20/02/2026
Dostlar! Demək olar ki, hər birimiz bu yollardan keçmişik: İmtahan stresi, bitməyən mövzular, yuxusuz gecələr... 🌒 Uzun zamandır, bir sual üzərində düşünürdüm: "Təhsil prosesini necə həm effektiv, həm də əyləncəli edə bilərəm?"
Bu gün sizə əməyimizin bəhrəsini – Modelders.az platformasını təqdim etməkdən qürur duyuram! 🚀
Sadəcə bir sayt yaratmadıq, biz: 🕒 Zamanı şagirdə və müəllimə geri qaytardıq. 🎮 Öyrənməyi "Milyonçu" kimi oyunlarla maraqlı etdik. 📚 Müəllimləri slayt hazırlamaq yükündən azad etdik. İzahlar Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hazırlanıb! Həmçinin MİQ/Sertifikasiya hazırlaşanları nəzərə alaraq təqdimatın Qızıl qeydlər hissəsində əlavə məlumatlar yerləşdirilib.
Buraxılışa az qalıb, bilirəm. Amma panikaya yox, sistemli çalışmağa ehtiyac var. Əgər ətrafınızda abituriyent, MİQ/Sertifikasiya hazırlaşan müəllim və ya dövlət qulluğuna hazırlaşan tanışlarınız varsa, bu videonu onlarla bölüşsəniz, həm onlara böyük yaxşılıq etmiş olarsınız, həm də bizə kömək etmiş olarsınız.
Fikirləriniz və dəstəyiniz mənim üçün çox dəyərlidir və vacibdir! Paylaşa bilənlər öz əməyin bizdən əsirgəməsin🙏 Uğur hamımız üçün əlçatan olsun!
🔗 https://www.modelders.az