05/05/2026
🎨 Azərbaycan Memarlıq və İnşaat Universitetində UX/UI dizaynda stilin rolu və rəng psixologiyası Seminarı!
Dizaynda rənglərin və stilin istifadəçi davranışına necə təsir etdiyini öyrənmək istəyirsən? Bu seminar məhz sənin üçündür!
📌 Seminar zamanı:
✨ UX/UI dizaynda stilin rolu və düzgün vizual yanaşma
✨ Rəng psixologiyasının istifadəçi qərarlarına təsiri
✨ Real nümunələr və praktik izahlar
✨ Dizaynda daha effektiv və məqsədyönlü yanaşmalar
🗓 Tarix: 06.05.2026
🕒 Saat: 12:00
👩💻 Göyçək Nəsirova – UX/UI dizayner
🧠 Mina Əliyeva – Psixoloq
✨ Dizayn və psixologiyanın kəsişdiyi bu seminarı qaçırma!
📩 Qeydiyyat üçün bizimlə əlaqə saxla
04/05/2026
Səhnə İnteryer Dizayn Tələbələrimizindir! 😎
İnteryer dizayn tələbələrimizin layihə təqdimatı 11 aprel tarixində mərkəzimizdə baş tutdu. 🤩
Layihə təqdimatında tələbələrimiz aldıqları nəzəri və praktiki bilikləri real interyer konseptləri üzərində nümayiş etdirdilər. Bu təqdimat zamanı onların yaradıcılığı, texniki yanaşması və dizayn düşüncəsi ölkənin öndə gələn şirkət və studiyalarından iştirak edən mütəxəssislər tərəfindən dəyərləndirildi.
İştiraklarına və dəstəklərinə görə həm “BDC”, həm də digər şirkət və studiyalardan təqdimatda iştirak edən mütəxəssislərə təşəkkürümüzü bildiririk. 🫶🏻
Tələbələrin aldıqları geridönüşlər onların interyer sahəsində daha da inkişaf etməsinə, kreativ yanaşmalarını gücləndirməsinə və peşəkar dizayner kimi ilk addımlarını atmasına böyük töhfə verəcək. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq! 💪
Qeyd edək ki, tələbələrimizin bir çoxu tədris müddətində artıq real layihələrdə iştirak edir, bəziləri isə studiya və şirkətlərdə işə başlayıblar.
01/05/2026
Tələbələrimizin əldə etdiyi nəticələr bizim üçün sadəcə uğur göstəricisi deyil, eyni zamanda böyük qürur mənbəyidir. Onların ortaya qoyduğu işləri paylaşmamaq bu zəhmətə qarşı ədalətsizlik olardı.
Bu dəfə Motion tədris proqramımızda iştirak edən tələbələrimizin yaradıcılıq nümunələrini sizinlə bölüşürük. Təqdim olunan hər bir iş davamlı inkişafın, əzmin və peşəkar yanaşmanın real göstəricisidir.
Və bu, sadəcə başlanğıcdır — qarşıda daha böyük nailiyyətlər və daha təsirli nəticələr var. 🚀✨
30/04/2026
Nəzəriyyədən daha yaxşısı varsa, o da praktikadır!
16 aprel tarixində mərkəzimizin interyer dizayn tələbələri Memedoğlu Mebel mərkəzi ilə tanış olublar.
Tələbələrimiz müəllimlərinin rəhbərliyi ilə interyer və mebel dizaynının detallarını öyrənib, praktiki təcrübədən keçiblər.
Dizaynerlər mebel dizaynının ilkin anlayışlarını sınaqdan keçirib, eyni zamanda interyer dizaynda mebelin önəmi, materiallar və istehsal texnikası, dizayn stilləri və trendləri, funksional dizayn və planlama kimi bir çox prosesi yaxından müşahidə ediblər.
Bizi qonaq edib, bələdçilik etdiyi üçün şirkətinə təşəkkürlərimizi bildiririk.
Geriyə qalan səmimi görüntüləri sizinlə bölüşürük. 📸
Dizaynı real layihələrlə öyrənmək üçün Baku Design Center-ə müraciət etməyə tələsin!
