26/04/2024
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Alleqoriya sənət platformasının birgə təşkilatçılığı ilə "Sənətdə Qırmızı" adlı rəsm sərgisi keçirilib.
Gənc rəssamlara dəstək olmaq, gənclərin incəsənətə marağını artırmaq üçün yola çıxan sərgidə 19 rəssamın 28 əsəri nümayiş olunub.
Sərgi rəssamların öz əsərlərini təqdim etməsi ilə yanaşı, incəsənətin cəmiyyətdəki təsirini artırmaq, mədəni istirahəti təşviq etmək və gənc rəssamları həvəsləndirmək məqsədi daşıyır.