282 nömrəli məktəb

282 nömrəli məktəb Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbin rəsmi facebook səhifəsi

Vətən müharibəsində Azərbaycan mediasının informasiya mübarizəsi Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı ta...
22/07/2026

Vətən müharibəsində Azərbaycan mediasının informasiya mübarizəsi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yalnız hərbi meydanda dəmir yumruğun təntənəsi ilə deyil, eyni zamanda informasiya cəbhəsində aparılan ardıcıl və barışmaz mübarizə ilə şərtlənmişdir. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulduğu bu həssas dövrdə milli mediamız üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirərək Böyük Qələbənin müjdəçisinə çevrilmişdir.
Müharibənin gedişində Azərbaycan mediası cəbhə xəttində ikiqat missiyanı uğurla icra etmişdir. Fədakar mətbuat işçilərimiz cəbhənin ən qaynar nöqtələrindən operativ xəbər istehsalçısı kimi çıxış etməklə yanaşı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunmuş, peşəkarlıq və vətənpərvərlik örnəyi göstərmişlər. Döyüş meydanında fərqlənən və müxtəlif dövlət medalları ilə təltif edilən jurnalistlərin olması bu sahədə çalışanlara göstərilən ali etimadın və diqqətin bariz təzahürüdür.
İnformasiya müharibəsinin ən kritik cəbhəsi isə beynəlxalq müstəvidə düşmənin saxta təbliğatının, dezinformasiya kampaniyalarının ifşası və darmadağın edilməsi idi. Azərbaycan mediası Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müharibə dövründə xarici KİV-lərə verdiyi təkzibedilməz müsahibələri, strateji bəyanatları və real faktları operativ şəkildə dünya ictimaiyyətinə çatdıraraq informasiya blokadasını yarpmışdır. Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız düşmən yalanlarını dərhal ifşa etmiş və ölkəmizin haqlı mövqeyini beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etmişdir.
Tarixi Zəfərdən sonra da milli mediamız bu missiyanı eyni əzmkarlıqla davam etdirməkdədir. Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistlərinin öz peşə bayramlarını mədəniyyət paytaxtımız, Qarabağın tacı Şuşa şəhərində qeyd etmələri mətbuat tariximizdə əlamətdar hadisəyə çevrilmişdir. Bu gün media nümayəndələrimiz işğaldan azad edilmiş ərazilərdə aparılan böyük bərpa və quruculuq işləri, postmüharibə reallıqları barədə həqiqətləri ölkə və dünya ictimaiyyətinə çatdırmaqda fəal rol oynayırlar.
Yekun olaraq vurğulamaq lazımdır ki, Vətən müharibəsində milli mediamızın göstərdiyi qətiyyət Azərbaycan jurnalistikasının yüksək vətənpərvərlik, prinsipiallıq və peşəkarlıq məktəbi olduğunu bir daha sübut etdi. Dövlətçilik maraqlarını uca tutan Azərbaycan mətbuatı bundan sonra da informasiya məkanımızın etibarlı sipəri olmaqda davam edəcəkdir.

Məmmədova Səadət
Suraxanı rayonu 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Slovakiyanın Azərbaycana dəstəyi- İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq tərəfdaşlıqAzərbaycanın Vətən müharibəsind...
15/07/2026

Slovakiyanın Azərbaycana dəstəyi- İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq tərəfdaşlıq
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə misilsiz miqyasda bərpa və yenidənqurma prosesi başlayıb. Bu böyük qayıdış hərəkatı təkcə daxili resurslar hesabına deyil, həm də dost və tərəfdaş ölkələrlə qurulan beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşır. Bu sahədə fəal iştirak edən aparıcı Avropa dövlətlərindən biri məhz Slovakiya Respublikasıdır. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və iyulun 14-də Şuşada dövlət başçılarının verdiyi birgə bəyanatlar iki ölkə arasında strateji tərəfdaşlığın ən rəmzi və praktiki nümunələrini ortaya qoydu. Bu dəstək Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və bölgədəki uzunmüddətli sülh quruculuğu prosesinə verdiyi qətiyyətli dəstəyin bariz göstəricisidir.

