TED Bilik

TED Bilik Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TED Bilik, Education, Zahid Xəlilov, 41 (BDU-nun əsas çıxışı ilə üzbəüz), Baku.

TED BİLİK kursları informatika və riyaziyyat sahəsində olimpiada yönümlü peşəkar hazırlıq təqdim edən tədris mərkəzidir. Şagirdlərimiz Respublika Fənn Olimpiadalarında yüksək nəticələr göstərərək çoxsaylı qızıl, gümüş və bürünc medallar qazanıblar.

🤖 İnformatika üzrə Olimpiadaya hazırlaşmaq istəyirsən?Doğru müəllim, düzgün proqram və ciddi hazırlıqla olimpiada yolund...
24/08/2026

🤖 İnformatika üzrə Olimpiadaya hazırlaşmaq istəyirsən?
Doğru müəllim, düzgün proqram və ciddi hazırlıqla olimpiada yolunda sən də qaliblər sırasında ola bilərsən!

🚀 **TED Bilik Kurslarında yenilik!**
Artıq informatika üzrə hazırlıq:
🇦🇿 Azərbaycan dilində
🇷🇺 Rus dilində
🇬🇧 İngilis dilində keçirilir!

✨ Sizi fərqləndirən:
• Dünya səviyyəli proqram
• Olimpiada təcrübəsi olan müəllim heyəti
• Gücləndirmə düşərgələri və yarışlar
• Daimi nəzarət və ciddi tədris sistemi
• Tam onlayn, hibrid və əyani dərslər

🥇 Məqsədimiz sadəcə dərs keçmək deyil — yeni qaliblər yetişdirməkdir!

📞 Ətraflı məlumat və qeydiyyat:
+994 55 939 88 48

🥉TED BİLİK-dən daha bir beynəlxalq uğur!🏆Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələrin Avropa İnformatika Olimpiada...
17/08/2026

🥉TED BİLİK-dən daha bir beynəlxalq uğur!🏆

Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI) şagirdlərimiz uğurla iştirak edərək 2 bürünc medal qazanıblar! 🇦🇿

🥉 Mahmud İsalı
🥉 Vaqif Abdullayev

Şagirdlərimizi və onların uğurunda əməyi olan müəllimlərimizi ürəkdən təbrik edirik! 👏

TED BİLİK olaraq məqsədimiz şagirdlərimizi yalnız olimpiadalara deyil, beynəlxalq səviyyəli yarışlara və böyük uğurlara hazırlamaqdır.

Növbəti uğur hekayəsi sənin ola bilər! 🚀

📍Zahid Xəlilov 41 (Elmlər Akademiyası, BDU çıxışı)

📲 055 939 88 48
🌐 bilik.edu.az

Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası - IOI 2026-da Azərbaycan məktəbliləri növbət...
17/08/2026

Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası - IOI 2026-da Azərbaycan məktəbliləri növbəti böyük uğura imza atdılar!

🥉 3 bürünc medal qazanan şagirdlərdən 2-si TED Bilik Kurslarının şagirdləridir!

🥉 Həsən Vəliyev
🥉 Əhməd Qəmbərli

Bu nəticə təsadüf deyil.

İllərin olimpiada təcrübəsi, düzgün hazırlıq strategiyası və nəticəyə fokuslanan tədris - uğurun əsasını təşkil edir.

TED Bilik Kursları olaraq şagirdlərimizi yalnız olimpiadaya hazırlamırıq. Onları beynəlxalq səviyyədə rəqabət aparacaq bilik və bacarıqlarla yetişdiririk.

🎯 Növbəti beynəlxalq uğur hekayəsi sənin ola bilər!

📩 İnformatika Olimpiadasına hazırlıq haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxla.
📍Zahid Xəlilov 41 (Elmlər Akademiyası, BDU çıxışı)

📲 055 939 88 48
🌐 bilik.edu.az

🥉 TED BİLİK KURSLARINDAN NÖVBƏTİ BEYNƏLXALQ UĞUR!24–30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələ...
03/08/2026

🥉 TED BİLİK KURSLARINDAN NÖVBƏTİ BEYNƏLXALQ UĞUR!

