19/03/2026
Xarici dili fənn aylığı çərçivəsində nümunəvi dərs keçirildi
Məktəbin illik fəaliyyət planının bən uhdinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Mart ayı məktəbdə Xarici dili fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Aylığın Tədbirlər Planına uyğun olaraq məktəbin ingilis dili müəllimi Elnarə Cəfərovanın rəhbərliyi ilə 5c sinfində ingilis dili fənnindən " Planetlər" mövzusunda nümunəvi dərs təşkil edilib.