TopicLand

TopicLand

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TopicLand, Baku.

Səhifəmizin əhatə etdiyi mövzular:
Yeni qəbul olacaq tələbələr üçün Azərbaycan universitetərinin analizləri;
"Xaricdə Təhsil";
Təqaüd proqramları;
Mübadilə proqramları;
Təcrübə proqramları;

23/04/2023

İsveçrədə təhsil

İsveçrə həyat keyfiyyəti çox yüksək olan Aİ ölkəsidir. İstər sosial media, istər də bütün dünyada aparılan sorğularda İsveçrə həyat keyfiyyətlərinə görə ən yaxşı ölkələr sırasında birinci yetdədir. Aİ ölkəsi olsada valyutası Avro deyil. Avrodan imtina edən edən və öz valyutası olan ölkədir.
İsveçrə həm təhsil, həm də həyat keyfiyyəti baxımından dünyanın ən yaxşı təhsil sisteminə malik ilk 10 ölkəsi sırasındadır. Bu ölkədə təhsil almaq istəyən tələbələr keyfiyyətli təhsil sistemləri ilə yanaşı, innovativ ölkə olması ingilis dili təhsil proqramları ilə əhatə olunmuşdur.

İsveçrədə bakalavr və magistr təhsili

İsveçrədə təhsil və İsveçrə dilindədir. Beynalxalq tələbələrin sayı çox olduğu üçün universitet daxilində bir çox proqramlar ingilis dilindədir.
İsveçrədə bakalavr təhsili 3 il, magistatura təhsili isə 1 və ya 2 il arasında dəyişir. Tədris adətən avqustun sonunda başlayır.

İsveçrədə təhsil üçün tələb olunan sənədlər

Bakalavr təhsili üçün

Attestat
11 illik qiymət cədvəli
Fotoşəkil
Passport
Magistr təhsili

Bakalavr diplomu(əlavəsi)
Tövsiyə məktubu
Şəxsiyyət vəsiqəsi(surəti)
TOEFL və IELTS sertifikatı
Pulsuz təhsil almaq mümkündürmü?
İsveçrədə pulsuz təhsil ala bilməzsiniz. İllik təhsii haqqı həm İsveçrə vətəndaşları, həm də xarici vətəndaşlar üçün ödənilir. Xərcləri qismən təqaüd və ya qrantlarla ödəyə bilərsiniz.

İsveçrədə xarici tələbələr üçün təqaüdlər və qrantlar

Hökumət üç növ təqaüd verir, onların məbləği konkret ixtisasdan asılıdır:

Visby Təqaüdü
Magistratura Təqaüdü
35 yaşınadək magistr dərəcəsi olan tələbələr üçün;

Doktorantura Təqaüdü
Üç il ərzində hər ay verilir;

Doktoranturadan sonrakı Təqaüd
Altı aya qədər uzadılma imkanı ilə bir il müddətinə verilir.

Əsas və fəxri təqaüdləri təhsil müəssisələri özləri verir. Təhsil birinciləri bütün təqaüdləri, ikiniciləri isə uğur və nailiyyətlər üçün təqaüd alır. Orta hesabla, təqaüdlər ayda 1500€ civarındadır. Dəqiq rəqəmi universitetin saytında yoxlamaq daha yaxşıdır.

İsveçrənin ən ideal universitetləri

Neuchatel Universiteti
Fribourg Universiteti
St Gallen Universiteti
Bern Universiteti
Basel Universiteti
Lozanna Universiteti
Cenevrə Universiteti
Sürix Universitetinin
Ecole Polytechnique Federale De Lausanne

03/01/2022

NFT – Non-Fungible Token. NFT rəqəmsal dünyada məhsulun orijinallıq sertifikatı rolunu oynayır.

NFT-lərin necə işlədiyini başa düşmək üçün əvvəlcə fungibile sözünün nə mənaya gəldiyini başa düşməliyik. Bir şey eyni dəyərə malik bənzər bir şeylə mübadilə və ya əvəz edilə bilirsə fungible olur. Əvəz edilə bilən bir şeyin ən sadə nümunəsi valyutadır. Deyək ki, cüzdanınızda 5 ədəd bir dollarlıq əskinas var. Ola bilsin ki, siz bu qədər xırda pulu daşımaq istəmirsiniz, ona görə də onları bircə beş dollarlıq əskinasla dəyişdirirsiniz. İndi, fərqli formada olmasına baxmayaraq, pulunuzun dəyəri hələ də beş dollardır.

