26/08/2022
🔅Pattern(ing)-model, şablon
Bunlar forex, kripto, indeks v.s bazarlarda zamanla öz təsdiqini tapmış və istifadə edilən formalardır. Pattern-lər bazarda qiymət, alıcı-satıcı arasındakı hərəkətləri bizə göstərir və əvvəlki eyni formalara baxaraq biz bir pattern yarandıqdan sonra onlara uyğun analiz edib, hərəkətin istiqamətini təxmin edə bilərik. Pattern-lər tək şəkildəkilərdən ibarət deyil, bir çox forması var.
🔶Patternlər əsasən 2 yerə bölünür.
1️⃣Trendin davam etdiyini göstərənlər-Continuation patterns
Bunlar əsasən trendin ortasında gəlib, qiymətin hansısa pattern şəklində özünü göstərib, daha sonra trend istiqamətində qırılım edib, bizə trendin davam etdiyini göstərən pattern-lərdir.
2️⃣Trendin bitib, qırıldığını və ya əks trendə keçdiyini göstərənlər- Reversal patterns
Bunları əsasən bir trendin sonunda, trendin bitdiyini, dəyişdiyini göstərən pattern-lərdir. Həmçinin buna mühüm tələb-təklif bölgələrində gələndə deyə bilərik, çünki qiymət əks istiqamətdə hərəkətini dəyişirsə buda həmçinin reversal pattern-dir.
Misal: Çüt təpə, çüt dib, baş və çiyinlər v.s
🔅Bəs bunlarda necə trade edəcəyik?
🔹qiymətin pattern-dən sonra hansı istiqamətdə hərəkət edəcəyini bilmək üçün onu hansı istiqamətdə qırdığına fikir verəcəyik. Bu bizə qiymətin istiqamətini göstərəcək.
🔆Bəs burada bilməli olduğumuz ən əsas məqam nədir?
🔹həmin qırılımdan sonra qiymətin əsasən qırılım səviyyələrinə retracement(geri çəkilmə) verdikdən sonra həmin səviyyələrdə necə hərəkət etməsidir, əgər qiymət geri çəkilmə verdikdən sonra yenidən qırdığı istiqamətdə hərəkət edirsə biz buralarda trade edə bilərik.
🔆Nəyə görə pattern-i qıran kimi hərəkət etmirik?
-çünki bu fake bir qırılım ola bilər, yəni son videoda izah elədiyim kimi- bu market makerin manipulyativ bir hərəkəti ola bilər, həmin nöqtədə həm alıcıları həmdə satıcıları stop etdirib qırılımın əksi istiqamətində hərəkətini davam etdirə bilər. Ən əsas bilməli olduğumuz məqam budur.
Bəzən qiymət bir pattern qırılımı edib çox böyük hərəkətlərlə irəliləyib, retracement vermədən davam edə bilər. Yenədə hər bir halda vahid bir plana sadiq qalıb, səbrlə trade etmək lazımdır.
Uğurlar.