Slovakiyanın Azərbaycana dəstəyi sadəcə siyasi bəyanatlarla məhdudlaşmır, olduqca real, yerində və konkret işlərlə özünü büruzə verir. Prezident İlham Əliyevin rəsmi bəyanatında qeyd etdiyi kimi, slovak mütəxəssisləri və şirkətləri Qarabağın bərpasında ən ön cərgədə fəal iştirak edirlər. Bunun ən rəmzi və mühüm nümunəsi Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən layihədir.
Baş Qərvənddə slovak şirkətləri tərəfindən ən müasir standartlara uyğun "Ağıllı kənd" ("Smart Village") layihəsi icra olunmaqdadır. Layihə üzrə görülən işlərlə tanış olmaq məqsədilə hər iki prezidentin birlikdə Ağdam rayonuna səfər etməsi layihəyə verilən ali səviyyəli diqqəti nümayiş etdirir. 480 hektara yaxın geniş ərazini əhatə edən bu müasir yaşayış məntəqəsinin birinci mərhələsində 200 hektardan çox sahədə 3703 nəfərin yerləşdirilməsi üçün 851 fərdi ev tikilir. Alternativ enerjidən istifadə ediləcək bu layihə Avropa İttifaqı ölkəsinin Qarabağdakı bərpa işlərinə qoşulmasının ən böyük rəmzidir.
Azərbaycan-Slovakiya əməkdaşlığının ən humanist və gələcəyə yönəlmiş addımı isə Baş Qərvənd kəndində inşa olunacaq Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəb binasıdır. Bu məktəb Slovakiya hökuməti və xalqı tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində gələcəkdə məskunlaşacaq soydaşlarımıza xüsusi hədiyyədir.
İyulun 14-də prezidentlər İlham Əliyev və Peter Pelleqrini tərəfindən bu təhsil ocağının birgə təməlinin qoyulması böyük tarixi və siyasi rəmzi məna daşıyır. Slovakiya Prezidenti bəyan etmişdir ki, bu məktəb iki xalq arasındakı dostluğun, qarşılıqlı səmimiyyətin əbədi simvolu və gələcək nəsillərə qoyulmuş ən mühüm investisiyadır.
Slovakiyanın Qarabağda apardığı bu fəaliyyət digər Avropa ölkələri üçün də bənzərsiz bir əməkdaşlıq presedenti yaradır. Post-münaqişə dövründə xarici investisiyaların və xarici mühəndislik təcrübəsinin azad edilmiş torpaqlara cəlb olunması Azərbaycanın xarici siyasətinin mühüm qələbəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət sübut edir ki, Azərbaycanın yaratdığı yeni regional reallıqlar qabaqcıl qlobal güclər və sivil Avropa institutları tərəfindən tam şəkildə qəbul edilir və dəstəklənir. Energetika, hərbi-texniki əməkdaşlıq, nəqliyyat və digər sahələrlə yanaşı, humanitar və infrastruktur bərpası layihələri bu çoxtərəfli münasibətləri sarsılmaz təməllər üzərinə qoyur.

"Biz konkret işlərin tərəfdarıyıq" deyən dövlət başçılarının Şuşada verdikləri səmimi bəyanatlar və Ağdamın Baş Qərvənd kəndində birgə atdıqları addımlar Azərbaycan-Slovakiya dostluğunun ən yüksək zirvəsidir. Slovakiyanın azad edilmiş Qarabağ torpaqlarının dirçəldilməsindəki əvəzsiz rolu, təməli qoyulan məktəblər və salınan "ağıllı kəndlər" regiona qayıdacaq minlərlə insanın həyatına işıq salmaqla bərabər, iki ölkə arasındakı səmimi və mehriban əlaqələri gələcək onilliklər boyu yaşatmağa davam edəcəkdir.



Məmmədova Səadət

Suraxanı rayon 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Azərbaycan–Avropa tərəfdaşlığı regional sabitlik və inkişaf üçün yeni imkanlar yaradırPrezident İlham Əliyevin Avropa Ko...
04/07/2026

