Forest Education Azerbaijan

Forest Education Azerbaijan Əylənərək təbiətdə öyrənmək - uşaqlar bunu istəyir! Azərbaycanın qeyri-formal təhsil verən qurumu

“Forest Education Azerbaijan” qeyri-formal təhsilin gücünə inanaraq alternativ təhsil yolu ilə uşaq, yeniyetmə və gənclərin potensialını ortaya çıxarmaq üçün formal təhsildən daha geniş imkanlar təqdim edən bir mühit yaratmaq və bu mühitdə inkişaf etdirməklə onlara yeni imkanlar verən təhsil subyektidir. Təcrübəli komanda yaradıcı təlim-tədris metodları ilə müxtəlif yaş qruplarına mənsub iştirakçı

ların inkişafına kömək edir, fərdi təlim proqramları təklif edir və iştirakçıların məqsədlərinə uyğunlaşdırılmış, fleksibl və şəxsiyyətə uyğun bir təhsil təmin edir. Bizim müştərilərimiz təlimlər vasitəsilə özünü inkşaf etdirmək və məqsədlərinə nail olmaq üçün gərəkli alətlər və biliklər əldə edirlər. Təlimlər texnologiyaların gücünü və müasir təlim metodlarını vurğulayır və gələcək həyatda müvəffəqiyyət qazanmağa nail olmaq üçün tələbələri hazırlayır.

Bu həftəsonu Forest Education Azerbaijan (.az) və Səidə Əlizadə ilə bir araya gəlib, məktəblilərlə kitabların sehrli dün...
31/05/2026

Bu həftəsonu Forest Education Azerbaijan (.az) və Səidə Əlizadə ilə bir araya gəlib, məktəblilərlə kitabların sehrli dünyasına səyahət etdik. 📚✨
Uşaqlarla mütaliənin əhəmiyyəti, kitabların xəyal dünyamıza qatdığı rənglər və hər səhifədə gizlənən yeni dərslər haqqında olduqca maraqlı müzakirələrimiz oldu. Onlara yalnız oxumağı deyil, kitabların içindəki duyğuları hiss etməyi və obrazlarla empatiya qurmağı aşılamağa çalışdıq. 🌱

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik. Onlara sağlam, xoşbəxt və sevgi dolu həya...
31/05/2026

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik. Onlara sağlam, xoşbəxt və sevgi dolu həyat arzulayırıq. Uşaqların gülüşü hər zaman dünyanı gözəlləşdirsin! 💚

Əziz valideynlər, övladlarınıza gündəlik meyvə boşqabı hazırlamağı unutmayın. Yaşıllıq yeməyə sevgini artırmaq üçün təbi...
11/04/2026

Əziz valideynlər, övladlarınıza gündəlik meyvə boşqabı hazırlamağı unutmayın. Yaşıllıq yeməyə sevgini artırmaq üçün təbii dadlandırıcı olan tərxun və ya nanə ilə boşqaba canlılıq verə bilərsiniz. Balaları süni şəkər olan şəkər tozu və qənddən uzaq tutun. Təbii şəkər hamısından öndə! 🍎🍊🍒🍋🥝🍉🍏

İdarə heyətimizin üzvü, Qazaxıstanda alimlik dərəcəsi almaq uğrunda elmi fəaliyyətlər göstərən komanda yoldaşımız Elnur ...
07/04/2026

İdarə heyətimizin üzvü, Qazaxıstanda alimlik dərəcəsi almaq uğrunda elmi fəaliyyətlər göstərən komanda yoldaşımız Elnur Arifzadə Almatı şəhərində elm və təhsil nazirimiz, hörmətli Emin Əmrullayevlə görüşüb. Qeyd edək ki, bu gün Azərbaycan universitetləri tərəfindən orada “Study in Azerbaijan” adlı sərgi baş tutacaq. 🙌🏼

Bu gün “Forest Education Azerbaijan”ın 4 saylı meşə təhsili qrupu üzvləri üçün emosional zəkanın inkişafına yönəlmiş xüs...
05/04/2026

