𝗕𝗮𝗹𝗮𝗻𝗰𝗲 𝗼𝗳 𝗽𝗮𝘆𝗺𝗲𝗻𝘁𝘀 (𝗕𝗢𝗣) ┃𝗧𝗲𝗱𝗶𝘆𝘆𝗲 𝗯𝗮𝗹𝗮𝗻𝘀𝗶┃ 𝗧𝗶𝗰𝗮𝗿𝗲𝘁 𝗯𝗮𝗹𝗮𝗻𝘀ı (𝗕𝗢𝗧)
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Tədiyyə balansı müəyyən bir müddət ərzində ölkənin beynəlxalq əməliyyatlarının uçotudur və bütün beynəlxalq pul əməliyyatlarına nəzarət etmək üçün istifadə edilən üsuldur.
Tədiyyə balansının üç komponenti var: cari hesab, kapital hesabı və maliyyə hesabı.
Tədiyyə balansının profisiti ölkənin idxaldan çox ixrac etməsi deməkdir.
Tədiyyə balansının kəsiri ölkənin ixrac etdiyindən daha çox mal, xidmət və kapital idxal etməsi deməkdir.
Ticarət balansı müəyyən bir dövr üçün bir ölkənin ixracının dəyəri ilə ölkənin idxalının dəyəri arasındakı fərqdir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
Econopedia.az
İqtisasi anlayışların qısa və ətraflı videolu izahları💁🏻♀️
𝗜𝗻𝗳𝗹𝘆𝗮𝘀𝗶𝘆𝗮 𝘃𝗲 𝗶𝘀𝘀𝗶𝘇𝗹𝗶𝗸 │𝗦𝘁𝗮𝗾𝗳𝗶𝗹𝘆𝗮𝘀𝗶𝘆𝗮 │𝗣𝗵𝗶𝗹𝗹𝗶𝗽𝘀 𝗰𝘂𝗿𝘃𝗲 │𝗜𝗻𝗳𝗹𝗮𝘁𝗶𝗼𝗻 𝗮𝗻𝗱 𝘂𝗻𝗲𝗺𝗽𝗹𝗼𝘆𝗺𝗲𝗻𝘁 │𝗦𝘁𝗮𝗴𝗳𝗹𝗮𝘁𝗶𝗼𝗻
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Phillips Curve 1950-ci ildə William Phillips tərəfindən yaradılmış və inkişaf etdirilmiş iqtisadi anlayışdır. Phillips müşahidə etmişdi ki, yüksək inflyasiya olan zaman ölkədə aşağı işsizlik olur və bu dövr iqtisadi inkişaf dövrü olur. VƏ nə zamanki ölkədə yüksək işsizlik hökm sürür və iqtisadi zəifləmə olur, bu zaman ölkədə aşağı inflyasiya müşahidə olunur.
Stagflation həm inflyasiyanın, həm də işsizliyin yüksək olduğu iqtisadi vəziyyəti ifadə edir.
Təbii işsizlik səviyyəsi ölkənin ideal ən aşağı işsizlik səviyyəsini ifadə edir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝗣𝗿𝗶𝗰𝗲 𝗱𝗶𝘀𝗰𝗿𝗶𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 ▏𝗤𝗶𝘆𝗺𝗲𝘁 𝗮𝘆𝗿𝗶-𝘀𝗲𝗰𝗸𝗶𝗹𝗶𝘆𝗶 ▏𝗣𝗿𝗶𝗰𝗲 𝗲𝗹𝗮𝘀𝘁𝗶𝗰𝗶𝘁𝘆 𝗼𝗳 𝗱𝗲𝗺𝗮𝗻𝗱 ▏𝗧𝗲𝗹𝗲𝗯𝗶𝗻 𝗾𝗶𝘆𝗺𝗲𝘁 𝗲𝗹𝗮𝘀𝘁𝗶𝗸𝗹𝗶𝘆𝗶
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Qiymət ayrı-seçkiliyi, eyni məhsul və ya xidmət üçün müştərilərdən fərqli qiymətlər alan bir satış strategiyasıdır.
Tələbin qiymət elastikliyi malın qiymətinin dəyişməsi ilə alıcıların tələblərinin nə qədər dəyişməsinin ölçüsüdür. Buna görə tələb elastikliyi əsas 2 yerə ayrılır: elastik və elastik olmayan tələb
Üç növ ayrı-seçkilik var: birinci dərəcə və ya mükəmməl qiymət ayrı-seçkiliyi, ikinci dərəcə və üçüncü dərəcə:
• Birinci dərəcəli ayrı-seçkiliklə, şirkət hər bir müştəridən ödəməyə hazır olduğu maksimum məbləği alır.
