09/01/2022
Şəbəkə Mütəxəssisi kimdir?
Şəbəkə mütəxəssisi bir neçə kompüterdən və ya minlərlə müxtəlif qurğudan ibarət şəbəkənin eyni vaxtda ahəngdar işləməsini təmin edən şəxsdir.
Şəbəkə Mütəxəssisi nə edir? Onların Vəzifə və Məsuliyyətləri nələrdir?
Şəbəkə mütəxəssisi işlədiyi şirkətin şəbəkə ilə bağlı ehtiyaclarını müəyyənləşdirir və bu ehtiyaclara uyğun həllər təmin edir. Bundan əlavə,şəbəkə mütəxəssisinin vəzifə və öhdəliklərinə aşağıdakıları misal göstərə bilərik:
- Şəbəkə layihələrinin planlaşdırılması, həyata keçirilməsi və idarə olunması mərhələlərində iştirak etmək
- Təhlükəsizliklə bağlı məlumatlı olmaq və işçiləri məlumatlandırmaq
- Şəbəkə təhlükəsizliyini təmin etmək
- Şəbəkə sistemlərinin daimi nəzarətdə saxlanılması və yenilənməsi
- Gündəlik, həftəlik və aylıq kimi müxtəlif rutinlərə uyğun hesabatlar hazırlamaq
- Mövcud şəbəkə infrastrukturunu təkmilləşdirmək.
Siz də gələcək karyeranızı Şəbəkə inzibatçısı kimi qurmaq istəyirsizsə kursumuz tərəfindən təşkil olunan təlimlərə qatıla bilərsiz.
Əlaqə/Qeydiyyat (whatsapp) - 051 308 63 90
08/01/2022