Bu gün “Forest Education Azerbaijan”ın 4 saylı meşə təhsili qrupu üzvləri üçün emosional zəkanın inkişafına yönəlmiş xüsusi təlim sessiyası təşkil olunub. Seminarın əsas məqsədi uşaqlarda erkən yaşlardan fundamental sosial bacarıqların formalaşdırılması və onların daxili potensialının üzə çıxarılmasıdır.
Gənclərlə iç üzrə tədqiqatçı və təlimçi Nəzrin Ömərzadə tərəfindən idarə olunan sessiya zamanı uşaqlara özünəhörmət (self-esteem), empatiya və aktiv dinləmə kimi həyati vacib bacarıqlar interaktiv metodlarla tədris edilib. Seminarın gedişatında uşaqlar öz daxili dünyalarını kəşf edərək, ətrafdakılarla sağlam ünsiyyət qurmağın elmi və praktiki yollarını öyrəniblər.
Tədbirin əsas fəlsəfi yanaşmasını şərh edən Nəzrin Ömərzadə qədim pedaqoji hikmətlərə əsaslanaraq qeyd edib:
“Uşaqların dünyası tələbələrdən və gənclərdən tamamilə fərqli bir dərinliyə malikdir. Klassik pedaqogikada da vurğulandığı kimi, uşaqla ünsiyyət zamanı biz onların dünyasına ‘enmirik’, əksinə, onların saflığına və ucalığına doğru qalxırıq. Bu gün məqsədimiz hər bir uşağın öz mənliyini dərk etməsi və cəmiyyətdə emosional cəhətdən dayanıqlı fərdlər kimi yetişməsinə dəstək olmaq idi.”
Forest Education Azerbaijan qeyri-formal təhsil metodologiyası vasitəsilə uşaqların təbiətlə və öz daxili mənlikləri ilə harmoniyada inkişaf etməsini hədəfləyir. Seminar iştirakçıları praktik tapşırıqlar vasitəsilə bir-birini dinləməyin və fərqliliklərə hörmətlə yanaşmağın əhəmiyyətini təcrübədən keçiriblər.

Görüş tərəfdaşımız .bahar dəstəyi ilə İçərişəhərdə baş tutub.

  Bu gün Forest Education Azerbaijan .az olaraq, məktəblilərlə bir araya gəlib, olduqca maraqlı və düşündürücü bir mövzu...
05/04/2026



Bu gün Forest Education Azerbaijan .az olaraq, məktəblilərlə bir araya gəlib, olduqca maraqlı və düşündürücü bir mövzuya toxunduq. Uşaqlara özünəhörmət, empatiya və aktiv dinləmə kimi fundamental bacarıqların əhəmiyyətini aşılamağa çalışdıq. Birlikdə daxili dünyamıza kiçik bir səyahət etdik 🌱
Hər dəfə uşaqlarla işləyəndə onların dünyasının bizdən çox fərqli olduğunu görürəm. Pedaqogika da deyildiyi kimi, uşağın dünyasına “enmək” yox, o saflığa və o dərinliyə doğru qalxmaq lazımdır. Bu gün o ucalıqda olmaq mənim üçün çox dəyərli idi ✨

✨ Ramazan Bayramınız mübarək! Bu müqəddəs bayram sevgi, mərhəmət və paylaşmağın ən gözəl təcəssümüdür. Ramazan ayı boyun...
20/03/2026

✨ Ramazan Bayramınız mübarək! Bu müqəddəs bayram sevgi, mərhəmət və paylaşmağın ən gözəl təcəssümüdür. Ramazan ayı boyunca qazandığımız səbir, birlik və yardımlaşma ruhu həyatımızın hər anında bizimlə olsun.

Qoy bu bayram hər bir evə sevinc, qəlblərə rahatlıq və bərəkət gətirsin. Dualarınız qəbul, süfrələriniz bol, ürəyiniz daim işıqlı olsun. Bayramınız mübarək, əziz dostlar!

🌸 🌿 Novruz Bayramınız mübarək!Təbiətin oyanışı, yenilənmənin və ümidin rəmzi olan Novruz hər birinizə yeni başlanğıclar,...
19/03/2026

🌸 🌿 Novruz Bayramınız mübarək!

Təbiətin oyanışı, yenilənmənin və ümidin rəmzi olan Novruz hər birinizə yeni başlanğıclar, uğur və xoşbəxtlik gətirsin.
Qoy bu bahar evlərinizə bolluq, süfrələrinizə bərəkət, həyatınıza sevinc və istilik gətirsin. Köhnə incikliklər geridə qalsın, yeni arzular gerçəkləşsin. Hər gününüz bahar tək təravətli, ürəyiniz Novruz tonqalı kimi isti olsun!

Bayramınız mübarək!🔥🌸

Bu gün Torpaq çərşənbəsidir, bərəkətin, dirçəlişin və həyatın başlanğıcı 🌱 Torpaq oyanır, ümidlər cücərir, bahar qapımız...
17/03/2026

Bu gün Torpaq çərşənbəsidir, bərəkətin, dirçəlişin və həyatın başlanğıcı 🌱 Torpaq oyanır, ümidlər cücərir, bahar qapımızı döyür. Novruzun müjdəsi hər evə bolluq gətirsin!

10/03/2026

Bu gün Yel çərşənbəsidir, dəyişimin, hərəkətin və yenilənmənin xəbərçisi 🌬️ Yellər köhnə qayğıları aparsın, ruhumuza təravət gətirsin. Novruza bir addım da yaxınlaşırıq!

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Forest Education Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Forest Education Azerbaijan:

Shortcuts

Share

Category