31/03/2026
ADNSU İqtisadiyyat və Menecment
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADNSU İqtisadiyyat və Menecment, Community College, Azerbaijan, Baku.
31/03/2026
07/11/2025
6 noyabr 2025-ci il tarixində Zəfər günü münasibəti ilə İntellektual turnir keçirilmişdir. Turnir Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Saf Həyat Naminə" İctimai Birliyinin tərəfdaşlığı nəticəsində baş tutmuşdur. Turnirdə işğaldan azad olunan ərazilərə uyğun komanda adlarından istifadə olunmuş, Ağdam komandasına fakültəmizin 721.22 (Biznesin idarə edilməsi) qrupunun tələbəsi Emin Fətullayev kapitanlıq etmişdir. Ümumi hesab göstəricilərinə əsasən yekunda Ağdam komandası qalib gəlmişdir. Tələbəmizi bu uğuru səbəbindən təbrik edir, nailiyyətlərinin davamını arzulayırıq.
20/02/2025
ADNSU-nun "İqtisadiyyat və menecment" fakültəsinin Marketnq ixtisasının 3-cu kurs tələbələri Ağayev Daşqın, Ömər Bəşirov və Ürfan Məmmədli Bakıda keçirilən "Turan Dövlətləri 2-ci İnşaatçılar və Əmlakçılar" Forumunda iştirak edib.
Həmin forumda Türkiyənin və Azərbaycanın ən böyük inşaat və əmlak sektorlarının şirkətləri iştirak etmişdir. ADNSU rektorunun müşaviri dr. Sakit Səmədova təşəbbüsü üçün təşəkkür edirik.
İmf // İRS
06/12/2024
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment Fakültəsinin "Biznesin idarə edilməsi" (əyani) ixtisasının 721.22 nömrəli qrupunun tələbəsi Emin Fətullayev 2024-cü "İlin ASAN Könüllüsüdür.
5 dekabr 2024-cü il tarixində cari il ərzində ASAN Könüllülük Proqramı çərçivəsində keçirilən sosial layihələrdə fəal iştirakına və könüllülük fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İnsan Resurslarının idarəedilməsi şöbəsinin müdiri Nazilə Hüseynova tərəfindən "İlin ASAN Könüllüsü" nominasiyası ilə təltif olunmuşdur.
06/12/2024
Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı və İMF THİK-nin təşəbbüsü ilə “Ekosistemin pozulması, bioloji və canlı mühitə təsiri və həlli yolları” ilə bağlı tədbir keçirilib.
07/11/2024
07.11.2024 tarixində ADNSU-da "Zəfər günü"nə həsr edilmiş tədbirdə İqtisadiyyat və menecment fakultəsinin 2017-ci il məzunu, şəhid Ülvi Rəfiyevin valideynləri ilə görüşdük.Allah bütün şəhidlərimizə rəhmət etsin!
07/11/2024
07.11.2024 tarixində "İqtisadiyyat və menecment" fakultəsinin birinci kurs tələbələrinə tələbə kartları təqdim edildi.
27/10/2024
ADNSU, İqtisadiyyat və Menecment fakültəsinin 2017 ci il məzunları və tələbələri şəhid məzunumuz Ülvi Rəfiyevin xatirəsinə həsr olunmuş futbol matçında görüşdülər. Daha sonra şəhidimizin məzarı ziyarət olundu.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Baku
AZ