🌱 Faiz mövzusundan həyat dərsi: Təhsil sadəcə düstur deyil, strategiyadır!
✨ 10-cu sinifdə riyaziyyat hazırlığında oxuyurdum. Mövzu faiz idi. Müəllim ev tapşırığı vermişdi, gətirmişdik. Uşaqlardan biri sual verdi, müəllim də düsturla izah etdi. Mən isə dedim:
- Müəllim, mən bunu tənasüblə bir-bir yazdım.
O isə güldü və dedi:
👉 “Bankda işləyəndə amerikalı artıq nəticəni tapacaq, sən isə hələ birinci mərhələni yazmaqla məşğul olacaqsan.”
O sözün mahiyyətini illər sonra anladım.
Çox abituriyentlər problemləri “bir-bir həll etmək” mentaliteti ilə yaxınlaşır. Amma dünya sürətlə dəyişir, inkişaf dayanmaz gedir. Universiteti bitirəndə, bəlkə də ixtisasınız artıq mövcud olmayacaq.
📌 Təhsil sadəcə “oxumaq” deyil - strategiya, vizyon və düzgün risk analizidir.
📌 Ən önəmlisi isə: nə oxuduğun yox, necə oxuduğundur.
Süni intellektdən qorxmayın. Çünki gələcəkdə həqiqətən savadlı və bacarıqlı insanlar kifayət qədər qazanacaq və uğurlu mövqelərdə olacaq.
🔑 Seanslarda da mənim işim budur: sizi boş qrafiklərlə yox, bacarıqlarınızı inkişaf etdirərək irəli aparmaq.
Gulbenizcoach
Təhsil koçu şagirdin, gəncin həm sosial həm də məktəb həyatında onun uğur qazanmasına kömək edir.
Ən bahalı səhv: yanlış qərarlar və itirilmiş illər ⤵️
📌 2006-cı ildə Milli İqtisadi Tədqiqatlar Bürosunun araşdırmalarına görə insanlar investisiya qərarlarını öz məqsədləri və hazırda mövcud imkanlar əsasında qəbul etməlidir. Amma insanların çoxu belə etmir.
Onların qərarları əksər hallarda nəsillərindən, xüsusilə də gənclik dövründə qazandıqları təcrübələrdən formalaşır.
Təhsil sahəsində də eyni mənzərəni görürük. Abituriyentlər məqsədləri və hədəflərinə görə seçim etmək əvəzinə, çox vaxt “əsassız məlumatlara” və ya “nəsil təcrübəsinə” söykənirlər.
Halbuki düzgün qərar vermək üçün cavab axtarmalı olduğumuz əsas sual sadədir:
➡️ “Bu addım məni hədəfimə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?”
Çünki yol boyu verilən yanlış qərarlar insanı hədəfdən uzaqlaşdırır, nəticədə isə qalır yalnız məmnuniyyətsizlik və hüsran.
Abituriyentlər də çox zaman eyni səhvi edirlər: seçimlərini hədəflərinə görə yox, qulaqdan gələn fikirlərə görə verirlər. Və sonda məsələni təhsilin üzərinə ataraq bəraət axtarırlar.
💡 Amma əsas sual qalır: sən addımlarını atarkən həqiqətən hədəfini düşünürsənmi?
Əziz abituriyentlər bu sualların cavabını heç kim bilmir !👇
⭕️ İmtahanın asan yoxsa çətin olacağını.
⭕️ Balların düşcəyini, yoxsa qalxacağını.
⭕️ İmtahanın keçən ilki kimi olub-olmayacağını.
⭕️ 9-ların imtahanın asan yoxsa çətin olacağını.
Bu bildiyini iddia edənlərə də inanmamağınız sizin üçün yaxşı olar. Bəs nə edə bilərsiniz? ⬇️
✅️ Yeni topludan istifadə edin və mənimsəyin. Çalışın heç olmasa 2 dəfə işləyəsiniz.
✅️ Öyrənmə bacarıqlarınızı və çalışma sisteminizi hədəfinizə yönəlik inkişaf etdirin.