Azərbaycan–Avropa tərəfdaşlığı regional sabitlik və inkişaf üçün yeni imkanlar yaradır
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə keçirdiyi görüş zamanı səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq təkcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu tərəfdaşlıq enerji, ticarət, nəqliyyat, yaşıl inkişaf və regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edərək daha geniş məzmun qazanır.
Son illərdə Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana intensiv səfərləri qarşılıqlı münasibətlərə verilən önəmin göstəricisidir. Bu təmaslar tərəflər arasında siyasi dialoqun gücləndiyini, qarşılıqlı etimadın artdığını və yeni əməkdaşlıq imkanlarının formalaşdığını nümayiş etdirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, münasibətlərdə müşahidə olunan dinamika hər iki tərəfin ortaq maraqlarından irəli gəlir.
Azərbaycan bu gün Avropa üçün etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, mühüm nəqliyyat və logistika mərkəzi kimi də çıxış edir. Eyni zamanda, ölkəmiz yaşıl enerji layihələrinin həyata keçirilməsi və regionda sülhün möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Bu amillər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını daha da strateji xarakterli edir.
Görüş zamanı regional təhlükəsizlik və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələlərinin də müzakirə olunması göstərir ki, Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Azərbaycan isə qalib dövlət kimi regionun gələcəyini əməkdaşlıq və iqtisadi inteqrasiya üzərində qurmağa çalışır. Bu yanaşma yeni kommunikasiya xətlərinin açılması, ticarətin genişlənməsi və ümumi rifahın yüksəlməsi üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiqləyir ki, Azərbaycan xarici siyasətində balanslı və praqmatik xətt yürüdür. Ölkəmiz bütün tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur. Avropa Komissiyası ilə inkişaf edən dialoq da məhz bu prinsiplər üzərində formalaşır.
Bugünkü geosiyasi şəraitdə etibarlı tərəfdaşlara olan ehtiyac daha da artır. Azərbaycan isə siyasi sabitliyi, iqtisadi potensialı, zəngin enerji resursları və strateji coğrafi mövqeyi ilə Avropa üçün önəmli tərəfdaşlardan biri olduğunu praktik fəaliyyəti ilə sübut edir. Məhz buna görə də Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək illərdə daha da genişlənəcəyi və yeni layihələrlə zənginləşəcəyi gözlənilir.
Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq yalnız iki tərəfin maraqlarına deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Bu əməkdaşlıq modeli gələcək dövrdə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əlaqələrin əsas dayaqlarından biri olacaq.

Məmmədova Səadət
Suraxanı rayon 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Vətəndaş həmrəyliyinin simvolu- Qurtuluşdan başlanan güclü və müstəqil dövlət quruculuğu  Azərbaycanın müasir dövlətçili...
14/06/2026

Vətəndaş həmrəyliyinin simvolu- Qurtuluşdan başlanan güclü və müstəqil dövlət quruculuğu

Azərbaycanın müasir dövlətçilik tarixində 15 İyun – Milli Qurtuluş Günü sadəcə bir təqvim günü deyil, xalqımızın siyasi yetkinliyinin, dövlətə olan bağlılığının və ən əsası, vətəndaş həmrəyliyinin təntənəsidir. 1993-cü ilin ortalarında Azərbaycan özünün varlığı, müstəqilliyi və ərazi bütövlüyü üçün ən kritik sınaqla üz-üzə qalmışdı. Daxili çəkişmələr, separatizm, dövlət idarəçiliyinin iflası və hərbi uğursuzluqlar ölkəni məhvə sürükləyirdi. Məhz belə bir zəiflik dövründə xalqın öz lideri Ulu Öndər Heydər Əliyev ətrafında sıx birləşməsi, müstəqil dövlət quruculuğunun təməl daşı olan "vətəndaş həmrəyliyi" prinsipini ön plana çıxardı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan üçün həm xilaskar, həm də strateji bir dönüş nöqtəsi oldu. Ulu Öndər yaxşı bilirdi ki, xalqın birliyi olmadan heç bir ciddi sosial-iqtisadi və siyasi islahatı həyata keçirmək mümkün deyil. O, öz çıxışlarının birində vurğulayırdı: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır". Bu yanaşma, cəmiyyətin bütün təbəqələrini, müxtəlif siyasi baxışlara malik vətəndaşları vahid dövlət ideologiyası azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi. Həmin dövrdə vətəndaş həmrəyliyi həm də dövlət quruculuğunun müdafiəsi demək idi. Qeyri-qanuni silahlı dəstələrin ləğvi, ictimai-siyasi sabitliyin təmin olunması və dövlət idarəçiliyində nizam-intizamın yaradılması xalqın öz liderinə olan etimadını daha da gücləndirdi. Bu, müstəqil dövlətin ayaq üstə durması üçün zəruri olan ən böyük mənəvi güc idi.

Vətəndaş həmrəyliyinin möhkəmlənməsi ölkədə fundamental iqtisadi islahatların aparılmasına şərait yaratdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" təkcə neft-qaz sənayesinin dirçəlişi deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu bir tərəfdaş kimi tanınması idi. Bu iqtisadi sıçrayış, xalqın gələcəyə olan inamını artırdı. Heydər Əliyevin müəyyənləşdirdiyi bu yol, dövləti xarici asılılıqdan çıxararaq, müstəqil siyasi iradə göstərməyə qadir olan qüdrətli bir ölkəyə çevirdi.

Ulu Öndərin əsasını qoyduğu vətəndaş həmrəyliyi və güclü dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha da zənginləşdirilir. 44 günlük Vətən müharibəsi Azərbaycan cəmiyyətinin həmrəyliyinin zirvə nöqtəsi oldu. Xalqın öz Lideri – Müzəffər Ali Baş Komandan ətrafında "Dəmir yumruq" kimi birləşməsi, tarixi Zəfərimizin, Şuşanın və Qarabağın işğaldan azad edilməsinin əsasını təşkil etdi. Prezident İlham Əliyevin "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim" bəyanatı, əslində, qurtuluşdan başlayan və Zəfərlə nəticələnən o uzun, lakin şərəfli yolun ən ali yekunudur.

Bu gün azad edilmiş torpaqlarda aparılan nəhəng infrastruktur layihələri, Böyük Qayıdış proqramının uğurla icrası, Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız 15 İyun Qurtuluş Gününün məntiqi davamıdır. Vətəndaş həmrəyliyinin simvoluna çevrilən bu gün, Azərbaycanın müstəqilliyinin nə qədər sarsılmaz olduğunu dünyaya nümayiş etdirir. Heydər Əliyevin qoyduğu "güclü və müstəqil Azərbaycan" kursu, bu gün regional güc mərkəzi olan və qlobal problemlərin həllində söz sahibi olan ölkəmizin tərəqqi simvoludur. Bu yol xalqımızın birliyindən, dövlətçiliyə olan sədaqətindən və liderinə olan sarsılmaz etimadından keçir.



Məmmədova Səadət

Suraxanı rayonu 282 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Məktəbimizdə XI sinif məzunları üçün “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər v...
13/06/2026

Məktəbimizdə XI sinif məzunları üçün “Son Zəng” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər.
Məktəb rəhbəri və müəllimlər çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzuladılar.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Nihat Yarıyev iştirak edərək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin məzunlara ünvanladığı təbrik məktubunu səsləndirdi və xoş arzularını çatdırdı.
Şagirdlərin hazırladıqları bədii çıxışlar və musiqi nömrələri tədbirə xüsusi rəng qatdı. Sonda “Son Zəng” səsləndi və məzunlar üçün yeni həyat mərhələsinin başlanğıcı qeyd olundu.
Məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəbimizdə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olundu. Tədbirdə Yeni Az...
10/06/2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəbimizdə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olundu.
Tədbirdə Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının əməkdaşı Kürsüm Həsənova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən, 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətindən və ölkəmizin inkişaf yolundan bəhs olundu. Çıxışlarda vurğulandı ki, məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqilliyini qoruyub saxlamış, güclü dövlət quruculuğu yoluna qədəm qoymuşdur.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi, mahnılar ifa olundu və rəqs nömrələri təqdim edildi. Şagirdlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı və alqışlarla müşayiət olundu.
“Qurtuluşdan Zəfərə” adlı tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və Vətənə məhəbbət hisslərinin daha da gücləndirilməsi olmuşdur.

