EduSimbioz

EduSimbioz

Share

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi

Photos from EduSimbioz's post 03/04/2023

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində ADPU SABAH qruplarında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin Qaradağ rayonunda yerləşən məktəblərdə seminarları davam edir.

Tələbələr zəif nəticə göstərən şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılması üçün onlara müvafiq fənlər üzrə mövzuları tədris edirlər.

Photos from EduSimbioz's post 15/03/2023

Qaradağ rayonu 288 nömrəli tam orta məktəbdə "EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsinin psixoloqu Sevinc İsmayılova layihədə iştirak edən şagirdlərin valideynləri ilə "Təhsildə valideynin rolu" mövzusunda görüş keçirdib.
Görüşdə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, valideyn- övlad münasibətləri və ailənin təhsildə rolu mövzuları müzakirə olunub.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Photos from EduSimbioz's post 24/02/2023

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində ADPU SABAH qruplarında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrin Qaradağ rayonunda yerləşən məktəblərdə seminarları davam edir.

Tələbələr zəif nəticə göstərən şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılması üçün onlara müvafiq fənlər üzrə mövzuları tədris edirlər.

Hazırda 53 tələbə layihədə mentor kimi fəaliyyət göstərir. Onlardan 15-i ADPU-nun SABAH qruplarında bakalavr təhsili alan tələbələrdir. Layihə ümumi təhsil məktəblərində IX sinifdə təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.

Photos from EduSimbioz's post 22/02/2023

Qaradağ rayonu 106 nömrəli tam orta məktəbdə "EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsinin psixoloqu Sevinc İsmayılova layihədə iştirak edən şagirdlərin valideynləri ilə "Təhsildə valideynin rolu" mövzusunda görüş keçirdib.

Görüşdə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, valideyn- övlad münasibətləri və ailənin təhsildə rolu mövzuları müzakirə olunub.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Photos from EduSimbioz's post 16/02/2023

"EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində psixoloq seminarları davam edir.
Növbəti seminar Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə keçirilib. Layihənin psixoloqu Sevinc İsmayılova məktəbin şagirdləri ilə görüş keçirərək şagirdlərlə imtahan həyəcanının səbəblərini aşkar etmək və emosional vəziyyətin öyrənilməsi məqsədilə diaqnostik iş aparılmışdır.
Qeyd edək ki, layihənin icrası müddətində 13 məktəb üzrə 550 nəfərə yaxın şagirdə yaxın bir ay ərzində psixoloji dəstək xidməti həyata keçiriləcək.

Photos from EduSimbioz's post 13/02/2023

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində Qaradağ rayonunda yerləşən 166 nömrəli tam orta məktəbdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminarlar davam edir.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və riyaziyyat müəllimliyi ixtisaslarında təhsil alan tələbələri Qaradağ rayonunda yerləşən məktəblərdə mentor olaraq fəaliyyət göstərirlər. Tələbələr zəif nəticə göstərən şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılması üçün onlara müvafiq fənlər üzrə mövzuları tədris edirlər.

Photos from EduSimbioz's post 06/02/2023

"EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində psixoloq seminarları davam edir.

Növbəti seminar Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə keçirilib. Layihənin psixoloqu Sevinc İsmayılova məktəbin şagirdləri ilə görüş keçirərək şagirdlərlə imtahan həyəcanının səbəblərini aşkar etmək və emosional vəziyyətin öyrənilməsi məqsədilə diaqnostik iş aparılmışdır.

Bakı şəhəri üzrə Təhsil idarəsi 02/02/2023

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş
“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, 82 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva, ADPU-nun Strateji inkişaf mərkəzinin əməkdaşları, tələbələri, layihənin psixoloqu Sevinc İsmayılova və müəllimlər iştirak edib.
Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva müəllim peşəsinə yiyələnən gənclərin mühüm bir missiya daşıyıcısı olduğunu bildirib. İdarə müdiri tələbə kimi hərtərəfli seçimlərdən keçərək ümumi təhsil müəssisələrinə dəstək işini üzərinə götürməyin səmimi istək və vətənpərvərlik göstəricisi olduğunu bildirib. Məktəblərdə şagirdlərə bilik verilməklə yanaşı, onlarda müəyyən bacarıqların formalaşmasına nail olmağın vacibliyindən danışan Mehriban Vəliyeva universitet-məktəb arasında qarşılıqlı əlaqənin müsbət nəticələrinin olacağına inandığını deyib.
ADPU-nun prorektoru Könül Pirverdiyeva layihənin məqsədi, məktəblərin reytinq meyarları, şagird nəticələrinin ölkə üzrə təhlili, milli və beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisindəki problemlər barədə məlumat verib.
Sonra ADPU-nun Strateji İnkişaf Mərkəzinin əməkdaşı Vəfa Nəzirova təqdimatla çıxış edib.
Tələbələr layihə çərçivəsində mentor kimi fəaliyyət göstərdikləri Qaradağ rayonundakı məktəblərdə müşahidə etdikləri vəziyyətin təhlilinə dair fikirlərini bildirib, müvafiq təkliflərlə çıxış ediblər.
Qeyd edək ki, “EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan 82 nömrəli tam orta məktəb tərəfindən hazırlanıb. Layihə çərçivəsində ADPU-nun riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri ümumi təhsil məktəblərində mentor kimi fəaliyyət göstərirlər.
Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumi təhsil məktəbində IX sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.
Hazırda 53 tələbə layihədə mentor kimi fəaliyyət göstərir. Layihə ümumi təhsil məktəblərində təhsil alan 500-ə yaxın məktəblini əhatə edir.

Bakı şəhəri üzrə Təhsil idarəsi https://baku.edu.gov.az

Photos from EduSimbioz's post 26/01/2023

"EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində psixoloq seminarları davam edir.

Növbəti seminar Qaradağ rayonu 139 nömrəli tam orta məktəbdə keçirilib. Layihənin psixoloqu Sevinc İsmayılova məktəbin şagirdləri ilə görüş keçirərək şagirdlərlə imtahan həyəcanının səbəblərini aşkar etmək və emosional vəziyyətin öyrənilməsi məqsədilə diaqnostik iş aparılmışdır.

Qeyd edək ki, layihənin icrası müddətində 13 məktəb üzrə 550 nəfərə yaxın şagirdə yaxın bir ay ərzində psixoloji dəstək xidməti həyata keçiriləcək.

23/01/2023

“EduSimbioz-Təhsil üçün öyrən və öyrət” layihəsi çərçivəsində Qaradağ rayonunda yerləşən 319 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə seminarlar davam edir.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisaslarında təhsil alan tələbələri məktəbdə mentor olaraq fəaliyyət göstərir. Tələbələr zəif nəticə göstərən şagirdlərin nailiyyətlərinin yaxşılaşdırılması üçün onlara müvafiq fənlər üzrə mövzuları tədris edirlər.

Photos from EduSimbioz's post 16/01/2023

"EduSimbioz - Təhsil üçün öyrən və öyrət" layihəsi çərçivəsində psixoloq seminarlarına start verilib.

Layihənin psixoloqu Sevinc İsmayılova Qaradağ rayonu 106 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirmişdir. Görüş zamanı şagirdlərlə imtahan həyəcanının səbəblərini aşkar etmək və emosional vəziyyətin öyrənilməsi məqsədilə diaqnostik iş aparılmışdır.

Qeyd edək ki, layihənin icrası müddətində 13 məktəb üzrə 550 nəfərə yaxın şagirdə yaxın bir ay ərzində psixoloji dəstək xidməti həyata keçiriləcək.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Heydər Əliyev Prospekti 101
Baku
AZE1000