✅️ Testləri, qaydaları, düsturları əzbərləmək yerinə öyrənin, dərk edin.
✅️ Fərqli tipli suallara, yeni yanaşmalara fikir verin.
✅️ Sual üzərində fərqli düşünməyə, fərqli yanaşmağa çalışın.
✅️ Analitik düşünmə qabiliyyətinizi artırın.
✅️ Beyin çevikliyinizi artırın.
✅️ İmtahan stressi üzərində işləyin.
ÖZÜNÜZÜ BAŞQALARI İLƏ MÜQAYİSƏ EDİN !
Ölkəmizdə bir çox anlayışın içi boşaldıldığı kimi müqayisə etməyin də içi boşaldılıb. Özünü müqayisə dozajında və sağlıqlı aparıldıqda çox faydalıdır. Əks halda öz "tənbəlliyinizi" örtmək üçün yorğan olur sadəcə.
🔹 Qurban roluna düşmək abituriyentin ən böyük tələsidir
Abituriyentlərin bir çoxu belə düşünür:
❌ “Valideynlərim məni başa düşmür...”
❌ “Müəllimlərim kömək etmir...”
❌ “Məndə imkan yoxdur, ona görə oxuya bilmirəm...”
Bax, bu düşüncələr səni qurban roluna salır. Yəni, məsuliyyəti öz üzərindən atırsan. Amma unutma: imtahan zalında sən tək oturacaqsan. O cavab kartını heç kim sənin əvəzindən doldurmayacaq.
Əsl güc də buradadır. Çünki sənin gələcəyini nə valideynin, nə müəllimin, nə də şəraitin müəyyənləşdirir. Onu müəyyən edən sənin hər gün etdiyin seçimlərdir.
👉 Özünü qurban yox, qəhrəman rolunda gör.
👉 Problemlərdən bəhanə yox, güc al.
👉 Məsuliyyəti üzərinə götür, çünki imtahanda nəticəni gətirəcək yeganə amil budur.
💡 Yadda saxla: “Qurbanlıq” statusu sənə bal qazandırmır, amma “məsuliyyət” statusu nəticə gətirir.
🌱 Şagirdlər də öyrənilmiş çarəsizlik ...
Bəzən şagirdlər elə düşünür ki, onlar bacarmayacaq. Onlarda alınmayacaq.
Və bu düşüncəyə inanmaq üçün bəzən kifayət qədər səbəbləri də olur…
Amma…
Bu, çox zaman öyrənilmiş çarəsizlikdir.
Gəlin belə düşünək:
Tutaq ki, bir dəfə yolla gedərkən başınıza bədbəxt bir hadisə gəlib və bu sizi çox qorxudub.
O andan sonra hər dəfə evdən çıxmaq istəyəndə o hadisə gözünüzün önünə gəlir, qorxursunuz, tərəddüd edirsiniz…
“Bəlkə yenə nəsə olar…” deyib geri çəkilirsiniz.
Və bu zaman nədən məhrum olursunuz?
Çöldəki gözəlliklərdən… yaşayacağınız yeni təcrübələrdən…
Sadəcə bir dəfə baş verən hadisəyə görə, özünüzü bütün digər imkanlardan məhrum edirsiniz.
Deyə bilərsiniz ki:
> "Bəs haradan bilim ki, yenə eyni şey baş verməyəcək?"
Bilmək olmaz. Ancaq cəhd etməsəniz, heç vaxt öyrənə də bilməyəcəksiniz.
🧩 Bir dəfə, iki dəfə, üç dəfə alınmaya bilər.
Amma bu, heç vaxt alınmayacaq demək deyil.
---
⭐ Uğurlu insanlar ona görə uğurludur ki, onlar davamlı və çoxlu sayda cəhd ediblər.
Çünki bacarmaq — yalnız bacarıqlı olmaq deyil, çətinliklərə baxmayaraq davam etməyi bacarmaqdır.
