22/01/2020
LEONARDO DA VİNÇİNİN DİQQƏT ARTIRMA METODLARI:
Rəsm-Şüur və bədən arasında mükəmməl əlaqədir. Leonardo da Vinçidən diqqət artırmaq üçün 23 məsləhət:
1.Yorğunsunuz-Gül rəsmi çəkin
2.Hirslisiniz-Xətt çəkim
3.Ağrıyırsınız- Parçaları birləşdirin
4.Sıxılırsınız- Kağız rəngləyin
5.Kədərlisiniz-Göyqurşağı çəkin
6.Qorxursunuz-Toxuma edin
7.Narahatsınız-Gəlincik düzəldin
8.Qəzəblisiniz-Kağızı kiçik hissələrə ayırın
9.Nigaransınız-Kağız qatlayın
10.Gərginsiniz-Naxış çəkin
11.Unudursunuz-Labirint çəkin
12.Məyussunuz-Şəkilin sürətini çəkin
13.Ümidsizsiniz-Yollar çəkin
14.Nə isə anlamaq lazımdırsa-Mandala rəngləyin
15.Xəstəsiniz-Mənzərə çəkin
16.Tez bir zamanda anlamırsınız-Öz rəsminizi çəkin
17.Yadda saxlamaq istəyirsiniz-Rəngləri qarışdır
18.Sistemləşdirmək üçün-Kvadratlar çəkin
19.Özünüzə vaxt ayırmaq üçün-Kolaj edin
20.Fikrinizi cəmləşdirmək üçün-Nöqtələr qoyun
21.Çıxış yolu tapmaq üçün-Dağlar və dairələr çəkin
22.Sarsılmısınız-Dalğalı xətlər çəkin
23.Hədəfləriniz üçün-Tor çəkin.
22/01/2020
EVİNİZDƏ MƏKTƏBLİ VAR. 2-ci hissə.
Paylaşmışdım. Yenidən xatırlatma olsun❤
Bu hissədə qiymət barəsində yazacağam. Çünki valideynləri və uşaqları ən çox narahat edən məqamlardan biri, bəlkə də birincisidir.
QİYMƏT.
Adətən valideynlər qiyməti uşağa hansı şəkildə təqdim etdək lazım olduğunu bilmirlər və bu vəziyyətdən çox əziyyət çəkirlər. Və 2 qrup yaranır.
1ci qrup valideynlər qiymətə önəm vermədiklərini deyir, bunun lazımsız olduğunu düşünür və uşaq gərginlik yaşamasın deyə ona da bu şəkildə öyrədirlər." Qiyməti vecinə alma, bu çox da önəmli deyil"- deyirlər.
Bu məqamda bəzi problemlər çıxır ortaya. Uşaq artıq dərslərinə məsuliyyətsiz yanaşmağa başlayır və bəzi məsələləri də ciddi qəbul etmir. Aldığı qiymətin nə olması onu maraqlandırmadığı üçün, dərsə hazırlıq səviyyəsini də çox düşünmür.
2ci qrup valideynləri qiymət çox maraqlandırır. Hətta həddindən artıq çox. O qədər önəmsəyirlər ki qiyməti, bu onların uşaqlarla aralarındakı münasibətə də təsir edir. Hər dərsdən gələndə uşağa verilən ilk sual bu olur " bugün neçə almısan?" Aşağı qiymət eşidəndə həngamə qopur, təhqir başlayır, ya da ən yaxşı halda üz turşudulur və gün ərzində uşağa münasibət dəyişir.
Bu məqamda da başqa problemlər ortaya çıxır.
Uşaq emosianal olaraq bu vəziyyətdən əziyyət çəkir. Aşağı qiymət alanda qorxu keçirir, həvəsdən düşür. Evdə gördüyü münasibətin dərslərinə yox, şəxsiyyətinə aid olduğunu zənn edir. Özünü dəyərsiz hiss etməyə, bacarıqsız olduğuna inanmağa başlayır.
