Statist

Statist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Statist, Baku.

Bakı Dövlət Universitetinin tələbələrindən biri onlayn dərs zamanı çəkilmiş video paylaşdı. Azərbaycan bayrağından da is...
06/12/2020

Bakı Dövlət Universitetinin tələbələrindən biri onlayn dərs zamanı çəkilmiş video paylaşdı. Azərbaycan bayrağından da istifadə olunmuş həmin videodan sonra tələbənin ali məktəbdən kənarlaşdırılması bir müddətlik gündəmimizi zəbt edən əsas mövzulardan birinə çevrildi.
Bu qərar isə insanların fikirlərini iki əsas məsələ üzərində qütbləşdirdi:

1. Universitetin verdiyi qərarın ədalətli olub-olmaması;

2. Gənclərdə ədəb və ciddiyət problemi.

Həmin məsələnin şərhi üçün müraciət edəcəyimiz şəxs ilkçağın filosoflarından Platondur. Platona görə qərarın necə ədalətli olmasını, həmçinin gənclərdə "arsızlaşma"-nın səbəblərini dilə gətirdik.

Bakı Dövlət Universitetinin tələbələrindən biri onlayn dərs zamanı çəkilmiş video paylaşdı. Azərbaycan bayrağından da istifadə olunmuş həmin videodan sonra t...

Noyabr ayının 10-u imzalanmış bəyanatdan sonra Ermənistanda etiraz aksiyaları başladı.Küçədəki insanlar danışdığı yalanl...
22/11/2020

Noyabr ayının 10-u imzalanmış bəyanatdan sonra Ermənistanda etiraz aksiyaları başladı.

Küçədəki insanlar danışdığı yalanlara görə hökumətin istefasını tələb edirlər. Digərləri zaman-zaman, ələlxüsus, ölkənin bütünlüyü naminə həqiqəti deməməsinin təbii olduğunu iddia edir.

Bizi isə sadəcə bir sual maraqlandırır; filosoflar nə düşünürdü?

Platona görə cəmiyyətin rifahı üçün yalan danışmaq olar, Aristotel isə əksini düşünür.

Bəs siz bu iki filosofdan hansının fikri ilə daha çox razısınız?



Noyabr ayının 10-u imzalanmış bəyanatdan sonra Ermənistanda etiraz aksiyaları başladı. Küçədəki insanlar danışdığı yalanlara görə hökumətin istefasını tələb ...

20/11/2020

Bu gün tarixi Azərbaycan torpağı olan Ağdam şəhərinin erməni istibdadından qurtuluş günüdür. Buna görə düşmən tərəfi müqaviləyə məcbur edən Azərbaycan ordusuna minnətdarıq. Bu münasibətlə bütün azərbaycanlılara, ağdamlılar başda olmaqla, göz aydınlığı veririk.

Aristotel deyirdi: "Vətəni olmayan şəxs ya insandan daha aşağıdır (heyvan və s.) ya da daha yuxarıdır (Tanrı)".

Nərimanov isə əlavə edirdi: "Siz ata-babalarınızın müqəddəs yerlərinə o zaman Vətən deyə bilərsiniz ki, sahibi siz olasınız".

Bu gün isə Ağdam Vətəndir!
Qarabağ Vətəndir!
Qarabağ Azərbaycandır!



Fəlsəfə nədir? Bu suala eyni cavabı verən iki filosof tapmaq olduqca çətindir. "Philosphia" sözünün ərəbləşmiş forması? ...
15/11/2020

Fəlsəfə nədir?
Bu suala eyni cavabı verən iki filosof tapmaq olduqca çətindir. "Philosphia" sözünün ərəbləşmiş forması? Ya "müdrikliyə məhəbbət"? Onun "həqiqi bilik" olduğunu düşünənlər də var.

Biz isə Hegelin "Fəlsəfə zəmanəsinin fikridir" düşüncəsindən yola çıxaraq günümüzdə aktual olan mövzuları filosof və fəlsəfəçilərin düşüncələri ilə şərh edirik. Bunu edərkən həm fəlsəfə tarixini xronoloji ardıcıllıqla öyrənəcək, həm də gündəmdən kənar qalmayacaqsınız.

İlk videomuzda isə "No war" məsələsini filosofların düşüncələri ilə şərh etməyə çalışdıq. (Xronoloji ardıcıllıq qorunduğu üçün Sokrat öncəsi yunan filosoflarının fikirləri diqqətə alınıb).

Keçid linki:

Fəlsəfə nədir? Bu suala eyni cavabı verən iki filosof tapmaq olduqca çətindir. "Philosphia" sözünün ərəbləşmiş forması? Ya "müdrikliyə məhəbbət"? Onun "həqiq...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Statist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share