01/09/2025
Əslində valideynlər nə deyir)
Ah bu valideynlər 🤦♀️
Bir şagirdim var idi, dərsə hazırlıqsız gəlib. Valideyninə bildirdim və arxasınca yazdım ki, ev tapşırığını burada işlətdim. Hamısını çatdırmadım qaldı + yeni dərs keçməli idim keçə bilmədim.
Valideyn mesajımın üstündən 5 dəqiqə keçər ya keçməz mənə odlu alovlu bir səs göndərdi ⬇️
" Daha bezmişəm bu uşağın əlindən. Bütün günü telefonla oynayır. Dərs oxumağa vaxtı yoxdur amma telefonla oynamağa vaxtı var. Hirsləndim telefonu əlindən aldım. Özünə də dedim: Müəllim səndən razılıq etməyincə telefon yoxdur sənə".
Heç nə yazmadım valideynə. Növbəti dərs şagird dərsə gələndə telefonu əlində idi. Təəccübləndim düzü və şagirdimə ➡️ " Sənin telefonunu əlindən almamışdılar?" sualını verdim.
Şagirdim cavab olaraq : Müəllim aldılar 1 gün sonra qaytardılar dedi.
Heçnə demədim. Hazırlıq prosesimiz davam etdi beləcə. Ancaq nə yalan deyim hər dərs evə şikayət gedirdi o şagirdimdən. Digər müəllimlərdə də bənzər hal idi.
Bir gün valideynim gəldi və dedi ⬇️
Ay müəllimə xahiş edirəm bir yol göstərin. Bu uşaqla başa çıxa bilmirəm. Motivasiya edirəm işə yaramır, danlayıram işə yaramır, cəza verirəm işə yaramır. Əvvəl yenə bunlar biraz işə yarayırdı indi heç uşağın yanında sözümün kəsəri yoxdur.
Valideyimə eyni yuxarıdakı telefon söhbətini xatırlatdım və dedim : Ona görə sözünün kəsəri yoxdur ki, ağzından çıxan sözlə hərəkətin vəhdət təşkil etmir. Buna görə də övladına nə desən fayda etmir artıq.Uşağa deyirsən müəllim razılıq etməsə telefonu verməyəcəm amma üstündən 1 gün keçməmiş telefonu verirsiniz.
Valideynlərə həmişə deyirəm: Övladınız sözlərinizlə hərəkətləriniz arasındakı əlaqəyə baxır. Bunlar vəhdət təşkil etmirsə sizin sözünüzü ciddiyə almır. Və bir valideyn olaraq təsirinizi itirirsiniz. Acıdır amma realdır.....
Müşahidəmə əsasən təhsildən, aldığı təhsilin faydasını görməməkdən şikayət edənlər təhsildə səhv planlama edənlərdir və doğru investisiya etməyənlərdir.
Bu iki kateqoriya təəssüf ki, günahı özündə axtarmır.
Məsələn, bir nümunə Aysel adında bir abituriyent olsun. Aysel hazırlaşır, hazırlıqlara gedir və nəticədə getdi 250 bal topladı ( iki imtahan birgə). Ailə, müəllim deyir ki hara düşər düşər. Buna uyğun kodlama edilir və Aysel gəlir tutaq ki, bölgələrin birində universitetin riyaziyyat müəllimliyi fakultəsinə pulluya qəbul olur. Və ailə sevinir, oxudacam qızımı deyir. Ammaaaaa⬇️
2 əsas problem var :
1. Ayselin riyaziyyatı zəifdir 😔
2. Aysel imtahanda 10 dənə riyaziyyat sualını düz yazıb🤦♀️.
Və sırf balı ora düşüb deyə o fakultəyə qəbul olub. Nəticə olaraq həm Aysel, həm ailə unudur riyaziyyat nəticəsini, riyaziyyatdakı vəziyyəti unudur. Başlayırlar xəyallar qurmağa ⬇️
💫 İbtidaidən uşaqlar götürər hazırlaşdırar xərcliyini çıxarar.
💫 Aşağı siniflərə riyaziyyat dərsi keçər ucuz qiymətə. Özünü təkmilləşdirər.