BƏS NƏ ETMƏLİ??? NƏ DEMƏLİ???UŞAĞA "QİYMƏT"-İ NECƏ TANITMALI?
Bir dəfə kitabların birində qiymətlə bağlı bir cümlə oxudum. Və o cümlənin uşaqlar üzərindəki təsirini gördüm. Möhtəşəm😍
Hazır olun. HƏMİN SEHRLİ CÜMLƏ........
Mənim balam, qiymət sənin nə qədər çox və ya az savadlı olduğunu göstərmir, qiymət sənin nə qədər az və ya çox çalışdığını göstərir. Yəni əgər sən bugün bu dərsdən 3 almısansa bu o demək deyil ki sən zəifsən və savadın digər uşaqlardan azdır. Bu o deməkdir ki sən məhz bu dərsə, sadəcə bu dərsə az çalışmısan. Müəllim sənə 3 yazmaqla sən savadsızsan demir, əslində onunla sənə gizli bir mesaj verir. "Yəni sən çox ağıllı və bacarıqlısan. Bu 3-ü ona görə yazıram ki, daha yaxşı çalışıb bunu 5-ə necə çatdırdığını görmək istəyirəm".
Bəli əziz valideynlər, cümlələrimizi doğru istiqamətdə dəyişməklə çox möhtəşəm dəyişikliklər yarada bilərik. Biz də şagird olmuşuq və eyni məsələlərdən əziyyət çəkmişik. Bu əziyyəti övladlarımız çəkməsin. Zəhmət çəksinlər, amma əziyyət yox. Bunları bir-birinə qarışdırmayaq. Qiymət söhbətləri ilə onları təhsildən soyutmayaq. Bəzən təəssüflər olsun ki uşaqlar öz dəyərlərini aldıqları qiymətlə ölçürlər. Bu qiymətin onların "ÖVLADLIQ VƏZİFƏSİ"-nə verildiyini düşünürlər. Maraqlıdır, bəs görəsən onların əllərində belə bir imkan olsaydı bizim "VALİDEYNLİK VƏZİFƏMİZƏ" neçə verərdilər???
Müəllif: Lalə Məhərrəmli
22/01/2020
EVİNİZDƏ MƏKTƏBLİ VAR.
Əziz valideyn, əvvəla unutmaq olmaz ki övladımız məktəbə gedəndə biz nə qədər həyəcanlanırıqsa uşaq bizdən daha çox həyəcanlanır. Bu onun üçün yeni dünya deməkdir. Yeni dostlar, yeni gün rejimi, yeni davranış qaydaları və s. Birdən- birə buqədər dəyişiklik təbii ki, onun üçün çox çətindir. Bu dönəmi onun üçün asanlaşdırıb məktəbi ona sevdirmək sizin əlinizdədir. Unutmaq olmaz ki, uşaq məktəbini, müəllimini sevərsə təhsilə marağı da bir o qədər çox olar. Bəs ona necə kömək etməli? Paylaşacağım proseslərə ciddi yanaşsanız sevinərəm. Bəzən bunlar lazımsız kimi görünür amma şərtlərə tam uymağın uşağa və onun gələcək fəaliyyətlərinə çox böyük təsiri olur.
1. Etməli olduğunuz ən əsas iş uşağı məktəblər açılmamış azı 1 həftə əvvəl səhər oyanmağa öyrətməkdir. Çünki bu ən çətin proseslərdən biridir. Özünüz uşaqdan azı yarım saat əvvəl durub uşaq otağının pəncərəsini biraz aralayın. Təmiz hava rahat oyanmağa kömək edəcək. Sonra dərsə həvəsləndirərək maraqlı, əyləncəli sözlərlə uşağı oyadın. Səhər yeməyi uşaq oyandıqdan azı yarım saat sonra yeyilməlidir. Çünki uşağın yuxudan duran kimi iştahı olmur və onu məcbur etmək olmaz. Yatmamışdan əvvəl mütləq uşağa qısa da olsa nağıl danışın. Kürəyini sığallayın. Ona öz sakitliyinizi ötürün. Hətta bərabər xəyal qurun.