24–30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2026) TED BİLİK Kurslarının yetirmələri ölkəmizi uğurla təmsil edərək beynəlxalq arenada növbəti nailiyyətə imza atıblar.

Bürünc medal qazanan şagirdlərimizi qürurla təqdim edirik:

🥉 Mahmud İsalı
🥉 Vaqif Abdullayev

EJOI dünyanın ən nüfuzlu yeniyetmələr arasında keçirilən informatika olimpiadalarından biridir. Bu il 25 ölkədən yüzlərlə güclü iştirakçının mübarizə apardığı yarışda şagirdlərimizin medal qazanması uzunmüddətli hazırlığın, əzmkarlığın və peşəkar rəhbərliyin nəticəsidir.

Bu möhtəşəm uğura imza atan şagirdlərimizi, onların valideynlərini və əziyyəti keçən müəllimlərimizi ürəkdən təbrik edir, onlara beynəlxalq arenada daha böyük qələbələr arzulayırıq.

TED BİLİK Kursları olaraq məqsədimiz yalnız olimpiadalara hazırlıq deyil, ölkəmizi beynəlxalq səviyyədə uğurla təmsil edəcək gələcəyin proqramçılarını yetişdirməkdir.

Növbəti uğur hekayəsi sənin ola bilər!🚀🏅

Uğur uğurun ardınca! 🏆TED Kurslarının olimpiada hazırlığı proqramı növbəti uğur hekayəsini yazmağa davam edir!Bu dəfə si...
24/07/2026

Uğur uğurun ardınca! 🏆

TED Kurslarının olimpiada hazırlığı proqramı növbəti uğur hekayəsini yazmağa davam edir!

Bu dəfə sizə əzmi, zəhməti və əldə etdiyi möhtəşəm nəticələrlə seçilən **Anar Tosayev**i təqdim edirik. ✨

🌟 Növbəti uğur hekayəsi sənin də ola bilər!

Bunun üçün ilk addımı atmaq kifayətdir. Aşağıdakı əlaqə nömrəsi ilə bizimlə əlaqə saxla və ölkənin ən təcrübəli olimpiada hazırlıq mərkəzlərindən birində peşəkar hazırlığa başla.

🎯 Özləri beynəlxalq və respublika olimpiadalarında uğur qazanmış müəllimlər, həqiqi olimpiada mühiti, illərin təcrübəsi və yüzlərlə medal qazandıran sistem səni də uğura aparacaq.

📞 Elə indi bizimlə əlaqə saxla və uğur hekayəni birlikdə yazaq!

📍Zahid Xəlilov 41 (Elmlər Akademiyası, BDU çıxışı)

📲 055 939 88 48
🌐 bilik.edu.az

🏆 Respublika Fənn Müsabiqələrinə (RFM) hazırlıq başlayır!İllərdir 100-dən çox şagirdi olimpiada medalı ilə uğura aparan ...
22/07/2026

🏆 Respublika Fənn Müsabiqələrinə (RFM) hazırlıq başlayır!
İllərdir 100-dən çox şagirdi olimpiada medalı ilə uğura aparan təcrübəmizi indi Respublika Fənn Müsabiqələrində davam etdiririk.
RFM hazırlıq proqramımız şagirdlərin fənn biliklərini möhkəmləndirməklə yanaşı, analitik düşünmə, məntiqi təhlil və problem həll etmə bacarıqlarını da inkişaf etdirir.
✅ Təcrübəli olimpiada müəllimləri
✅ Nəticəyönümlü hazırlıq proqramı
✅ Müntəzəm sınaqlar və fərdi izləmə
✅ İnformatika • Riyaziyyat • Kimya
Medal qazandıran ənənənin bir parçası ol!

