20/07/2026
📌 “Пожалуйста” — rus dilində ən çoxfunksiyalı sözdür! Bu postu yadda saxlayın ki, qarışdırmayasınız.
Çox vaxt rus dilini yeni öyrənməyə başlayanlar elə bilirlər ki, “пожалуйста” sadəcə “zəhmət olmasa” deməkdir. Amma ruslar bu sözü gündə yüz fərqli vəziyyətdə işlədirlər!
Biz bu tək bir sözlə:
1️⃣ Xahiş edirik (Дайте, пожалуйста)
2️⃣ “Dəyməz” deyirik (— Спасибо! — Пожалуйста)
3️⃣ İnsanı içəri dəvət edirik və ya nəsə uzadırıq (Проходите, пожалуйста)
4️⃣ Hətta təəccüblənirik! (Скажи пожалуйста!)
Rus dilini sıfırdan sistemli şəkildə öyrənmək istəyirsinizsə, yeni qruplarımıza qoşulmağa tələsin. Məlumat üçün Direct-ə yazın!