Non-fungible şeylər isə əksinədir. Hər biri unikaldır və oxşar bir şeylə asanlıqla əvəz edilə bilməz. Mona Liza-nı düşünün. Orijinal sənət əsəridir. Onu, hədiyyə mağazasından alacağınız Mona Liza posteri ilə əvəz etmək mümkün deyil. Çünki poster eyni dəyərə malik deyil. Demək ki, non-fungible şey əvəz edilə bilməyən olmalıdır. Buna görə də, Mona Liza non-fungible-dir. Ondan yalnız bir ədəd var. Təəccüblü deyil ki, əvəz edilə bilməyən şeylər əvəz edilə bilən şeylərdən hər zaman daha qiymətlidir. Beləliklə, NFT-dəki NF (non-fungible) hissəsinin nə məna daşıdığını anladıq.

İndi Token olan T haqqında danışaq. Bunu izah etmək üçün çoxmuzun uzun müddət izahından qaçdığımız bir şey haqqında danışmalıyıq – blokçeyn (blockchain).
Tutaq ki, mən dostum Lalədən üç dilim pizza almaq istəyirəm. Bu 3 dilim üçün məndən 6 dollar alacaq. Mən bank kartımı çıxarıram və onun terminalına toxundururam. Mən, kartımı toxunduran kimi bankıma mesaj göndərilir ki, sizin bankda hesabı olan Ramil pizzaya altı dollar xərcləmək istəyir və bu pul Lalənin bankına getməlidir. Mənim bankım deyir ki, hesabımda 50 dollar var və mən Lalənin bankına 6 dollar göndərə bilərəm, beləliklə əməliyyatı təsdiqləyir. Bu pul Lalənin bankına daxil olduqdan sonra, onun bankı da eyni şeyi edir. Deyirlər, 80 dolları var idi, indi də 86 dolları var. Və bunu onun mədaxil-məxariclə bağlı çıxarışına əlavə edirlər.

İnternetin inkişafı ilə insanlar yeni üsullar axtarmağa başladılar. Eyni şeyi edə biləcəyimiz və bank olmadan iki şəxs arasında pul köçürmə əməliyyatını əlaqələndirə biləcəyimiz digər bir yol varmı? Nəticədə, blokçeyn adlanan bir konsepsiya meydana gəldi. Blockchain bankın etdiyi eyni şeyi yerinə yetirir. Ancaq bunu mənim bank hesabımda gizli etmək və Lalənin bankı ilə danışmaq əvəzinə, bütün əməliyyatlar internetdə açıq şəkildə həyata keçir. Aydın olması üçün, gəlin pizza alqı-satğısı nümunəsini kripto dünyasında təkrar edək.

Lalə mənim 3 dilim pizzam üçün məndən 6 kripto koin alacaq. Mən altı koin ödəmək istədikdə, əməliyyat dünyanın hər yerindən bir dəstə kompüterin hər bir əməliyyatı izlədiyi şəbəkəyə daxil olur. Əgər mənim hesabımda həqiqətən Laləyə ödəmək üçün altı koin yoxdursa, bu kompüterlər uyğunsuzluq olduğunu görüb, imtina edəcəklər. Yox əgər, mənim 6 koinim varsa, hər kəsə açıq qeydlərə baxan kompüterlər bu əməliyyat üçün sorğunu görəcək və təsdiq edəcəklər. Sizin altı koininiz var idi və indi Lalənin altı koini var. Beləliklə, bu əməliyyat hər kəsə açıq şəbəkədə sənədləşdirilir. İndi Lalənin o 6 əlavə koinə sahib olmasını hamı bilir.

İndi isə, blokçeynin yüz minlərlə dollara satılan rəqəmsal məhsullar ilə nə əlaqəsi olduğunu düşünürsünüz? Biz valyuta əməliyyatlarını müqayisələndirərək, pizza nümunəmizdə blokçeyn haqqında danışdıq. Mən sənə bu qədər pul verirəm, sən də mənə bu qədər pul ödəyirsən və hamının nə qədər pulu olduğunu hamı bilir, çünki hər şey hər kəsə açıqdır. Bunu pul və ya valyuta olmayan bir şeyə tətbiq etsək necə olar?

