Petroleum Azerbaijan

Petroleum Azerbaijan 📚 Neft-qaz mühəndisliyi
📚 Neft-qaz çıxarma üzrə usta
📚 Neft-qaz çıxarma üzrə operator
📚 Texniki müsahibə
☎️ (+994) 51 544 65 64

🚀 Mexanika Mühəndisliyi üzrə qrup dərslərinə start verilir!Mexanika mühəndisliyi sahəsində nəzəri biliklərini möhkəmlənd...
21/07/2026

🚀 Mexanika Mühəndisliyi üzrə qrup dərslərinə start verilir!

Mexanika mühəndisliyi sahəsində nəzəri biliklərini möhkəmləndirmək və müsahibələrə peşəkar şəkildə hazırlaşmaq istəyənlər üçün 2 aylıq hazırlıq proqramına qeydiyyat başladı!

📚 Proqram çərçivəsində aşağıdakı mövzular tədris olunacaq:
✅ Maşın hissələri
✅ Birləşmələr
✅ Mexaniki ötürmələr
✅ Klapanlar
✅ Nasoslar
✅ Hava kompressorları
✅ Sürtkü materialları və mühərrik yağları
✅ Digər istehsalat yönümlü mövzular

🎯 Proqram həm nəzəri biliklərin artırılmasına, həm də real iş mühitində tələb olunan texniki biliklərin formalaşdırılmasına yönəlib.

📩 Ətraflı məlumat və qeydiyyat üçün DM yazın və ya 📞 051 544 65 64 nömrəsi ilə əlaqə saxlayın.

Rüfət bəy “Neft və qaz yataqlarının işlənməsi və istismarı” üzrə 3 aylıq hazırlıq proqramımızı uğurla başa vurduqdan son...
08/07/2026

Rüfət bəy “Neft və qaz yataqlarının işlənməsi və istismarı” üzrə 3 aylıq hazırlıq proqramımızı uğurla başa vurduqdan sonra vakansiyalara mütəmadi müraciət etməyə başladı. Sevindirici haldır ki, dəvət aldığı ilk iş müsahibəsindən uğurlu nəticə əldə etdi.

Bu nəticə təsadüfi deyil. Hazırlıq proqramımızın əsas üstünlükləri məhz real işə qəbul prosesinə uyğun qurulmasıdır:

✅ Dərslərin sistemli və əvvəlcədən planlaşdırılmış proqram əsasında keçirilməsi;
✅ Nəzəri biliklərin real istehsalat təcrübəsi ilə əlaqələndirilməsi;
✅ Hazırlıq müddətində 3–4 dəfə real iş müsahibəsi formatında sınaqların keçirilməsi və bilik səviyyəsinin qiymətləndirilməsi;
✅ CV-nin peşəkar şəkildə təhlil edilməsi və zəruri düzəlişlərlə bağlı tövsiyələrin verilməsi;
✅ Təlim başa çatdıqdan sonra da vakansiyaların izlənilməsi, müraciətlər və işə qəbul prosesində iştirakçılarımıza dəstəyin davam etdirilməsi.

Bu gün vakansiyaların məhdud olduğu bir dövrdə tələbələrimizin ardıcıl şəkildə uğurlu nəticələr əldə etməsi proqramımızın keyfiyyətinin və tətbiq olunan hazırlıq metodikasının real göstəricisidir.

🎊 Rüfət bəyi qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək peşəkar fəaliyyətində yeni nailiyyətlər və davamlı inkişaf arzulayırıq.

Siz də neft-qaz sahəsində karyeranızı növbəti mərhələyə daşımaq istəyirsinizsə, bizim hazırlıq proqramımıza qoşulun!

Production SOCAR Engineering OilGasJobs ProfessionalDevelopment CareerSuccess

🎉 Növbəti uğurumuzu sizinlə bölüşməkdən məmnunuq duyuruq!2 həftəlik intensiv hazırlıq proqramımız çərçivəsində Xəyyam bə...
05/06/2026

🎉 Növbəti uğurumuzu sizinlə bölüşməkdən məmnunuq duyuruq!

2 həftəlik intensiv hazırlıq proqramımız çərçivəsində Xəyyam bəylə həyata keçirdiyimiz məqsədyönlü iş öz uğurlu nəticəsini verdi. O, “Neft Daşları” NQÇİ tərəfindən elan olunmuş “Neft və Qaz Hasilatı üzrə Usta” vakansiyasının müsahibə mərhələsini uğurla keçərək müsbət nəticə əldə etdi.