2. Uşağa indidən məktəb haqqında danışıb onu həvəsləndirin. Hətta öz məktəb hekayələrinizdən danışıb, varsa şəkillərinizi göstərə bilərsiniz.
3. İndidən evin bir köşəsində ( varsa uşağın öz otağında) münasib yer ayırın və həmin yerin dərs masası olduğunu ona təlqin edin. Məktəblər açılmadan orada onunla bərabər şəkillər çəkə, kitab oxuya bilərsiniz. Dərs masasına öyrəşsin deyə gündə azı 15-20 dəqiqə onunla orada vaxt keçirin.
4. Qətiyyən uşağa "sən artıq böyümüsən, oyun bitdi, özünü uşaq kimi aparma" cümlələrini deməyin. Bu onu daha da təşvişə sala və təhsildən uzaqlaşdıra bilər. Tam əksinə " sənin həyatın artıq daha maraqlı olacaq, yeni bilgilər öyrənəcək, gözəl dostlar qazanacaqsan. Maraqlı dərslərlə artıq daha çox əylənəcəksən" deyə onu həvəsləndirin.
5. İlk dərs günü özünüz də həyəcanlı olacaqsınız. Buna görə də istəmədən də olsa uşağı geyim, yemək, hazırlanmaq prosesində acılamamağa diqqət edin. Sakit olun və onu təbrik etməyi unutmayın.
6. Əgər şərait buna imkan verirsə mütləq uşağı məktəbdən özünüz götürün. Gününün necə keçdiyini və sinif uşaqları haqqında soruşun. Əsla qiymət davası etməyin. Danışdıqlarını hörmətlə dinləyin. Unutmayın. Emosianal anlamda o indi çətinlik çəkir. Kənardan bu hiss olunmaya bilər amma bu belədir.
7. Məktəbə təzə başladığı dönəmlərdə uşaqlarda dəyişkən xarakter, yeni hərəkətlər müşahidə oluna bilər. Narahat olmayın. Onun indi beyni bir çox yeni informasiyayla doludur. Onunla xoş rəftar edin və gərginliyini götürmək üçün 15 dəqiqə də olsa bərabər bir məşğuliyyət edin.
8. Gələk ev tapşırıqlarına. Bu valideyn və uşaq arasındakı ən çətin prosesdir. Ən çox valideynlərin şikayət etdiyi və əsəbləşdiyi zamandır. Bu proses haqqında isə növbəti yazıda ətraflı yazacam.
Unutmayın. Uşaqlar bizi nümunə götürür. Hadisələr qarşısında necə reaksiya verməyi də bizdən öyrənirlər. Bacardıqca diqqətli olmalıyıq.
Müəllif: Lalə Məhərrəmli
24/08/2019
Şəkildə göstərilən əşyaları tapın. @ Qaraçuxur
23/08/2019
Məktəbəqədər və erkən yaş qrup uşaqlarımız üçün məntiqi təfəkkürün inkişafı. Ardıclığı müəyyən edin.
15/08/2019
Bu gün digər dillərlə müqayisədə ingilis dilinə tələbat daha çoxdur. Paraqraf Tədris Mərkəzi sizlərə ingilis dilinin mükəmməl şəkildə öyrədilməsində yardımçı olacaq. Mərkəzimizin əsas hədəflərindən biri ingilis dilin¬in fundamental şəkildə öyrədilməsinə nail olmaqdır. Odur ki, ingilis dilini mükəmməl bilmək istəyənlər mərkəzimizdə təşkil olunan ingilis dili kurslarına yazı¬la bilərlər.
12/08/2019
Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi
Kitab uşağın həm zehni, həm də psixoloji cəhətdən inkişafına təkan verən ən böyük amildir.
