Unified Azerbaijan

Unified Azerbaijan

Share

Union of Non-formal and Informal Education and Development

05/10/2025

Bilik yolunun bələdçiləri, sizə minnətdarıq!

25/08/2025

Öyrənmə və İnkişaf üzrə Açıq Diskussiya

UNIFIED Azerbaijan və Forest Education-un birgə təşkilatçılığı ilə keçirilən görüşü qeyri-formal təhsil sahəsində fəaliyyət göstərən təlimçiləri bir araya gətirir.

az | .az

Bu görüşdə:
🔹 Müasir tədris metodları müzakirə olunacaq
🔹 Təcrübələr paylaşılacaq
🔹 Yeni ideyalar formalaşacaq

📌 Məqsədimiz – birlikdə öyrənmək, inkişaf etmək və ölkədə qeyri-formal təhsilin gələcəyinə töhfə verməkdir.

24/08/2025

Back to School – Yeni dərs ili, yeni hədəflər!

UNIFIED Azerbaijan olaraq biz inanırıq ki, uşaqlar yalnız kitablarla deyil, həyatın içində, əylənərək və kəşf edərək öyrənməlidirlər.

🔹 Biz qeyri-formal təhsil metodları ilə ölkədə bu yanaşmanı tətbiq edən ilk şirkətlərdən biriyik.
🔹 Məqsədimiz uşaqlara sadəcə bilik ötürmək deyil, onların yaradıcılığını, ünsiyyət bacarıqlarını və özünəinamını inkişaf etdirməkdir.
🔹 Biz övladlarınız üçün öyrənməyi əyləncəyə, hər dərsi bir macəraraya çevirən unikal proqram təqdim edirk.

Valideynlər üçün ən böyük üstünlüyümüz, övladlarınız öyrənməyi sevir, öyrəndiklərini isə gündəlik həyatında tətbiq edir.

Yeni dərs ili ilə birlikdə övladınızı fərqli, dinamik və motivasiyaedici təhsil mühitinə dəvət edirik.

Bizi izləməyə davam edin.

11/08/2025

Sizcə ingilis dili öyrənmək yalnız kitab, qayda və tapşırıqlardan ibarətdir?
Bizcə yox! ✨

“Məncə ingilis dili yalnız kitab və qrammatika deyil. O, bir oyun, bir səyahət, bir macəradır! Dərslərimizdə uşaqlar həm öyrənir, həm də əylənirlər. Çünki öyrənmək, əyləncəli olanda daha yaxşı yadda qalır.” Zəhra Möhsunova - çoxdilli öyrənmə üzrə mütəxəssis

UNIFIED Azerbaijan dərslərində ingilis dili öyrənmək tamamilə fərqli təcrübədir.
🎯 Oyunlar, yarışlar, komanda tapşırıqları və gündəlik mövzularla öyrənmək həm maraqlı, həm də yadda qalan olur.

📚 5-7-ci siniflər üçün təkmilləşdirmə qrupları
🎯 8-11-ci siniflər üçün abituriyent hazırlığı
🗣 Speaking qrupları

Sən də bu səyahətə qoşul və ingilis dilini fərqli formada kəşf et!

📍 Qeydiyyat üçün: +994 77 310 97 75 (yazın və ya zəng edin)

17/05/2024

Yeni Mövsümə Start verirr!

Əziz valideynlər və gənclər! .az yeni mövsümə start verir. Əsasən 8-17 yaş arası uşaqlar üçün nəzərdə tutulan bu yay proqramı, eyni zamanda gənclər və ailələr üçün öyrənmə və əyləncəni bir araya gətirən mükəmməl bir fürsətdir.

Azərbaycan Skautlar Assosiasiyasının və Unified Azerbaijanın birgə həyata keçirdiyi proqramda idmandan incəsənətə, təbiət gəzintilərindən masterklaslara qədər geniş çeşidli fəaliyyətlərimizlə hər bir uşağın maraqlarını və bacarıqlarını inkişaf etdirmək və yay istirahətlərini yadda qalan etmək üçün proqramımızı daimi yeniliklər gətiririk, . Yay mövsümündə övladlarınızın unudulmaz xatirələr yaratmasını və yeni dostlar qazanmasını təmin edəcək proqramımıza qoşulmaq üçün bizi izləyin!

Təfərrüatlar və qeydiyyat üçün saytımızı ziyarət edin: www.summerprogram.az

Photos from Unified Azerbaijan's post 30/10/2023

Gənclərin inkişafına yönəlik proqrama dəstək olmaq üçün hər zaman yeniliklərə töhfələr verən bu dəfə müasir dünyanın tələb etdiyi bacarıqları Gəncə şəhərində tədrisinə start veririk

Yeni partnyorumuz olan .az 3 və 6 aylıq tədris proqramı ilə "Modern Graphic Design", "UX/UI design", "Motion Design" dərslərinə start verir. Dərslər yerli bazarın tələblərinə uyğun hazırlanmış tədris proqramı və uzunmüddətli təcrübəyə sahib peşəkar dizaynerlər ilə tədris edilir.

