29/08/2024
⭕ Xidmətlərimiz:
✅ Ödənişsiz Kripto Materiallar
✅ Gündəlik Bazar Analizi
✅ Ödənişsiz Ticarət Siqnalları
✅ Kripto məlumat və xəbər postları
✅ İnvestisiyasız gəlir əldə etmək
✅ Airdroplar haqqında məlumat
Qatılmağa tələsin ⤵️
Kanal Linki: https://t.me/+9BMI49EwnPE1OGQ6
Blockchain Academy
Siz də Blockchain Academy ilə kriptovalyuta sektoruna daxil olun! �
09/08/2024
Web 3.0 internetin üçüncü nəsilidir. Bu konsept, mərkəzi olmayan bir interneti hədəfləyir və blok zəncirlərindən istifadə edir. Məqsədi, internet məkanını daha şəffaf və əlçatan etməkdir.
Bu yeni nəsil internet, süni intellekt və maşın öyrənmə texnologiyalarından istifadə edir və dataları mərkəzi olmayan şəkildə saxlamağa imkan verir.
Əsas fikir, istifadəçilərin şəxsi məlumatlarını qorumaq üçün blok zəncirləri, kripto valyutalar və NFT-lərdən istifadə etməkdir.
09/08/2024
Şəxsi açar kriptovalyuta əməliyyatlarında insanların pul kisəsinə sahib olduğunu sübut etmək və köçürmələrin həyata keçirilməsində istifadə olunur.
Açar itirilərsə, pul kisəsi yenidən əldə edilə bilməz və vəsait oğurlana bilər.
Misal üçün:
L2hjTJNhjpUTdAVMArh3UqmnTXEVx6J6Faui8cUXCPpyQMUEkJ54
08/08/2024
Blockchain ekosistemində "Crypto Address" kripto aktivlərini göndərmək və ya almaq və blokçeyndə pul kisəsinin yerini təyin etmək üçün istifadə olunan mətn kodlarıdır. Kripto adreslər hər bir istifadəçi üçün xüsusi olaraq hərflər və rəqəmlər ardıcıllığından yaradılmışdır.
Bitcoin şəbəkəsində adres:
1CKa7k7RtaV4TRRcnjciVndBS8hNG1G9ip
Ethereum şəbəkəsindəki adres:
0x77dce4813eC15650e57E1b999c197aad00bEc1c
08/08/2024
DeFi heç bir mərkəzi orqana bağlı olmayan maliyyə strukturlarına verilən addır.
Mərkəzləşdirilməmiş və qərar qəbul etmə səlahiyyətlərinə malik olmayan Bitcoin və Ethereum kimi sistemlər DeFi üçün ideal nümunələrdir. Lakin kriptolar təkcə pul göndərmək və ya qəbul etəmklə məhdudlaşmadığından, DeFi dedikdə daha fərqli maliyyə funksiyalarını yada salmaq düzgün olardı.
Bunlara kreditlərin alınması, kreditlərin verilməsi, mərkəzləşdirilməmiş mübadilə, sığorta, alqı-satqı və s. daxildir. Misal olaraq Compound (COMP), Kyber Network (KNC), 0x (ZRX), Bancor (BNT), Synthetix Network Token (SNX), Maker (MKR), Uniswap (UNI) və Aave kriptolarını misal çəkmək olar.
07/08/2024
Arbitraj "A" adlı birjada hərhansısa kriptonun qiymətinin "B" adlı birjadan ucuz olması nəticəsində həmin birjadan alınıb "B" birjasına transfer edilərək satılmasına deyilir.
Bu metodun bir neçə il əvvəl istifadəsi yayğın olsa da hal hazırda kifayət qədər az hallarda istifadə edilir. Buna səbəb olaraq artıq birjalar arasında qiymət fərqliliklərin çox olmaması və transferlər zamani tutulan komissiyaları misal çəkmək olar.
07/08/2024
ICO (Initial Coin Offering) — layihə tərəfindən gələcəkdə platformada xidmətlərin hesabını ödəmək üçün nəzərdə tutulmuş müəyyən sayda token satışı vasitəsilə maliyyələşmə cəlb etmək vasitəsidir.
ICO mexanizmi kifayət qədər sadədir. Layihə tokenlər buraxır və onları kriptovalyuta, yaxud ənənəvi pullar qarşılığında investorlara sataraq, öz layihəsinin reallaşdırılması üçün lazımi maliyyəni cəlb etmiş olur. Token alıcısı isə öz növbəsində əldə etdiyi bu tokenlər ilə layihənin hər hansı bir xidməti qarşılığında ödəniş edə bilər.