Bu uğurun əsas amillərindən biri hazırlıq müddətində real işə qəbul prosesinə uyğun şəkildə 8 sınaq müsahibəsinin keçirilməsi oldu. Hər müsahibədən sonra namizədin güclü və inkişaf etdirilməli tərəfləri ətraflı təhlil edildi, çatışmazlıqlar üzərində sistemli şəkildə işlənildi və müsahibə bacarıqları daha da təkmilləşdirildi.

Bu nəticə bir daha göstərir ki, düzgün strategiya, intensiv hazırlıq və davamlı geribildirim uğura aparan əsas amillərdəndir.

Xəyyam bəyi səmimi qəlbdən təbrik edir, ona gələcək karyerasında daha böyük uğurlar və yeni nailiyyətlər arzulayırıq!

Siz də qarşıdakı müsahibələrə peşəkar şəkildə hazırlaşmaq istəyirsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.

Məmnunluq hissi ilə növbəti uğur hekayəmizi sizinlə bölüşürük!Cəmi 2 həftəlik intensiv hazırlıq proqramı nəticəsində təl...
01/06/2026

Məmnunluq hissi ilə növbəti uğur hekayəmizi sizinlə bölüşürük!

Cəmi 2 həftəlik intensiv hazırlıq proqramı nəticəsində tələbəmiz Oskar bəy “N.Nərimanov” adına NQÇİ-də dəniz platformasına açılmış 5-ci dərəcəli Neft və Qaz Hasilatı üzrə Operator vakansiyasının müsahibə mərhələsini uğurla keçərək müsbət nəticə əldə etmişdir.

Bu uğurun əsas amilləri:

- Sistemli və məqsədyönlü hazırlıq proqramı.
- Real müsahibə formatında gündəlik praktiki məşqlər
- Zəif tərəflərin müəyyən edilərək inkişaf etdirilməsi
- Texniki biliklərin və peşəkar təqdimat bacarıqlarının gücləndirilməsi

Qeyd etmək istərdik ki, Oskar bəy bundan əvvəl də qəbul olduğu vakansiya üçün bizimlə hazırlıq keçmiş və uğurlu nəticə əldə etmişdir. Bu isə düzgün metodologiya və davamlı inkişafın real nəticəsidir.

Oskar bəyi təbrik edir, gələcək peşə fəaliyyətində yeni uğurlar arzulayırıq!

📞 Ətraflı məlumat və qeydiyyat üçün Dm📩
051-544-65-64

Növbəti uğurumuzu sizinlə bölüşməkdən məmnunluq duyuruq.Şamil bəy “Neft-qaz çıxarma üzrə usta” vakansiyası üzrə hazırlıq...
19/03/2026

Növbəti uğurumuzu sizinlə bölüşməkdən məmnunluq duyuruq.

Şamil bəy “Neft-qaz çıxarma üzrə usta” vakansiyası üzrə hazırlıq proqramımızı uğurla tamamladıqdan sonra bir neçə ay əvvəl ehtiyat siyahısına daxil edilmişdi. Bu gün isə o, artıq “Hasilat üzrə usta” vəzifəsinə təyinat alaraq karyerasında növbəti mühüm addımı atmışdır.

Qeyd edək ki, Şamil bəy peşəkar fəaliyyətinə məhz bizimlə birlikdə hazırlaşaraq başlamış və ilk uğurlarını da bu prosesin nəticəsində əldə etmişdir.

Şamil bəyi qazandığı bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək karyerasında davamlı uğurlar arzulayırıq!

Elmir bəylə həyata keçirdiyimiz 3 aylıq hazırlıq proqramını uğurla tamamladıqdan sonra o, Binagadi Oil Company tərəfində...
21/02/2026

Elmir bəylə həyata keçirdiyimiz 3 aylıq hazırlıq proqramını uğurla tamamladıqdan sonra o, Binagadi Oil Company tərəfindən elan olunmuş vakansiya üzrə müsahibədə iştirak edərək yüksək nəticə göstərmiş və “Texnoloji Qurğuların Operatoru” vəzifəsinə qəbul olunmuşdur.