🧪 Kimya sadəcə formullar və reaksiyalar deyil – dərin biliklər, analitik düşüncə, məntiq və elmi baxış tərzidir. Bu baca...
17/07/2026

🧪 Kimya sadəcə formullar və reaksiyalar deyil – dərin biliklər, analitik düşüncə, məntiq və elmi baxış tərzidir. Bu bacarıqları isə peşəkar hazırlıqla formalaşdırmaq mümkündür.

TED Kurslarının Kimya üzrə Olimpiada və Respublika Fənn Müsabiqəsi (RFM) hazırlıq proqramı, yüksək nəticə hədəfləyən və gələcəyini elmi uğurlarla qurmaq istəyən şagirdlər üçün hazırlanıb.

Artıq uzun illərdir ki, olimpiada hazırlığında qazandığımız təcrübə və yetişdirdiyimiz medalçılarla bu sahədə öz sözümüzü deyirik. RFO-2026-da qazandığımız 10 qızıl medal və onlarla medal tətbiq etdiyimiz hazırlıq sisteminin uğurunu bir daha təsdiqləyir.

📚 Proqram çərçivəsində şagirdlərimiz:
✔ Həftədə 2 dəfə, hər biri 2 saat olmaqla intensiv dərslərdə iştirak edir;
✔ Mövzular üzrə müntəzəm vaxtarışı sınaqlarla biliklərini yoxlayır;
✔ Özləri Respublika və Beynəlxalq Olimpiadaların qalibi olmuş müəllimlərdən dərs alırlar;
✔ Nəzəri biliklə yanaşı, mürəkkəb olimpiada tipli sualların həlli strategiyalarını öyrənirlər;
✔ Respublika Fənn Olimpiadaları və Respublika Fənn Müsabiqələrində yüksək nəticə əldə etmək üçün sistemli şəkildə hazırlanırlar.

Bizim məqsədimiz yalnız şagirdlərə mövzu öyrətmək deyil, onları ölkəmizi nüfuzlu elmi yarışlarda uğurla təmsil edəcək medalçılar kimi yetişdirməkdir.

Əgər siz də kimya sahəsində potensialınızı maksimum səviyyədə inkişaf etdirmək, güclü müəllim heyəti ilə çalışmaq və uğurlarınızı medallarla taclandırmaq istəyirsinizsə, TED Kurslarının Kimya Olimpiadası və RFM hazırlıq proqramına qoşulun!

📞 Ətraflı məlumat və qeydiyyat üçün:
+994 55 939 88 48

Biz çox çalışdırırıq, həm də riyaziyyatı düşüncə və həlletmə sənəti kimi öyrədirik! 📚🧩🎯 Alfa Riyaziyyat Proqramının “Sıf...
09/07/2026

Biz çox çalışdırırıq, həm də riyaziyyatı düşüncə və həlletmə sənəti kimi öyrədirik! 📚🧩

🎯 Alfa Riyaziyyat Proqramının “Sıfırdan Uğura” siniflərinin hədəfi nədir?

Əziz valideyn! Övladınız riyaziyyatı sevmir? Düşünürsünüz ki, nə qədər çalışsa da, bu fənni öyrənə bilmir?

Əslində, belə deyil! Doğru və məhz çox çalışdırmaqla riyaziyyat hər kəsə öyrədilə bilər!

Çünki çox çalışmadan riyaziyyat öyrənmək mümkün deyil. Amma əvvəl riyaziyyat dərsində uğur qazanmayan şagirdlər özləri çox çalışmağa meylli olmurlar.

❓Bəs çıxış yolu nədir?

Şagirdi:
– yormadan,
– sıxışdırmadan,
– irəlidə olan şagirdlərin yanında məyus etmədən,
– addım-addım həvəsləndirərək,
– uğuru daddıraq,
– əlavə məntiq dərsləri salaraq,
– zəka çalışmaları və məsələ həlli vasitəsilə riyazi düşüncə yaradaraq,
– çətinlikdə tək qoymayaraq

çox çalışdırmaq.

Biz məhz bunu edirik.

