Abituriyent Təhsil Mərkəzi

Abituriyent Təhsil Mərkəzi 🎯 Qəbul, ixtisas seçimi və xaricdə təhsil 🎓🌍
📞Əlaqə: 0102281740
🎓 Bütün növ təhsil xidmətləri ✅

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib.Bu nömrədə 2026/2027-ci tədris ili üçün Azərb...
26/08/2026

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini təqdim edib.

Bu nömrədə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda) dərc edilib.

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından əldə etmək olar.

Jurnallar barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə etmək mümkündür.

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.“Qafqazinfo”ya danışan...
25/08/2026

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.

“Qafqazinfo”ya danışan S.Tağızadə bildirib ki, ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olub.

“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”

Vətən müharibəsinin şəhidi İlkin Əhədzadənin qızı Fidan ADA Universitetinə qəbul olub.
25/08/2026

Vətən müharibəsinin şəhidi İlkin Əhədzadənin qızı Fidan ADA Universitetinə qəbul olub.

Ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947  nəfəri (o cümlədən 4215subbakalavr) a...
24/08/2026

Ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib. Onlardan 58947  nəfəri (o cümlədən 4215subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib

İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”...
24/08/2026

İştirakçılar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələr saytımıza da yerləşdirilib.

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 5-ci nömrəsini və "Keçid balları - 2025 (tam orta (11 illik) təhsil baza...
24/08/2026

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 5-ci nömrəsini və "Keçid balları - 2025 (tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)" xüsusi buraxılışını nəşr edib.

Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək mümkündür.

🎓 Düzgün ixtisas seçimi üçün indi müraciət et, tələbə ol! 👩‍🎓
24/08/2026

🎓 Düzgün ixtisas seçimi üçün indi müraciət et, tələbə ol! 👩‍🎓

📢 Diqqət Nəticələr nə vaxtı elan olunacaq?
23/08/2026

📢 Diqqət
Nəticələr nə vaxtı elan olunacaq?

📢 Dövlət İmtahan Mərkəzi müsabiqənəticələrinin növbəti həftə elan olunacağını qeyd edib.
21/08/2026

📢 Dövlət İmtahan Mərkəzi müsabiqə
nəticələrinin növbəti həftə elan olunacağını qeyd edib.

📌Qəbul nəticələri gecikir: Abituriyentləri hansı problemlər gözləyir?Minlərlə abituriyentin gözlədiyi qəbul nəticələri b...
21/08/2026

📌Qəbul nəticələri gecikir: Abituriyentləri hansı problemlər gözləyir?

Minlərlə abituriyentin gözlədiyi qəbul nəticələri bu il əvvəlki illərdən daha gec açıqlanacaq. DİM nəticələrin növbəti həftə elan olunacağını bildirib. Halbuki son üç ildə nəticələr avqustun 22-si gecə saatlarında açıqlanıb.

Təhsil tədqiqatçısı Elmin Nurinin sözlərinə görə, gecikmə bir sıra problemlərə səbəb ola bilər. Yüksək texniki peşə təhsili üzrə qəbul nəticələri artıq açıqlanıb və qeydiyyat avqustun 25-də başa çatır. Universitetə qəbul olub-olmadığını gözləyən abituriyentlərin peşə təhsilinə müraciət üçün cəmi 1-2 gün vaxtı* ala bilər.

Digər tərəfdən, ali məktəblərə qəbul olacaq 60 minə yaxın tələbə portalda qeydiyyatdan keçməlidir. Nəticələrin gecikməsi xüsusilə ödənişli təhsil, tələbə krediti və digər hazırlıq proseslərini də sıxışdıra bilər. Bölgələrdən Bakıya gələcək tələbələr üçün kirayə ev tapmaq problemi də əlavə çətinlik yarada bilər.

Üstəlik, universitet nəticələrindən sonra kolleclərə və boş qalan plan yerlərinə seçim mərhələsi başlayır. Nəticələrin gecikməsi bu proseslərin də yubanmasına səbəb ola bilər.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Abituriyent Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category