlikli siqnalla idarə etmək üçün istifadə olunur. Rele həm sabit, həm də dəyişən cərəyanla işləyə bilər. Relelərin quraşdırılması və dəyişdirilməsi çox az vaxt aparır, reaksiya müddəti qısadır.

06/10/2019

Elektrik cərəyanı iki üsulla hərəkət edir: dəyişən cərəyan və sabit cərəyan. Dəyişən və sabit cərəyan arasında fərq elektronların hərəkət istiqamətindədir. Sabit cərəyanda elektronlar bir istiqamətdə hərəkət edirlər. Dəyişən cərəyanda isə əksinə, periodik olaraq istiqamətini dəyişirlər.

Uzaq məsafələrə ötürülə bilməsinə görə dəyişən cərəyan sabit cərəyandan əlverişlidir. Yüksək gərginlikli xətlərdə itkisi az olur. Məişət və ofis qurğuları dəyişən cərəyandan istifadə edir. Transformatorun köməyi ilə asanlıqla yüksək gərginlikdən aşağı gərginliyə keçə bilir.

Sabit cərəyan daha çox aşağı gərginlikli sistemlərdə, məsələn batareyaların yüklənməsində, avtomatika və aviasiya sistemlərində istifadə olunur. Günəş batareyaları sabit cərəyan hasil edir.

06/10/2019

Termocüt temperatur ölçmək üçün istifadə olunan sensordur. Bu cihaz bir ucu birləşən iki fərqli metal naqildən ibarətdir. Metalların birləşdiyi nöqtədə temperatur dəyişikliyi dövrədə millivoltlarla ifadə olunan gərginlik yaradır və buna uyğun olaraq temperaturu müəyyən etmək mümkündür. Bu hadisəyə Zeebek effekti deyilir. Termocütlərin istiliyi hiss etmə müddəti qısadır, cəld reaksiya verir. RTD-lərə (Resistance Temperature Detector) nisbətən dəqiqliyi aşağıdır. Ölçmə diapazonu genişdir: -270 C°-dən 1260 C°-ə qədər. Zərərli və titrəmə olan istehsalat mühitlərində istifadə oluna bilər. Termocütlərin mənfi cəhətlərindən biri yenidən kalibrasiya edilməsi prosesidir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Website

Address

Baku