• İkinci dərəcəli ayrı-seçkilik, toplu şəkildə alınan məhsul və ya xidmətlər üçün endirimləri, üçüncü dərəcəli ayrı-seçkilik isə fərqli istehlakçı qrupları üçün fərqli qiymətləri əks etdirir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝗕𝗥𝗘𝗧𝗧𝗢𝗡 𝗪𝗢𝗢𝗗𝗦 𝗦𝗬𝗦𝗧𝗘𝗠 | 𝗙𝗜𝗔𝗧 𝗖𝗨𝗥𝗥𝗘𝗡𝗖𝗬
𝗕𝗥𝗘𝗧𝗧𝗢𝗡 𝗪𝗢𝗢𝗗𝗦 𝗦𝗜𝗦𝗧𝗘𝗠𝗜 | 𝗙𝗜𝗔𝗧 𝗩𝗔𝗟𝗬𝗨𝗧𝗔
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
1944-cü il 2-ci dünya müharibəsindən sonra 44 müttəfiq ölkədən nümayəndələr ABŞ-ın Bretton Wood bölgəsində görüşür və Bretton Wood razılaşması imzalanır. Bu razılaşma 2 böyük beynəlxalq qurumun – Beynəlxalq Valyuta Fondu və Dünya bankının yaranmasına səbəb oldu.
------------------------------------
After World War II in 1944, representatives from 44 allied countries met in the Bretton Woods region of the United States, and the Bretton Woods Agreement was signed at this historic financial conference. This agreement led to the creation of two major international institutions - The International Monetary Fund (IMF) and the World Bank.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
21/03/2021
Novruz bayramımız mübarək! 😊
𝗣𝘂𝗿𝗰𝗵𝗮𝘀𝗶𝗻𝗴 𝗣𝗼𝘄𝗲𝗿 𝗣𝗮𝗿𝗶𝘁𝘆 (𝗣𝗣𝗣) | 𝗔𝗹𝗶𝗰𝗶𝗹𝗶𝗾 𝗤𝗮𝗯𝗶𝗹𝗶𝘆𝘆𝗲𝘁𝗶 𝗣𝗮𝗿𝗶𝘁𝗲𝘁𝗶 (𝗔𝗤𝗣)
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Paritet bərabərlik deməkdir, alıcılıq qabiliyyəti isə pulun dəyərinə aid edilir. Bu nəzəriyyə əsasən bütün valyutalar hər ölkədə eyni real dəyərə sahib olmalıdır.
Alıcılıq qabiliyyəti pariteti vahid qiymət qanununa (law of one price) əsaslanır. Bu qanuna əsasən istənilən məhsul bütün ölkələrdə eyni qiymətə satılmalıdır. Bu cür qiymət fərqliliyindən yararlanıb mənfəət əldə etmək arbitraj adlanır.
Ölkələr arasında iqtisadi məhsuldarlığı və yaşayış standartlarını müqayisə etmək üçün də AQP-dən istifadə olunur. AQP, müxtəlif ölkələrin valyutalarını "mal səbəti" yanaşması ilə müqayisə edir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝐐𝐥𝐨𝐛𝐚𝐥𝐥𝐚𝐬𝐦𝐚 | 𝐌𝐮𝐬𝐛𝐞𝐭 𝐯𝐞 𝐦𝐞𝐧𝐟𝐢 𝐭𝐞𝐬𝐢𝐫𝐥𝐞𝐫𝐢 | 𝐆𝐥𝐨𝐛𝐚𝐥𝐢𝐳𝐚𝐭𝐢𝐨𝐧
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Qloballaşma maliyyə vəsaitlərinin, məhsulların, xidmətlərin, texnologiyanın və iş yerlərinin lokal müstəvidən çıxaraq, dünyaya açılmasıdır. Qloballaşmanın başlıca nəticəsi - beynəlxalq əmək bölgüsünün, kapitalın, insan və istehsalat resurslarının planet miqyasında miqrasiyası, qanunvericiliyin, iqtisadi və texnoloji proseslərin standartlaşması və ayrı-ayrı ölkələrin mədəniyyətlərinin yaxınlaşması və birləşməsidir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝐃𝐞𝐯𝐚𝐥𝐯𝐚𝐬𝐢𝐲𝐚, 𝐈𝐧𝐟𝐥𝐲𝐚𝐬𝐢𝐲𝐚 𝐯𝐞 𝐃𝐞𝐟𝐥𝐲𝐚𝐬𝐢𝐲𝐚 𝐧𝐞𝐝𝐢𝐫? - 𝐃𝐞𝐯𝐚𝐥𝐮𝐚𝐭𝐢𝐨𝐧 | 𝐃𝐞𝐩𝐫𝐞𝐜𝐢𝐚𝐭𝐢𝐨𝐧 | 𝐈𝐧𝐟𝐥𝐚𝐭𝐢𝐨𝐧 | 𝐃𝐞𝐟𝐥𝐚𝐭𝐢𝐨𝐧
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Devalvasiya – ölkənin valyutasının başqa bir ölkənin valyutasına qarşı dəyər itirməsidir.