Deyək ki, bugün siz Laləyə altı koin ödəmək istədiniz və həmin əməliyyat təsdiqləndi. Sabah, malayziyalı bir iş adamı rəqəmsal dünyada mövcud olan bir məhsulu almaq istəyir. Məsələn, rəsm əsəri müqabilində rəssama koinlərlə 3 milyon dollar ödəmək istəyir. Blockchain-in maraqlı olduğu yeganə şey, malayziyalı iş adamının 3 milyon dollar dəyərində koinə sahib olub omadığıdır. Beləliklə, dünyadakı bir qrup kompüter bu alqı-satğı əməliyyatı üzrə incələmə aparır, bu iş adamının 3 milyon dollar dəyərində koinlərinin olduğunu söyləyir və əməliyyatı təsdiqləyirlər. Belə olduğu halda, bu məhsul – token yeni sahibinə transfer olunur və malayziyalı iş adamı əvəz edilə bilməyən bu məhsulun, yəni NFT sahibi olduğunu açıqlayır.
Fiziki pullar və kriptovalyutalar “mübadilə edilə biləndir”, yəni bir-biri ilə ticarət edilə və ya dəyişdirilə bilər. Onlar da dəyər baxımından bərabərdirlər – bir dollar həmişə başqa bir dollar dəyərindədir; bir bitkoin həmişə digər bir bitkoinə bərabərdir.

NFT-lər də kriptovalyutalar kimi işləyir, lakin bitcoin kimi fungible kriptovalyutalardan fərqli olaraq, onlar tamamilə unikaldırlar. Hər bir NFT-in bir-biri ilə mübadilə edilməsini və ya bir-birinə bərabər olmasını qeyri-mümkün edən bir rəqəmsal imza var. NFT, məlumatın qeyd olunduğu blokçeyn vasitəsilə bunu əldə edir. Bu məlumat, NFT-nin orijinallığını təmin edərək blokçeyndə şifrələnir. Bu isə öz növbəsində, rəqəmsal yaradıcıların yaratdıqları məhsulu unikal edərək, daha qiymətli olmasına kömək edir.

NFT-lər sizə kopyalana bilməyən bir şey vermək üçün nəzərdə tutulmuşdur: Fiziki sənət kolleksiyası baxımından desək: hər kəs əsərin kopyasını ala bilər. Ancaq, orijinala yalnız bir şəxs sahib ola bilər.

NFT-in müsbət və mənfi tərəfləri
NFT-lər sizə işinizi böyük bazara çıxarıb satmaq imkanı yaradır. Blockchain texnologiyası və NFT-lər sənətçilərə və kontent yaradıcılarına məhsullarından pul qazanmaq üçün unikal fürsət verir. Məsələn, rəssamlar öz əsərlərini satmaq üçün artıq qalereyalara və ya hərrac evlərinə etibar etməli deyillər. Bunun əvəzinə, sənətçi onu birbaşa NFT kimi istehlakçıya sata bilər ki, bu da onlara daha çox qazanc əldə etməyə imkan verir. Bundan əlavə, NFT-in bizə gətirdiyi möhtəşəm bir özəllik daha var. Hər hansı bir əsər satıldığı anda və ya yaradıcısının əlindən çıxdığı anda, yaradıcının onunla bağı qopurdu. Yəni, bir Picasso əsəri 200-250 milyon dollara satıldığında, Picasso-nun özünə ya da ailəsinə hər hansısa bir geri dönüş təmin etmirdi. NFT-də isə, əsər onun sahibini unutmur. Bunun üçün yaradıcılar məhsullarını elə proqramlaşdırırlar ki, sənətləri yeni sahibinə satılan zaman, həmin satışdan faiz əldə etsinlər. Bu olduqca cəlbedici xüsusiyyətdir, çünki rəssamlar sənətləri ilk dəfə satıldıqdan sonra ümumiyyətlə əsərin gələcəkdəki satışlarından gəlir əldə etmirlər. Belə olduqda, NFT satıldıqda və ya əl dəyişdirdikdə sizə hər dəfə məbləğ geri dönəcək.
Əgər bir şey nə qədər nadir tapılırsa, insan psixologiyasında daha çox dəyərə sahib olur. Müxtəlif növ məhsullar NFT olaraq satışa çıxarılır. Qəribəsi odur ki, insanlar əsas ehtiyaclarını ödəmək, yemək, sığınacaq, istilik və s. təmin etmək üçün kifayət qədər bolluğa sahib olan kimi, artıq heç bir dəyəri olmayan şeylərdə dəyər yaratmağa başlayırlar.
NFT-lər haqqında ekspertlər bəzi narahatlıqlarını ifadə edirlər. Bir məsələ ondan ibarətdir ki, bütün NFT-lər rəqəmsal sənət əsərini satan şəxsin əslində orijinal yaradıcı olduğunu təsdiq etmir. Bu isə o deməkdir ki, NFT dünyasında saxta əsərlər də ola bilir. Zatən, real həyatda da onlara rast gəlmək mümkündür. Lakin, bu saxtakarlığı xüsusilə onlayn bazarlarda müəyyənləşdirmək daha çətindir.

Kriptovalyutalarda olduğu kimi, blokçeyninin saxlanmasının ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar var. Mexanik olaraq, blokçeyn bütün günü bir sıra kiçik hesablamalar aparan kompüterlərə əsaslanır. Bu kompüterlər görməyə alışdığımız kompüter deyillər, onların yaddaşı, ekranı və ya başqa bir şeyi yoxdur. Onların etdikləri tək şey yalnız mikro hesablamalar aparmaqdır. Bir çox NFT-lər Ethereum şəbəkəsində yaradılır və saxlanılır, baxmayaraq ki, digər blokçeynlər də (məsələn, Flow və Tezos) NFT-ləri dəstəkləyir. Ethereum, bitcoin və ya dogecoin kimi kriptovalyutadır, lakin onun NFT-ləri dəstəkləyən blokçeyni də mövcuddur. Ethereum blockchain hazırda ən azı 33 terawatt saat elektrik istifadə edir. Bir terawatt saat elektrik enerjisinin nə olduğunu soruşa bilərsiniz. Bu, Serbiyanın istifadə etdiyi enerji ilə eyni gücə bərabərdir. Xatırladaq ki, elektrik enerjisi istehsalı adətən fosil yanacaqları yandıran, atmosferə karbon buraxan elektrik stansiyalarından gəlir və bu,ətraf mühit üçün böyük bir problem yaradır. Ethereum blockchain-in enerji istehlakı inanılmaz sürətlə artır və heç bir yavaşlama əlaməti sezilmir. Bu qədər enerji kompüter anbarlarında rəqəmləri kodlamaq üçün istifadə olunur ki, kimsə rəqəmsal bir şey ala bilsin. Bu qədər enerji sərfiyyatının insanların işini asanlaşdıran və ya bəşəriyyətə faydası toxunan bir şey üçün istifadə edilmədiyini düşünmək vahiməlidir.

NFT bazarı 2018-ci ildəki təxminən 41 milyon dollardan 2020-ci ildə 338 milyon dollara yüksəldi. Business Insider-ə əsasən, 2021-ci ilin birinci yarısında NFT satışları 2,5 milyard dollar təşkil edib. Lakin, skeptiklər bu məhsulların həqiqətən onlara verilən dəyərə sahib olub-olmadığını sorğulayırlar. Tərəfdarları, NFT-lərin potensiala sahib olduğuna inanırlar. Lakin tənqidçiləri, bunun rəqəmsal balon ola biləcəyindən ehtiyat edirlər. Ümumilikdə, NFT-in mənfi və müsbət tərəfləri haqqında danışmaq tez hesab oluna bilər. Çünki, bazardakı spekulyasiyalar hələ yeni başlayır.

NFT-ləri necə almaq olar
Əslində, istənilən rəqəmsal təsviri NFT kimi almaq olar. Ancaq alarkən nəzərə alınmalı olan bir neçə şey var, xüsusən də, yeni başlayansınızsa. Hansı bazardan alacağınıza, onu saxlamaq üçün hansı növ rəqəmsal pul kisəsinin tələb olunacağına və satışı başa çatdırmaq üçün hansı kriptovalyutaya ehtiyacınız olduğuna qərar verməlisiniz.
Ən geniş yayılmış NFT bazarlarından bəzilərinə OpenSea, Mintable, Nifty Gateway və Rarible daxildir. Daha spesifik NFT növləri üçün niş bazar yerləri də var, məsələn, basketbol videolarından məqamlar üçün “NBA Top Shot” və ya auksion tvitləri üçün “Valuables”.
NFT-ləri necə satmaq olar
NFT-lər də bazarlarda satılır və proses platformadan platformaya dəyişə bilər. Siz mahiyyətcə məhsulunuzu bazara yükləyəcəksiniz, sonra onu NFT-yə çevirmək üçün təlimatlara əməl edəcəksiniz. Siz işin təsviri və təklif olunan qiymət kimi xüsusiyyətləri özünüz daxil edə biləcəksiniz.

01/01/2022

ACCA nədir?

ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. İmtahanlar iki hissəyə bölünür:
Fundamentals:
F1 Accountant in Business – Mühasib və biznes
F2 Management Accounting – İdarəetmə uçotu
F3 Financial Accounting – Maliyyə uçotu
Qeyd! Bunlar Knowledge Modulu adlanır və əsas anlayışları əhate edir.

F4 Corporate and Business Law – Korporativ hüquq
F5 Performance Management – Səmərəliliyin idarə edilməsi
F6 Taxation – Vergilər
F7 Financial Reporting – Maliyyə hesabatları
F8 Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər
F9 Financial Management – Maliyyə menecmenti
Qeyd! Bunlar Skills Modulu adlanır və mənimsənilməsi vacib olan texniki sahələri əhatə edir.

Professional:
P1 Professional Accountant – Professional Mühasib
P2 Corporate Reporting – Korporativ Hesabatlar
P3 Business Analysis – Biznesin Təhlili
Qeyd! Bunlar Essentials Modulu adlanır və əsas fənləri əhatə edir.

P4 Advanced Financial Management – Maliyyə menecmenti
P5 Advanced Performance Management – Səmərəliliyin idarə edilməsi
P6 Advanced Taxation – Vergilər
P7 Advanced Audit and Assurance – Audit və onu müşahidə edən xidmətlər

Bəs ACCA imtahanlarına necə müraciət olunur və imtahana kimlər girə bilər?
ACCA peşəkar kvalifikasiyalarına qeydiyyatdan keçmək və imtahan verə bilmək üçün müəyyən şərtlərə cavab verməklə ACCA-yə tələbə kimi qeydiyyatdan keçməli və konkret əsas imtahana yazılmalısınız. Bu şərtlərə daxildir:

Hər hansı ali təhsil müəssisəsinin 1-ci kursunu uğurla bitirmək
Ali təhsili olmayan, 21 yaşdan yuxarı şəxslər üçün minimum 3 illik iş təcrübəsi (istənilən sahədə)

Müraciət formasına gəldikdə isə, www.accaglobal.com saytına daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı təqdim edilməli olan sənədlər:

Şəxsiyyətinizi təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
Hal-hazırda ali təhsil aldığınız və ya ali təhsilinizi bitirdiyinizi sübut edən arayış və ya diplom (ali təhsil alırsınızsa və ya artıq bitirmisinizsə);
Ali təhsil zamanı aldığınız qiymətləri əks etdirən sənəd (arayış və ya diplom əlavəsi);
Təcrübənizi təsdiq edən sənəd (ali təhsil olmadan 21 yaşdan yuxarı olan şəxslər üçün tələb olunur, ali təhsil almış və ya təhsilini davam etdirən şəxslər üçün ehtiyac yoxdur);
Foto şəkil.

Qeyd: Sənədlər ingilis dilində deyilsə, onlar tərcümə edilib notarial qaydada təsdiq edilməlidir.

ACCA imtahanlarına hazırlaşmaq üçün siz ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning deyilən online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz. ACCA imtahanlarının formatı test (F1-F4) və yazılı (F5-F9) formada olur. Bütün fənlərin keçid balı (100%-dən) minimum 50%-dir. ACCA peşəkar kvalifikasiyası bütün dünyada yalnız ingilis dilində tərtib olunur. Azərbaycanda bəzi tədris mərkəzləri ACCA proqramından və tədris materiallarından istifadə edərək azərbaycan dillində bu təhsili verir.

ACCA-nın yuxarıda adı çəkilən 14 imtahanından azad olma imkanı da var. Yəni hazırlaşmadan və imtahana girmədən ACCA rəsmi sertfikatını əldə etmək mümkündür. Siz ilk səviyyə üzrə imtahan verdikdən sonra təqdim etdiyiniz sənədlərə əsasən ACCA tərəfindən sizə azad olunma təklifləri gələ bilər. Siz ya qəbul edib, qeydiyyat haqqını ödəməklə sertfikatı əldə edə, ya da imtina edib hazırlaşmaqla imtahana girib sertifikat əldə edə bilərsiniz. Qeyd edək ki, imtahanda iştirak edib sertfikat almaqdan fərqli olaraq, azad olunmadan əldə etdiyiniz sertifikatda sadəcə bu səviyyəni rəsmi şəkildə keçdiyiniz qeyd olunacaq və heç bir keçid balı qeyd olunmayacaq.

Photos from TopicLand's post 21/11/2021

Word’ü həm ingilis dilində həm də türkcə işlədənlər üçün izahlı göstəriş.

13/10/2021

✈️ Azərbaycan vətəndaşlarının vizasız gedib təhsil ala biləcəyi və gəzə biləcəyi ölkələr:

İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət:
Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya Federasiyası, Tacikistan, Ukrayna və Türkiyə – 90 gün

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edildiyi ölkələr :
Serbiya, Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina – 90 gün
Malayziya, Livan – 30 gün
İran- 15 gün
Honq-Konq – 14 gün

09/08/2021

Bu xarici universitetlərin Bakı filiallarının DİPLOMU TANINMIR;

1. Anadolu Universiteti
2. Dağıstan Dövlət Universiteti
3. Cənubi Rusiya Humanitar İnstitutu
4. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
5. Rusiya Dövlət Sosial Universiteti
6. Moskva Dövlət Açıq Universiteti
7. Regionlararası Heyətin İdarəolunması Akademiyası
8. Müasir Humanitar Akademiya
9. "YUJDAQ" İnstitutu
10. Dnepropetrovsk Milli Universiteti
11.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)

✅ Eləcə də diplomları tanınanlar:

1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);

2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);

3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);

4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).

28/07/2021

Tələbə Təhsil Kreditinin 2 növü olacaq:
1) Sosial 2) Standart

Sosial TTK: 3-cü dərəcəli əlilliyi olanlar, hər 2 valideyni işsiz, pensiya, müavinat, yardım alanlar ala bilər.

Standart TTK: ÜOMG-si 71+ bal olanlar və illik təhsil haqqı xərcinin ən azı 20%-ni ödəyənlər ala bilər.

22/07/2021

İELTS’ə hazırlaşanlar və ya yeni başlayanlar üçün məlumat və saytlar...

Listening

1) Cambridge 8 - 15

2) https://lnkd.in/dwpR6cy

3) https://lnkd.in/d7fkGxM

4) https://ielts-simon.com/

5) https://lnkd.in/dTBQNeE

6) https://lnkd.in/d-yrSbt

7) ieltsnetwork.com

Müəyyən müddət hazırlaşdıqdan sonra təbii ki, biliyimizi yoxlamaq istəyi bizdə yarana bilər. Bunun üçün isə bizə https://lnkd.in/dWM6A6qhttps://lnkd.in/d_Jv7J3 olacaqdır. Burada sınaq imtahanı verməklə real imtahana nə qədər hazırlıqlı oduğunuzu müəyyən edə bilərsiniz.

9) http://realielts.com/ burada ielts-ə hazırlaşmaq üçün faydalı kitabları pdf formatda və hətta CD-ləri belə yükləyə bilərsəniz.

10) Tedx Talks videoları izlə !

11) Film izlə !

12)BBC - videolar izlə !

Writing

1) https://lnkd.in/gqkCa92

2) https://lnkd.in/geGVbPa - youtube kanallarını izlə !

3) https://lnkd.in/d7fkGxM

4) https://ielts-simon.com/

5) https://lnkd.in/dTBQNeE

6) https://lnkd.in/d-yrSbt

7) ieltsnetwork.com

Müəyyən müddət hazırlaşdıqdan sonra təbii ki, biliyimizi yoxlamaq istəyi bizdə yarana bilər. Bunun üçün isə bizə https://lnkd.in/dWM6A6qhttps://lnkd.in/d_Jv7J3 olacaqdır. Burada sınaq imtahanı verməklə real imtahana nə qədər hazırlıqlı oduğunuzu müəyyən edə bilərsiniz.

9) http://realielts.com burada ielts-ə hazırlaşmağınız üçün faydalı kitabları pdf formatda və hətta CD-ləri belə yükləyə bilərsiniz. Həmçinin qrupun FİLES bölməsində də PDF materiallar və Kitablarlar yükləyə bilərsiniz.