Daha bir möhtəşəm xəbər.

şəhərində yeni fəaliyyəti məqsədi ilə qeydiyyatı tamamlayan ilk 10 nəfər üçün tədris olunan bütün dizayn sahələri üzrə qeydiyyata 30% endirim elan edilir.

Yeni bacarıqlarla iş dünyanı fəth etmək üçün elə bu gün qeydiyyatdan keçin..

Qeydiyyat linki: https://unified.az/application

15/10/2023

`Bu payız tətilini həqiqətən yaddaqalan etməyə hazırsınız? 📸🍂

az növbəti düşərgəsini elan edir.

Hər gün kəşf, öyrənmək və əyləncə üçün yeni fürsət olan bu dəfə sizi düşərgəsi üçün səsləyir.

16-20 noyabr 2023-cü il tarixlərdə Qusar rayonunda baş tutacaq düşərgəmizdə sizi görmək üçün həyacanlanırıq.

✅Noyabrın sonuna qədər hər kəs üçün 10% endrim.
✅Skautlar üçün 20% endrim.

Daxildir:
✔️ Koteclərdə yaşayış,
✔️ 3 dəfə əsas yemək və fəaliyyətlər arası meyvə, çay, kofe və şirniyyat.
✔️ Bakıdan düşərgə ərazisinə nəqliyyat
✔️ Masterklasslar, əyləncəli və idman oyunları, təlimlər, gecə proqramları və s.

Əlavə məlumat üçün:
+994708042804 (zəng və whatsapp üçün)
www.summerprogram.az

15/09/2023

📚 Bilik gününüz mübarək! 🌟

Bu özəl gündə dəyərli məktəblilərimizlə bilik və öyrənmə ruhunu qeyd etməkdən qürur duyuruq! 🇦🇿🎓

Bir neçə ildir ki, UNIFIED Azerbaijan olaraq missiyamız təhsili maraqlı və cəlbedici etməkdən ibarətdir. 🌠 Bizim unikal və əyləncəli tədris metodlarımız bir çox gənc beyini təhsili həvəslə qəbul etməyə sövq edir.

Ancaq biz bunu tək etmirik!
Biz əməkdaşlığa inanırıq və digər təhsil mərkəzləri ilə əl-ələ verib işləməkdən, birlikdə Azərbaycan gənclərinin parlaq gələcəyini formalaşdırmaqdan qürurla məmnun olduğumuzu bildiririk.

Gəlin birlikdə uşaqlarımızın qəlbində maraq, yaradıcılıq və bilik alovunu gücləndirməyə davam edək!

30/08/2023

Dünyanın nüfuzlu məktəblər şəbəkəsi Azərbaycana gəlir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School”la əməkdaşlığı elan edir.

Əməkdaşlığa əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış Holberton Azərbaycanda yeni tədris proqramına start verir. Qeyd edək ki, Holberton Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.

Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana biləcək. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçiriləcək ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradacaq. Seçim prosesi onlayn formada baş tutacaq. Belə ki, müvafiq veb-saytdan qeydiyyatdan keçərək müraciət edən şəxsə 3 addımdan ibarət tapşırıqlar veriləcək. Sonuncu addımda namizədlər Holberton nümayəndələri tərəfindən müsahibəyə cəlb olunacaq. Bu mərhələlərdə namizədin məntiqi və analitik düşüncə qabiliyyəti ölçüləcək və onlardan kompüter elmləri, proqramlaşdırma bilikləri tələb olunmayacaq. Eyni zamanda seçim prosesi ingilis dilində baş tutacaq ki, burada da namizədin dil biliyinin olması zəruridir. Bu mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək və tam təqaüdlü təhsil imkanı qazanacaq.

Proqram müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək. Tələbələr ilk 9 ayda kompüter elmləri üzrə təməl bacarıqları mənimsədikdən sonra kiçik proqram təminatı mühəndisi kimi işləyə və ya proqramın təqdim etdiyi altı ixtisasdan birinə (maşın öyrənməsi, artırılmış və virtual reallıq, “Low level and Algorithms”, “Full stack”, “Front-end” və “Back-end” proqramlaşdırma) müraciət edə bilərlər.

Müraciət üçün keçid edin: www.holbertonschool.com/apply 

Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.

Müraciət üçün son qeydiyyat tarixi sentyabrın 28-dir.

Qeyd edək ki, dərslərə 2023-cü ilin oktyabr ayından start veriləcək.