Sabit məzənnə rejimində valyutanın dəyərdən düşməsi, devalvasiya, üzən məzənnə rejimində isə "depreciation"dır.
İnflyasiya ölkədə ümumi mal və xidmətlərin qiymətinin qalxması, bununla da alıcılıq qüvvəsinin zəifləməsidir.
Deflyasiya iqtisadiyyatda mal və xidmətlərin qiymətindəki ümumi azalmanı təmsil edir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝐄𝐱𝐜𝐡𝐚𝐧𝐠𝐞 𝐫𝐚𝐭𝐞 ( 𝐔𝐙𝐄𝐍 𝐌𝐄𝐙𝐄𝐍𝐍𝐄, 𝐒𝐀𝐁𝐈𝐓 𝐌𝐄𝐙𝐄𝐍𝐍𝐄, 𝐓𝐄𝐍𝐙𝐈𝐌𝐋𝐄𝐍𝐄𝐍 𝐔𝐙𝐄𝐍 𝐌𝐄𝐙𝐄𝐍𝐍𝐄 )
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Exchange rate, yəni valyuta məzənnəsi nədir?
Valyuta məzənnəsi bir ölkənin valyutasının digər ölkə valyutasına nəzərən dəyəridir.
3 əsas valyuta məzənnəsi rejimi mövcuddur:
Sabit məzənnə rejimi (fixed exchange rate regime)
Üzən məzənnə rejimi (floating exchange rate regime)
Tənzimlənən üzən məzənnə rejimi (managed float regime)
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐭𝐫𝐚𝐝𝐞 | 𝐁𝐞𝐲𝐧𝐞𝐥𝐱𝐚𝐥𝐪 𝐭𝐢𝐜𝐚𝐫𝐞𝐭
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Beynəlxalq ticarət ölkələr arasında mal və xidmət mübadiləsidir. Beynəlxalq ticarət ölkələrin öz istehlal etdikləri məhsulları xarici bazarda da sata bilməsinə şərait yaradır. Bu bazarda güclü rəqabətin yaranmasına səbəb olur. Rəqabət şəraitində isə istehlakçılara, yəni bizlərə daha ucuz qiymətlərlə müxtəlif məhsullar təklif olunur, seçim şansımız artır.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
𝐓𝐫𝐚𝐠𝐞𝐝𝐲 𝐨𝐟 𝐜𝐨𝐦𝐦𝐨𝐧𝐬 - 𝐎𝐫𝐭𝐚𝐪𝐥𝐚𝐫𝐢𝐧 𝐟𝐚𝐜𝐢𝐞𝐬𝐢
📍 You can watch the video with English subtitles via the YouTube link (shared in the comment section)
Bundan əvvəlki videoda öyrəndik ki, malların 4 növü olur: şəxsi mallar, ictimai mallar, ortaq resurslar və klub məhsullar. Ortaqların faciəsi dedikdə biz ortaq resurslardan istifadə nəticəsində yarana bilən problemi nəzərdə tuturuq. Bildiyimiz kimi ortaq resurslar kənarlaşdırıla bilməyən və istehlakda rəqabətlidir. Yəni müəyyən bir ortaq resursun istifadəsindən heç kim sizi kənarlaşdıra bilməz, lakin həmin resursun istifadəsi digərlərinin istifadəsinə maneə ola bilər. Bu maneə bəzən ortaqların faciəsi ilə nəticələnə bilir.
Videonun YouTube linki rəydə paylaşılıb.
Yeni videolardan xəbərdar olmaq üçün YouTube kanalına abunə ola bilərsiniz.
Click here to claim your Sponsored Listing.