20/04/2026
UNEC-də qrafik dizayn üzrə ilhamverici seminar! 🎨✨
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün Baku Design Center tərəfindən qrafik dizayna həsr olunmuş məzmunu zəngin və motivasiyaedici seminar keçirildi. 🚀
📌 Seminar zamanı tələbələr:
✨ Qrafik dizaynın əsas prinsipləri və vizual kommunikasiya qaydaları ilə tanış oldular
✨ Müasir dizayn trendləri, brendinq və vizual kimlik haqqında yeni biliklər əldə etdilər
✨ Adobe Photoshop, Illustrator kimi proqramların real tətbiq sahələrini öyrəndilər
✨ Kreativ düşüncə və ideya yaratma bacarıqlarını inkişaf etdirmək üçün praktik üsullar qazandılar
✨ Gələcək karyeralarında istifadə edə biləcəkləri real layihə təcrübələrindən faydalandılar
Seminar iştirakçıların həm nəzəri biliklərini gücləndirdi, həm də dizayna daha peşəkar və strateji yanaşma formalaşdırdı. Tələbələr qrafik dizayn sahəsində daha inamlı addımlar atmaq üçün güclü motivasiya qazandılar. 💡
Baku Design Center olaraq gənclərin qrafik dizayn sahəsində inkişafına töhfə verməkdən məmnunuq və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk! 🤍
14/04/2026
Səhnə Qrafik Dizayn Tələbələrimizindir! 😎
Qrafik Dizayn tələbələrimizin layihə təqdimatı 28 fevral tarixində mərkəzimizdə baş tutdu. 🤩
Layihə təqdimatında tələbələrimiz aldıqları nəzəri və praktiki bilikləri nümayiş etdirdilər. Bu təqdimat zamanı tələbələrin nəzəri və texniki bilikləri ölkənin öndə gələn şirkət və agentliklərindən iştirak edən mütəxəssislər tərəfindən dəyərləndirildi.
İştiraklarına və dəstəklərinə görə həm “BDC”, həm də digər şirkət və agentliklərdən təqdimatda iştirak edən mütəxəssislərə təşəkkürümüzü bildiririk. 🫶🏻
Tələbələrin aldıqları geridönüşlər onlara öz bacarıqlarını daha da mükəmməlləşdirməyə və uğurlu dizayner kimi ilk addımlarını atmağa kömək edəcək. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq! 💪
Qeyd edək ki, tələbələrimizin əksəriyyəti tədrislərini bitirmədən artıq işləyir və ya təcrübə proqramlarında iştirak edirlər.
10/04/2026
Onları siz də tanıyın🤩
Yeni məzunlarımızın uğurunu elan etməkdən məmnunuq! Onlar kursumuzu yüksək nəaliyyətlərlə bitirdilər və öz karyeralarında ilk addımlarını atdılar.😎
Xüsusi yaradıcılıqları və dizayna fərqli yanaşmaları ilə seçilən tələbələrimizə gələcək karyeralarında uğurlar arzu edirik!
Bəs sən? Həvəsini peşəyə çevirməyə hazırsan? Dizayn qrupları üçün indi qeydiyyatdan keç və gələcəyini dizayn et!😉
4w
07/04/2026
Nəzəriyyədən daha yaxşısı varsa o da praktikadır!🏡
28 fevral tarixində mərkəzimizin interyer dizayn tələbələri davam edən inşaat sahəsi ilə tanış olublar. Tələbələrimiz müəllimlərinin rəhbərliyi ilə interyer dizaynın detallarını real layihə üzərindən öyrənib, təcrübədən keçiriblər.
Dizaynerlər təmir prosesinin ilkin anlayışlarını sınaqdan keçirmişdir. Eyni zamanda, kanalizasiya, su, enerji xətlərinin çəkilməsi, profil çəkilməsi, ölçü götürmək və sketchin işlənməsi kimi bir çox proseslə də tanış olublar.
Geriyə qalan səmimi görüntüləri sizlə bölüşürük.
Dizaynı real layihələrlə öyrənmək üçün “Baku Design Center”-ə müraciət etməyə tələsin!