Uşağın kitabla tanışlığı yazmağı öyrəndiyi vaxtda deyil, daha kiçik yaşlarından başlamalıdır.
Bəs onlara necə kitablar seçməliyik?
Əvvəlcə kitabın uşağımıza niyə və necə faydalı olduğundan başlayaq:
- Uşağın hissiyatı və düşüncə dünyasını inkişaf etdirir, tənqidi və yaradıcı düşünmək bacarığı qazandırır.
- Uşaqların oxuduqları əsərlərdən topladıqları dəyərlər irəlidə onlara rəhbərlik edir və uşağı həyata hazırlayır.
- Uşaq kitablarının uşağa yaxşılıq, həssaslıq, xeyirsevərlik, paylaşma, xoşniyyətlilik, ictimai qanunları mənimsəməsi, məsuliyyət, valideyn, bacı-qardaş, heyvan, təbiət sevgisini aşılamaq, yaradıcılığı ortaya çıxartmaq və qavrama bacarıqlarını yaxşılaşdırmaq kimi funksiyaları olmalıdır.
- Uşağın danışığını, söz ehtiyatını formalaşdırır, zənginləşdirir.
- Uşaqların dünyaya daha ümidli və real nəzərlərlə baxa biləcəyi ədəbiyyatlar seçilməlidir. Sosial və ətraf mühitə dəyər verən, rəsmlərində qeyri-real hadisələrdən uzaq olan kitablara üstünlük verilməlidir.
3 yaşa qədər uşaqlar üçün necə kitablar seçməliyik:
Cırılmayacaq qədər qalın,
Toxunanda xoşuna gələcək kitablar seçməliyik.
Səsli, musiqili, parlaq rəngli;
Tanış əşyaların olduğu;
Söz sayı az, rəsmləri bol olan (heyvan, əşya və s.)
Kitablarla tanışlıq toxunmaq, əldə tutmaqla başlayır. Bu yaşda uşaqlar üçün kitablar ətrafını tanımağa, ünsiyyət qurmağa, dilinin formalaşmasına, qavramasının artmasına kömək edir.
3-5 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:
Aydın şəkillər çəkilmiş;
Qəhrəmanları olan nağıllar;
Fantaziyasını yaxşılaşdıracaq mövzularla əhatələnən;
Tanış hadisələrdən danışılan;
Əşyaları təsnifləşdirə biləcəyi;
Mövzuları sadə, rəsmlərlə izah edə biləcək qədər asan hekayələr olmalıdır.
Uşağa oxunan kitablar onun marağını qarşılamalı, onu sual verməyə sövq etməlidir.
5-8 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:
Real hadisələrdən götürülmüş;
Təkcə yaxşı və düzgün yox, pis-səhv obrazların da olduğu;
Maraqlandığı;
Qavrama və dil baxımından yaxşı;
Tanış kəlimələri olan;
Yeni şeylər öyrədən;
Oxumağı yeni öyrənənlər üçün qısa və böyük hərflərlə yazılmış kitablar olmalıdır.
Bu yaşda kitablar övladımıza fantaziyasını istifadə edərək şərh verməyi, yeni şeylər yoxlamağı, hiss və düşüncələri tanımağı, dilini uyğun istifadə etməyi öyrətməlidir.
8-12 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:
Yaxşının yanında pisə də yer verən;
Yaradıcılığına motivasiya verən, axrını özü tamamlaya biləcəyi;
Uşağın obraz və zövqünə uyğun,
Təkcə ismarış verməyən, nəticə çıxarmağa da meyilləndirən;
Dilin düzgün istifadə edildiyi;
Fərqli mədəniyyətləri tanıda biləcəyi;
Öyrədici, ya da ismarış yükü çox olmayan kitabları seçə bilərik.
Yeni qəhrəmanlar uşaqları həyəcanlandırır, oxuma istəyini artırır. Xüsusən macəra kitabları bu dövrlərdə onların sevimliləri olur.