ADR Partiyası Gənclər Klubu

ADR Partiyası Gənclər Klubu

Share

Gənclər Klubu gənclərimizi müxtəlif mövzular üzrə məruzələr, təlim və müzakirələrə dəvət edir.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Gənclər qolu nəzdində Gənclər klubu

03 aprel 2022-ci ildə partiyanın Gənclər Qolu tərəfindən təsis edilmişdir. GK-nun məqsədi
Gənclər klubunun əsas məqsədi gənclərin (həm də bitərəf gənclərin) maarifləndirilməsi, onlarda xalqımızın ideoloji, siyasi, tarixi, sosial, mədəni, ədəbi və s. sahələri ilə bağlı müəyyən dünyagörüşün forma

16/09/2023

Qubad Ibadoğlunun qanunsuz həbsi ilə bağlı azərbaycanlı məmurlara Maqnitski Aktının tətbiq edilməsi təklif edildi

Avropa Parlamentində Professor Qubad İbadoğlu ilə bağlı dinləmələr bitdi.

Avropa Parlamentinin aşağıdakı deputatları insan haqlarını kobud şəkildə pozan azərbaycanlı məmurlara Maqnitski aktına uyğun olaraq sanksiya qoymağı təklif etdilər:

Nathalie Loiseau, Petras Auštrevičius, Malik Azmani, Nicola Beer, Izaskun Bilbao Barandica, Olivier Chastel, Katalin Cseh, Bernard Guetta, Svenja Hahn, Karen Melchior, Javier Nart, Urmas Paet, Dragoş Pîslaru, Frédérique Ries, María Soraya Rodríguez Ramos, Ramona Strugariu, Dragoş Tudorache, Hilde Vautmans.

16/09/2023
12/08/2023

Beynəlxalq insan haqları üzrə mübarizə təşkilatları və hörmətli şəxslər professor Qubad İbadoğlunun azadlığı üçün mübarizə aparırlar!

- Amnesty International;
- Human Rights Watch;
- The World Movement for Democracy;
- National Endowment for Democracy;
- Freedom Now;
- The World Organisation Against Torture (OMCT);
- The London School of Economics and Political Science - LSE;
və s. kimi təşkilatlar!

Hələ aşağıdakı linki açın görün hansı universitetlərdə çalışan professorların adı var:

- Duke University (ABŞ);
- George Washington University (ABŞ);
- University of Oxford (Böyük Britaniya);
- Columbia University (ABŞ);
- King’s College London (Böyük Britaniya);
- International Relations, London School of Economics (Böyük Britaniya);
- Texas A&M University (ABŞ);
- Rutgers University (ABŞ);
- School of Politics and International Relations, University of Nottingham (Böyük Britaniya);
- London School of Economics (Böyük Britaniya);
- University of Southern California (ABŞ);
- University of Nottingham (Böyük Britaniya);
- University of Massachusetts Amherst (ABŞ);
- University of North Carolina (ABŞ);
- Freie Universität (Almaniya);
və s...

https://www.freedom-now.org/azerbaijan-international-civil-society-calls-for-the-immediate-and-unconditional-release-of-prof-gubad-ibadoghlu/

https://cseees.unc.edu/unc-faculty-appeal-for-release-of-professor-gubad-ibadoghlu/

Hətta Amerikanın Azərbaycanda keçmiş səfiri də "Qubad bəyi azad etmək vaxtıdır" deyə X (ex Twitter) sosial platformasında səsini ucaldıb!

Səssiz qalmayaq, dostlar!

Qubad bəyə azadlıq!
Təşəkkürlər Farhad Alakbarzadeh !

30/07/2023

İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsini pisləyən və onun azad olunmasını tələb edən bəyanat yayıb.

Bəyanatda deyilir:

"Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir, onun həbsi uzun illər ərzində hakimiyyətin dərin korrupsiyaya uğramış idarəetməsini, sosial-iqtisadi siyasətini tənqid edən mövqeyi, ictimai-siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Qubad İbadoğlu ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biri olaraq, dünyada ölkəmizi layiqincə təmsil edən iqtisadiyyat üzrə alimdir. O, London İqtisadiyyat Məktəbi (LSE), ABŞ-ın Duke və Ratqers (Rutgers) kimi dünyanın nüfuzlu universtetlərinin professoru olmaqla yanaşı, şəffaflıq üzrə ekspert alim qismində MHŞT kimi dünyanın nüfuzlu təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olaraq uzun illər ölkəmizi ləyaqətlə təmsil edib. Bütün bunları nəzərə alaraq, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq tanınmış ictimai-siyasi xadim, iqtisadiyyat üzrə alim, professor Qubad İbadoğlunun həbsini pisləyir və dərhal azad olunmasını tələb edirik".







Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Baku