10) Essay'lərini yoxlayacaq və feedback verəcək adam tap !

11)Writing Tutor, app yüklə, işlə !

12)Hər gün Practise et !

06/06/2021

📌 Dünyanın ən bahalı 10 universiteti:

Kolumbiya Universiteti - 66,383 $; (112.850₼)
New York Universiteti - 65.860 $;
Oxford Universiteti - 62,000 $;
Cənubi Kaliforniya Universiteti - 60,890 $;
Tufts Universiteti - 60.862 $;
Brown Universiteti - 60,696 $;
Chicago Universiteti - 57,000 $;
Duke Universiteti - 55.960 $;
Stanford Universiteti - 51.000 $;
Harvard Universiteti - 47.074 $.

31/03/2021

Boğaziçi Universiteti

16 sentyabr 1863-də Cryus Hamlin və Christopher Robert tərəfindən Robert koleci quruldu. 10 sentyabr 1971-də Türkiyə Cümhuriyyətinə verilərək Boğaziçi Universiteti quruldu. 6 kampusu olan universitet ingilizcə təhsil verir.

Güney kompusu-ana kampusdur. Bebek, Beşiktaşda yerləşir. Kuzey,Hisar,Uçaksavar kampusları da Bebekte yerləşir. Sarıtepe kampusu-Kilyar,Karadeniz kıyısında yer alır. İstanbula uzaqlığına görə tələbələrə problem yaradır. Kandilli kampusu- Kandilli Rəsədxanasının 1982-də universitetə bağlanmasıyla yaranıb. Universitetin Anadolu yakasındaki tək kampusudur, Üsküdard yer alır.

Boğaz içi universitetində 4 fakültə var:
1. Eğitim
2. Fen-Edebiyat
3. İktisadi ve İdari bilimler
4. Mühendislik fakültesi

Fakültələrdən əlavə 2 yüksək məktəbi var:
1. Uygulamalı Bilimler
2. Yabancı Diller yüksekokulu

Necə bakalavr təhsili ala bilərəm?

Əvvəlcədən məqsədlərinizi bilib hazırlaşmalısınız. Boğaziçi Universiteti SAT imtahanı ilə qəbul aparır. İmtahandan 1600 ballıq sistemdən 1300+ yığsanız, riyaziyyat balınısz yüksəkdirsə qəbul olma şansınız var deməkdir. Bununla kifayətlənmir, çünki rəqabət güclüdür. İmtahan əlavə digər göstəriciləriniz də önəm daşıyır: GPA balınız, sosial fəaliyyətlərdə aktivliyiniz, xarici tədbirlərdə iştiraklarınız və s. Müraciət zamanı nə ki yüksək göstəriciniz varsa, onu qeyd edin.

Universitet sizi ya Türkiyəyə, yada skype’la müsahibəyə dəvət edir. Müsahibənin də rolu var. Bundan əlavə, referans və motivasiya məktubunuza baxılacaq. 9-10-11’dəki qiymətlərinizin də rolu var.
Sizin ingilis dilini sübut edən beynəlxalq imtahan nəticəniz(TOEFL,İELTS və s.) yoxdursa, sizə 2 seçim şansı verilir: ya siz universitetin daxilində ingilis dilindən imtahan verərək, keçirsiniz. Keçdiyiniz təqdirdə 1-ci kursdan başlayırsınız. Keçə bilməsəniz, ilk olaraq universitet nəzdində 1il hazırlıq oxuyursunuz.

Boğaziçi Universitsti hər il iyun-iyul aylarınd qeydiyyatı açıq elan edir. Bu qeydiyyat müddəti çox qısa (7-8gün) çəkir. Bu haqqda universitet əvvəlcədən məlumat verir.

31/03/2021

📌 Azərbaycanda diplomlarının tanınmasından imtina edilən xarici universitetlər

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verdiyi məlumata görə, bəzi universitetlərin diplomuna imtina verilib.

- Regionlararası Heyətin İdarəolunması Akademiyası
- Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti
- İvanovo Dövlət Universiteti
- Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası
- V.N.Karazin adına Xarkov Milli Universiteti
- Dağıstan Dövlət Pedaqoji Universiteti
- Poltava İqtisadiyyat və Ticarət Universiteti
- Tbilisi Açıq Tədris Universiteti
- Avropa Universiteti və Gürcüstan Texniki Universiteti

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Baku