18/06/2026
“Müəllimlərlə növbəti metodik görüş keçirildi” 📚
18.06.2026-cı il tarixində məktəbimizdə metodist Şənay Muxtarova tərəfindən müəllimlərlə növbəti metodik görüş keçirilmişdir.
Görüş zamanı Azərbaycan dili, Riyaziyyat və Təbiət fənlərini tədris edən müəllimlərlə dərs icmallarının Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) müəyyən etdiyi tələblərə uyğun hazırlanması, təlim nəticələrinin düzgün müəyyənləşdirilməsi, təlim fəaliyyətlərinin məqsədyönlü planlaşdırılması və uyğun qiymətləndirmə meyarlarının seçilməsi məsələləri müzakirə edilmişdir.
Metodik görüş çərçivəsində müəllimlər tərəfindən hazırlanmış dərs icmalları təhlil olunmuş, onların məzmunu və strukturu ilə bağlı fikir mübadiləsi aparılmışdır. İcmalların təkmilləşdirilməsi məqsədilə müəllimlərə müvafiq metodik tövsiyələr verilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.
Görüşün əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və təlim prosesinin səmərəli təşkilinə metodik dəstəyin göstərilməsi olmuşdur.