09/07/2023

Reading stories is a great way to improve vocabulary and we have lots of great stories for you and your little ones to watch.

🧡Watch stories, print activities and learn English at the same time: http://bit.ly/LEKShortStories

Photos from Unified Azerbaijan's post 24/06/2023

Düşərgə bir çox cəhətdən uşaqlar üçün mühüm təcrübədir. Düşərgənin əhəmiyyətini vurğulayan bəzi məqamları sizə təqdim edirik.

Güvən və Müstəqillik:
Düşərgə uşaqlarda müstəqillik hissini inkişaf etdirməyə və özlərinə inamını artırmağa kömək edir. Yeni mühitlərdə öz qərarlarını vermək, məsuliyyət götürmək və çətinliklərin öhdəsindən gəlmək kimi təcrübələr uşaqların özünə inamını gücləndirir.

Əyləncə və Zövq:
Düşərgə uşaqlar üçün əyləncəli və xoş təcrübədir. Oyunlar, fəaliyyətlər, gəzintilər və yeni dostlarla keçirilən vaxt uşaqların stressini azaldır, onların enerjisini buraxmağa kömək edir və xoş xatirələr yaradır.

Yaradıcılıq və Kəşfiyyat:
Düşərgə uşaqlara yaradıcılıq və kəşf hissini inkişaf etdirməyə imkan verir. İncəsənət, sənətkarlıq, təbiəti kəşf etmək və musiqi kimi fəaliyyətlər vasitəsilə uşaqlar özlərini ifadə etmək və yeni maraqlar kəşf etmək imkanı əldə edirlər.

Dözümlülük və Problemlərin həlli:
Düşərgə təcrübələri uşaqlara möhkəmlik və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə kömək edir. Qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək, komanda şəklində işləmək, yeni həll yolları tapmaq və uğur qazanmaq uşaqların özünə inamını artırır.

Təbiətlə əlaqə:
Düşərgə uşaqlara təbiətlə yaxından təmasda olmaq imkanı verir. Şəhər həyatından uzaq təbiətdə vaxt keçirmək uşaqlara təbiətin gözəlliklərini kəşf etməyə kömək edir və təbii mühitə maraqlarını artırır.

Sosial Bacarıqlar:
Düşərgə uşaqlar üçün sosial bacarıqlarını inkişaf etdirmək üçün əla platformadır. Yeni dostlar tapmaq, komandada işləmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və empatiya qurmaq kimi bacarıqlar uşaqların sosial əlaqələrini gücləndirir.

Bütün bu səbəblərə görə düşərgə uşaqların şəxsi, sosial və emosional inkişafına töhfə verir. Unikal təcrübələr vasitəsilə onlar yeni bacarıqlar kəşf edir və ömür boyu davam edəcək dostluqlar qururlar.

Elə isə siz də uzun illərin təcrübəsinə əsaslanan təşkilatçılığımız və proqramımız ilə çərçivəsində həyata keçirilən düşərgələrimizdə övladınız üçün yer ayırın. Bu onların yay tətili üçün verə biləcəyiniz ən böyük hədiyyə ola bilər.

Daha ətraflı:
+994708042804
summerprogram.az

19/06/2023

“Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi

Gənclərlə iş sahəsində olan təlimçilər və gələcəkdə təlimçi olmaq istəyən gənclərin nəzərinə!

“Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişaf etdirilməsi” layihəsi sizin üçündür!

Layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil istiqamətində fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini və keyfiyyətini artırmaqdır.

Məlumat üçün qeyd edək ki, aşağıdakı mərhələlərdən ibarətdir:

1. Lənkəran, Mingəçevir şəhərlərindən və onların ətraf ratonlarından olan gənc təlimçi, multiplayer və fasilitatorlar üçün 5 günlük təlimlər (İyul ayı);

Mingəçevir şəhərində: 8-14 iyul, 2023

Lənkəran şəhərində: 24-30 iyul, 2023

2. Eksperimental mərhələ - iştirakçıların yeni öyrəndikləri bilik və bacarıqları öz icmalarında praktikada tətbiq etməsi (Avqust-Sentyabr);

3. Yerli təlimçilər, fasilitatorlar və multiplayerlər üçün bələdçinin hazırlanması (Oktyabr-Dekabr)

4. Layihə iştirakçılarının fəaliyyətlərinin tanıtımı məqsədilə sosial media kampaniyaları (Dekabr)

5. Layihənin bütün mərhələlərində uğurla və fəal şəkildə iştirak edən iştirakçıların "Təlimçilər bazasına" daxil edilməsi (Dekabr).

Qeydiyyat üçün linkə daxil olun.
https://forms.gle/vhmgpNWaKAdhrQ656

Layihə Avropa Şurasının Avropa Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçiriləcək.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Baku, Nasimi
Baku
AZ1007