Tengiz Rəsulov

Tengiz Rəsulov Təhsil kouçu
▪️ Təhsildə düzgün istiqamət
▪️ Fərdi inkişaf üçün qabaqcıl təcr?

Bu paylaşımda kouçinqin növləri haqqında söz açmışıq.
15/03/2021

Bu paylaşımda kouçinqin növləri haqqında söz açmışıq.

Bəs sizin üçün kimin fikirləri maraqlıdır?Öz fikirlərinizi isə bizimlə rəy bölməsində paylaşmağı unutmayın.             ...
13/03/2021

Bəs sizin üçün kimin fikirləri maraqlıdır?
Öz fikirlərinizi isə bizimlə rəy bölməsində paylaşmağı unutmayın.

Kouçinq planlı fərdi inkişaf prosesidir. Burada xidməti verən şəxs – kouç və alan şəxs – koçi (coachee) arasında əməkdaş...
08/03/2021

Kouçinq planlı fərdi inkişaf prosesidir. Burada xidməti verən şəxs – kouç və alan şəxs – koçi (coachee) arasında əməkdaşlıq mövcuddur. Bu prosesin dizayn edilməsində əsas söz sahibi xidməti alan şəxs – koçidir. Kouçinq prosesinin necə və hansı şəkildə davam etməsinə koçi qərar verir. Kouçun vəzifəsi isə müsahibinin bu prosesin əvvəlcədən razılaşdırılmış şərtlərinə və çərçivəsinə riayyət etməsini təmin etməkdir.

Kouçinq eyni zamanda öhdəlik prosesidir. Yəni, həyatındakı əksikliklərin fərqinə varan və dəyişikliklərə qərar verən şəxs bu dəyişikliklərə çatmaq üçün mütləq kiçik də olsa addımlar atmalı və davamlı inkişafda olmalıdır. Koçi bunun üçün öhdəlik alır və Kouç da bu öhdəliyi davamlı şəkildə nəzarət altında saxlayır, müsahibini həvəsləndirir, ruhlandırır və beləliklə, onun inkişaf yolundakı davamlılığını təmin edir.

Kouçinq prosesində koçilər hazırda olduqları mənəvi-ruhi-zehni səviyyənin fərqinə varır, yüksəlmək istədikləri inkişaf mərhələlərini müəyyən edir, zəif tərəflərini kəşf edib, onları azaltmağa, güclü tərəflərini kəşf edib daha da gücləndirməyə çalışırlar. Kouçinq insanları həyat fəlsəfələrini daha yaxşı anlamağa, vizyonlarını aydınlaşdırmağa, ambisiyalı hədəflər qoyaraq həyatlarını daha zəngin və məmnunluq içərisində yaşamağa təşviq edir. Kouçinqin məqsədi – həyatı biolojik mövcudiyyətdən xilas edib, maddi, mənəvi və zehni olaraq daha keyfiyyətli bir həyat tərzinə sahib olmaqdır.

Kouç və koçi ararsındakı ünsiyyət normal şərtlərdə 0,5-1 saat davam edən üz-üzə seanslar şəklində həyata keçirilir. Bu vaxt ərzində koçinin o gün üçün gətirdiyi mövzu müzakirə edilir və xidməti alan şəxs tərəfindən öhdəlik müəyyən olunur. Bir sonrakı seansda o günün mövzusu ilə paralel şəkildə əvvəlki seansda alınmış öhdəliklərin və atılmış addımların nəticələri də müzakirə olunur. Məqsəd – müsbət dəyişikliklərə nail olmaqdır. Kouçinq münasibətləri bu xidməti alan şəxsin ehtiyaclarına görə üç aydan bir ilə qədər uzana bilər. Bu münasibətlər kouç və koçinin qarşılıqlı anlaşması və güvəninə əsaslanaraq daha uzunmüddətli, hətta ömür boyu da davam edə bilər.

Kouçinq fəlsəfəmizdən agah olun.Öz həyat fəlsəfəni yarat!
08/03/2021

Kouçinq fəlsəfəmizdən agah olun.
Öz həyat fəlsəfəni yarat!

Kouçinqin məqsədi, tarixi və faydaları haqqında məlumat almaq üçün paylaşımı izləyin.
06/03/2021

Kouçinqin məqsədi, tarixi və faydaları haqqında məlumat almaq üçün paylaşımı izləyin.

Address

Baku

Telephone

+994513377991

Website

Alerts

Be the first to know and let us send you an email when Tengiz Rəsulov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tengiz Rəsulov:

Shortcuts

Share