Xüsusilə vurğulamaq istərdik ki, bu, Elmir bəyin hazırlıq proqramından sonra qatıldığı ilk müsahibə idi və o, ilk cəhddəcə uğur qazanmışdır.

Elmir bəy Neft-Qaz Mühəndisliyi ixtisası üzrə bakalavr, Neft və Qaz Quyularının İstismarı üzrə isə magistr təhsili almışdır. Nəzəri biliklərini praktiki yanaşma ilə birləşdirərək göstərdiyi nəticə onun məqsədyönlü və sistemli hazırlığının göstəricisidir.

Elmir bəyi yeni vəzifəsi münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı uğurlar və inkişaf arzulayırıq.

Ceyhun bəy 3 aylıq intensiv hazırlıq proqramımızı uğurla tamamladıqdan sonra SOCAR Karbamid Zavodunda elan olunmuş “Sahə...
14/02/2026

Ceyhun bəy 3 aylıq intensiv hazırlıq proqramımızı uğurla tamamladıqdan sonra SOCAR Karbamid Zavodunda elan olunmuş “Sahə Operatoru” vakansiyası üzrə keçirilən müsahibədən müvəffəqiyyətlə keçərək işə qəbul olunmuşdur.

Qeyd edək ki, Ceyhun bəy Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-nin Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini bitirmiş, daha sonra Neft-qaz çıxarmada nanotexnologiya ixtisası üzrə magistr təhsili almışdır. Onun nəzəri bilikləri və praktiki hazırlığı bu uğurun əsasını təşkil etmişdir.

Petroleum_Azerbaijan olaraq Ceyhun bəyi əldə etdiyi nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, peşəkar fəaliyyətində davamlı inkişaf və yeni uğurlar arzulayırıq.

Teymur bəy 3 aylıq hazırlıq proqramımızı  uğurla başa vurduqdan sonra Binəqədi Oil Company tərəfindən göndərilən müsahib...
09/02/2026

Teymur bəy 3 aylıq hazırlıq proqramımızı uğurla başa vurduqdan sonra Binəqədi Oil Company tərəfindən göndərilən müsahibə dəvətindən müvəffəqiyyətlə keçmişdir.

Qeyd edək ki, Teymur bəy Neft və qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almış, hazırda isə neft və qaz quyularının istismarı üzrə magistratura pilləsinin birinci kursunda təhsilini davam etdirir.

Teymur bəyi əldə etdiyi yeni vəzifə münasibətilə təbrik edir, gələcək peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq.

İsmayıl bəy 3 aylıq hazırlıq proqramını uğurla başa vurduqdan sonra dəvət aldığı ilk müsahibədən müvəffəqiyyətlə keçmişd...
06/02/2026

İsmayıl bəy 3 aylıq hazırlıq proqramını uğurla başa vurduqdan sonra dəvət aldığı ilk müsahibədən müvəffəqiyyətlə keçmişdir.

Qeyd edək ki, hazırlıq proqramı üç əsas mərhələdən ibarətdir:
1. Nəzəri biliklərin sistemli şəkildə öyrədilməsi;
2. Nəzəri biliklərin istehsalat prosesləri ilə uzlaşdırılması;
3. Real müsahibə mühitində əldə olunan bilik və bacarıqların mənimsənilmə səviyyəsinin qiymətləndirilməsi.

Proqramın əsas üstünlüklərindən biri hər bir iştirakçıya onun bilik səviyyəsi və bacarıqları nəzərə alınmaqla fərdi yanaşmanın tətbiq edilməsi, həmçinin işə qəbul prosesinədək davamlı dəstəyin göstərilməsidir. Məhz bu yanaşmanın nəticəsi olaraq fəxrlə qeyd edə bilərik ki, hazırlıq proqramını uğurla tamamlayaraq müsahibəyə dəvət alan bütün tələbələrimiz müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş və işə qəbul olunmuşdur.

Əldə olunan bu nəticə münasibətilə İsmayıl bəyi səmimi-qəlbdən təbrik edir, peşəkar fəaliyyətində davamlı uğurlar arzulayırıq.

1,195 Followers, 1 Following, 80 Posts - See Instagram photos and videos from Mühəndislik | Neft-qaz | Təlim | Karyera inkişafı | ()

Address

Bakı
Bakı

Telephone

+994515446564

Website

Alerts

Be the first to know and let us send you an email when Petroleum Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Petroleum Azerbaijan:

Shortcuts

Share