Belə bir layihə populyarlıq qazandıqda tokenlərin qiyməti artır və onların sahibləri treydinqdə qazanc əldə edə bilər.
06/08/2024
Farming pool (hovuz) müəyyən bir cüt token yerləşdirməklə layihəyə likvidlik təmin etmək prosesidir. Bu hovuzlar DEX-lərdə borc verilmə platformalarına və digər DeFi tətbiqlərinə likvidlik təmin edir. İstifadəçilər, adətən iki tokenin bərabər dəyərini bir hovuza əlavə edirlər ki, bu tokenlər üçün bir bazar yaransın.
Farming hovuzlarının əhəmiyyəti bir neçə səbəbdən ibarətdir:
Artırılmış Likvidlik: Onlar tokenləri hovuzlarda toplayaraq ticarətçilərin minimal komissiya ilə tokenləri almağını və satmağını təmin edir, bazarın ümumi effektivliyini artırır.
Gəlir Yaratma: Onlar kripto sahiblərinə sadəcə qiymət artımından deyil, tokenlərindən passiv gəlir qazanmağa da imkan verir.
06/08/2024
Kripto staking, investorların əlində olan kriptoların hər hansısa platformada müəyyən vaxt ərzində kilidləyərək faiz gəliri əldə etməsinə deyilir.
Məsələn hər hansısa investorun balansında müəyyən qədər "A" adlı kriptovalyuta varsa həmin şəxs onu "B" adlı platformanın staking bölməsində 90 günlük kilidləyərək sonda əlavə olaraq müəyyən qədər "A" kriptosunu əldə edə bilir. "B" adlı platformanın isə bunu etməkdə məqsədi "A" adlı kripto valyutadan fərqli formada gəlir əldə etməkdir.
Ancaq unutmamaq gərəkdir ki, 90 gün ərzində staking bölməsində kilidlədiyimiz kriptovalyutaların dəyəri artıb və ya azala bilər. Bu zaman biz staking gəliri ilə birgə staking etdiyimiz kriptolarda artim baş verdiyinə görə əlavə gəlir də əldə edə bilərik və ya düşüşü zamanı 90 gün sonunda müəyyən qədər zərərdə də ola bilərik.
05/08/2024
Kriptovalyuta bazarında tez-tez istifadə edilən terminlərdən biri olan Sh*tcoin müəyyən bir məqsədə xidmət etməyən, müəyyən potensiala malik olmayan, heç bir işi yerinə yetirmək və ya asanlaşdırmaq məqsədi daşımayan, keyfiyyəti aşağı olan koinlərə və ya tokenlərə verilən addır.
Bu termin spekulyasiya üçün buraxılan və yalnız qısamüddətli gəlir məqsədi daşıyan kriptovalyutalara aiddir.
05/08/2024
Halving, kriptovalyutaların mədəncilik qazanclarının müəyyən aralıqlarla yarıya düşürülməsidir. Məsələn, Bitcoində 4 ildən bir mədənçilərin hər blok başına düşən qazancı avtomatik olaraq yarıya enir.
Bu da Bitcoinin əldə edilməsinin çətinləşməsinə gətirib çıxarır. Məsələn 2020-ci ildə baş verən 4-cü halvingdən sonra A şirkəti mədəncilikdən günə 10 bitcoin əldə edirdisə artiq 2024-cü ildə bas verən 5-ci halvingdən sonra günə 5 bitcoin əldə etməyə başlamışdır.
Artıq çünki mədəncilər tərəfindən bitcoin əldə etmək 2 qat daha da çətinləşmişdir.
04/08/2024
Kriptovalyuta mədənciliyi, kripto valyutaların yaradılması və təsdiq edilməsi prosesidir. Bu proses, blokçeyn texnologiyası ilə əlaqədar olur və kriptoqrafiya vasitəsilə həyata keçirilir.
Blokların Yaradılması: Kripto valyuta mədənciləri, yeni blokları yaratmaq üçün xüsusi elektron aparatlarlarla riyazi hesablama gücündən istifadə edirlər.
Əməliyyatların Təsdiqi: Mədəncilər, bloklarda yer alan əməliyyatları təsdiq edir. Bu əməliyyatlar, kripto valyuta transferləri, smart kontrakt və digər blokçeyn əməliyyalarıdır.
Mədəncilər qeyd olunanları həyata keçirdiklərində sistem tərəfindən qazanc əldə edirlər. Bu qazanc məfəncilik etdikləri həmin kriptovalyuta ilə verilir.