Amma Aysel bu ikisində uğurlu olmur. Bilin görək nə sərbəstdir ?
⚡️⚡️⚡️ Afərin doğru bildiniz xəyal qurmaq sərbəstdir 😅
💫 Sonra kurslar var Aysel kursa işə düzəlsin. Xahiş minnət bir kursa köməkçi müəllim kimi düzəlir, amma 3 aydan sonra Aysel işdən çıxarılır. Çünki Aysel riyaziyyatı bilmir, tədris də edə bilmir. Uşaqlar Ayseldən çox bilir və haqlı olaraq Ayseli istəmirlər. Aysel onlara dərsi, mövzunu tam izah edə bilmir 😔.
Aysel universiteti bitirir, diplomu alır. Bir neçə kursda da çalışır amma uğursuz nəticələnir 😢.
Sonra Aysel deyir eybi yox nə iş var işləyim. Və elanlara baxır. Görür yaşadığı şəhərdə böyük eloktronika mağazası açılır, ora satıcı kimi düzəlir. Aylıq əmək haqqı 600 AZN.
Və Aysel deyir sonra hər yerdə (həmçinin ailəsi də) ⬇️
Ölkədə təhsil var guya 🤦♂. O boyda universitet oxudu, amma indi gedib satıcı işləyir. Ehhh xarabada iş yoxdur, yaşam yoxdur, xaricə getmək lazımdır. Təhsilə pul vermək boş və mənasızdır.
Bu senari tanış gəldi??????
İndi kimdir müqəssir?????
20/12/2024
Bəli bir abituriyent mesajı. Pivəliyə-pivəliyə, siqaret damağında testi köçürür + tutulmamağı ilə də fəxr edir.
Maraqlıdır 🤔.
Mən abituriyentlərə sual verəndə dəyərləriniz nədir durur üzümə baxırlar və ardınca "o nədir?" sualı verilir. Və eyni sualı o abituriyentin ailəsinə yönəldəndə də aldığım reaksiya bənzər olur.
Ölkədə ciddi ailə problemi var. Müəllimlərdən, həkimlərdən, vəkillərdən, məmurlardan və s danışılır amma ailələrdən danışılmır. Ailə nədir?
Gün olmur ki, bu qulaqlar nəsə eşitməsin 🤣
Valideyn danışır: Falçılara az qala 1 evin pulunu tökmüşəm, hamısı dedi narahat olma universitetə girəcək uşağın. Tibb universitetini qazanacaq.
Deyirəm bəs nə oldu?
Valideyn: Canlarına azar oldu falçıların uşaq heç 100 bal toplaya bilmədi.
P.S. Bu arada qeyd edim valideyn ali təhsillidir, qəşəng də yerdə çalışır.
Bu falçıya, bürcə, tarota olan marağı anlamıram. Hədəfini şansa buraxmağı hələ heç anlamıram 🤦♀️
Valideyn müraciət edib : Övladım məsuliyyətsizdir, davamlı nəyisə bəhanə edir. Bu uşaqda bəhanə qurtarmır. Müəllim şikayət edir hər şeyə bir bəhanə gətirir.
Valideynə bir neçə sual verdim və nəticədə ⬇️
Valideyn : Mən disiplinli və tələbkar valideynəm. Uşaqlarımın təhsilinə çox önəm vermişəm. Hazırlıqlara qoymuşam sınağa göndərmişəm zəif yazıb müəllimi dəyişdirmişəm ki, yaxşı deyil. Sinifini dəyişdirmişəm 3-4 dəfə.
Və gəlinən nəticə: Davamlı öz səhvlərini, öz yalnışlarını görməyən, mən düzəm qarşımdakı səhvdir deyən bir fərd.
Bəzən valideynlər övladlarının davranışlarından gileylənərkən bir şeyi diqqətdən qaçırırlar. Övladının bu hərəkəti əziz valideyn sənin reaksiyalarının nəticəsidir. Birdə illərlə yaratdıqları bir şeyin 1-2 dəfəyə həll edilməsini istəyirlər 🤦♀️.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Baku
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |