20/08/2022
Ötən tədris ilinin ən yaddaqalan hadisələrindən birini böyük məmnuniyyətlə bir daha xatırlayaq 🥇
May ayının sonlarında Bakıda keçirilən regionun ən böyük texnologiya festivalı - “TEKNOFEST Azərbaycan”da "Sosialyönümlü Texnologiyalar" müsabiqəsinin qalibi universitetimizin məzunlarından ibarət "DEC" komandası oldu!
Komanda üzvləri mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı professor Əziz Səncərdən qəbul etdilər.