2025–2026-cı tədris ilinin II yarımilinin sonunda şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə məktəbimizdə mərk...
08/06/2026

2025–2026-cı tədris ilinin II yarımilinin sonunda şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə məktəbimizdə mərkəzləşdirilmiş Böyük Summativ Qiymətləndirmə (BSQ) keçirilir.
Qiymətləndirmənin obyektiv, şəffaf və mövcud normativ sənədlərin tələblərinə uyğun təşkili məqsədilə məktəb direktorunun əmri ilə Böyük Summativ Qiymətləndirmənin keçirilməsi üzrə təşkilati tədbirlər planı təsdiq edilmiş, həmçinin nəzarət və yoxlama komissiyası yaradılmışdır.
BSQ-lərin keçirilməsi zamanı imtahan materiallarının məxfiliyinin qorunması, qiymətləndirmə prosesində şəffaflığın təmin olunması və nəticələrin düzgün yoxlanılması nəzarət və yoxlama komissiyası tərəfindən diqqətdə saxlanılır.
Mərkəzləşdirilmiş Böyük Summativ Qiymətləndirmənin keçirilməsində əsas məqsəd şagirdlərin təlim nəticələrinin müəyyənləşdirilməsi, əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də tədris prosesinin səmərəliliyinin təhlil edilməsidir.
Bütün şagirdlərimizə Böyük Summativ Qiymətləndirmədə uğurlar arzulayırıq.

2 “C” sinif şagirdləri ilə “Ətraf mühitin mühafizəsi” devizi altında maarifləndirici fəaliyyət keçirildi. Tədbirin məqsə...
08/06/2026

2 “C” sinif şagirdləri ilə “Ətraf mühitin mühafizəsi” devizi altında maarifləndirici fəaliyyət keçirildi. Tədbirin məqsədi şagirdlərdə təbiətə sevgi hissini gücləndirmək, ətraf mühitin qorunmasının vacibliyini aşılamaq və ekoloji məsuliyyət formalaşdırmaq idi.
Fəaliyyət zamanı şagirdlər ana təbiətin qorunması, bitkilərə düzgün qulluq edilməsi, yaşıllıqların artırılması və ətraf aləmin təmiz saxlanmasının əhəmiyyəti haqqında məlumatlar əldə etdilər. Onlar təbiətin insan həyatındakı rolunu müzakirə edərək, ətraf mühitin mühafizəsinə dair fikirlərini bölüşdülər. Şagirdlər təmiz və sağlam ətraf mühitin qorunmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayaraq, təbiətə qayğı ilə yanaşmağın vacibliyini nümayiş etdirdilər. Tədbir iştirakçılarda ekoloji mədəniyyətin formalaşdırılmasına və təbiətə qarşı məsuliyyət hissinin artırılmasına xidmət etdi.

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizin kitabxanasında 1-ci sinif şagirdlərinin iştirakı ...
01/06/2026

1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə məktəbimizin kitabxanasında 1-ci sinif şagirdlərinin iştirakı ilə bayram tədbiri keçirildi. Tədbirdə uşaqlar əyləncəli və maraqlı vaxt keçirdilər. Şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər, kitablarla tanış oldular və müxtəlif oyunlarda iştirak etdilər. Kitabxanada yaradılan səmimi və mehriban mühit uşaqlara xüsusi bayram ovqatı bəxş etdi.
Tədbirin məqsədi uşaqların sevincini bölüşmək, onların asudə vaxtını səmərəli təşkil etmək və kitaba maraqlarını artırmaq idi. Balaca məktəblilər böyük həvəslə iştirak edərək xoş təəssüratlarla ayrıldılar.

Məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı təşkil olundu. Yarışda 7–8-ci sinif qız komandalar...
26/05/2026

Məktəbimizdə 28 May – Müstəqillik Gününə həsr olunmuş voleybol yarışı təşkil olundu. Yarışda 7–8-ci sinif qız komandaları iştirak etdilər.
Turnirdə aşağıdakı məktəblərin komandaları mübarizə apardılar: 290, 278, 275, 279, 84, 285 nömrəli tam orta ümumtəhsil məktəbləri və Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və vətənpərvərlik hissinin inkişaf etdirilməsi olmuşdur.
Komandalar gərgin və maraqlı mübarizə şəraitində çıxış edərək yüksək idman bacarıqları nümayiş etdirdilər. Sonda fərqlənən komandalar diplom və təşəkkürnamələrlə təltif olundular.

Address

Suraxanı Rayonu , Yeni Günəşli Qəsəbəsi, D Yaşayış Massivi
Baku

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 13:00

Telephone

+994124771372

Website

Alerts

Be the first to know and let us send you an email when 282 nömrəli məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category