Ən sadə mövzulardan, lap əvvəldən başlayırıq. Tələsmədən, şagirdə uğuru hiss etdirərək, zəif nəticəsi olan uşaqları mərhələ-mərhələ irəli aparırıq.

📖 Öz proqramımız, dərs vəsaitimiz və öyrətmə metodumuzla!

💪 Biz zəhmətə inanırıq!

📅 Həftədə 5 dəfə riyaziyyat məşğələsi keçiriləcək:

📘 Dərs 1. Mövzu izahı və çalışma həlli.

📘 Dərs 2. Mövzu izahı və çalışma həlli.

✍️ Dərs 3. Həll saatı.

📝 Dərs 4. Test və izahı.

🧩 Dərs 5. Məntiq.

💻🏫 Həm üzbəüz, həm onlayn dərslərlə ölkənin istənilən yerindən dərslərimizdən faydalana bilərsiniz.

Riyaziyyat üzrə olimpiada və müsabiqələrdə uğur qazanmaq istəyən şagirdlər üçün əla fürsət!Medalçıları yetişdirmək ənənə...
02/07/2026

Riyaziyyat üzrə olimpiada və müsabiqələrdə uğur qazanmaq istəyən şagirdlər üçün əla fürsət!
Medalçıları yetişdirmək ənənəsinə sahib olan kursumuz riyaziyyatdan olimpiada və RFM hazırlığı siniflərinə şagird qəbulu elan edir.
Niyə bizi seçməlisiniz?
• RFO və İMO standartlarına, həmçinin dünyanın ən öncül ölkələrindəki hazırlıq təcrübələrinə əsaslanan proqram.
• Ciddi vəsaitlər, o cümlədən bütün dünyada məşhur olan Leninqrad Riyaziyyat Dərnəyinin hazırlıq toplusu əsasında qurulmuş dərs məzmunu.
• Uğurlu təcrübəyə sahib müəllimlər.
Kimlər qəbul olunur?
Olimpiada dərslərinə 5–11-ci sinif şagirdləri qəbul olunur və hər şagird səviyyəsinə görə R1, R2, R3 siniflərinə alınır.
RFM hazırlığına 5–6-cı sinif şagirdləri qəbul olunur.
Qeydiyyat davam edir.
Ətraflı məlumat və qeydiyyat üçün:
📞 +994 55 939 88 48

🏆 Azercell Cup-da uğura  TED ilə gedin!Respublika Fənn Olimpiadalarında qazandığı uğurlar və medalçı yetişdirmə ənənəsi ...
16/06/2026

🏆 Azercell Cup-da uğura TED ilə gedin!
Respublika Fənn Olimpiadalarında qazandığı uğurlar və medalçı yetişdirmə ənənəsi ilə seçilən TED Kursları 6 və7-cı sinif şagirdləri üçün Azercell Cup yarışına ödənişsiz hazırlıq kampı elan edir.
Bu kamp iştirakçılara:
🔹 Olimpiada qalibi olmuş təcrübəli müəllimlərdən medalçılar yetişdirmə ənənəsi ilə tanınan TED proqramı ilə dərs almaq,
🔹 🔹 Alqoritmik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək,
🔹 Gləcək uğurlar üçün möhkəm təməl formalaşdırmaq imkanı yaradacaq.
💻 Effektli onlayn format olan dərslərə hər yerindən qoşulmaq imkanı var.
📌 Yalnız 6 və 7-cı sinif şagirdləri kampa alınır.

🔗 Qeydiyyat linki: https://tedcup.org
🗓️ Qeydiyyatın son tarixi: 20 iyun 2026
📞 Əlaqə: 055 939 88 48

Gələcəyin proqramçıları və olimpiada qalibləri bu gündən hazırlanır. Sən də onlardan biri ol!

Address

Zahid Xəlilov, 41 (BDU-nun əsas çıxışı Ilə üzbəüz)
Baku

Alerts

Be the first to know and let us send you an email when TED Bilik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category