ADPU Davamlı Təhsil və İnnovasiyalar

  • Home
  • ADPU Davamlı Təhsil və İnnovasiyalar

ADPU Davamlı Təhsil və İnnovasiyalar ADPU_Davamlı Təhsil və İnnovasiyalar şöbəsi

E L A N!
17/02/2020

E L A N!

E L A N !AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ“İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI” təliminə qəbul elan edirAzərb...
11/02/2020

E L A N !
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ
“İNKLÜZİV SİNİFLƏRDƏ TƏLİM STRATEGİYALARI”
təliminə qəbul elan edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına dəstək vermək məqsədilə İnklüziv siniflərdə təlim strategiyaları ilə bağlı bilik və bacarıqlar əldə etmək istəyənlər üçün təşkil olunan 5 günlük təlim aşağıdakı istiqamətləri əhatə edir:

 Sinfin idarə edilməsində yeni yanaşmalar
 Diferensiallaşdırma. İnklüziv siniflərdə qiymətləndirmə metodları.
 İnklüziv siniflərdə dərs planlaşdırılmasına verilən tələblər
 Təqdimat və çıxış etmək bacarıqlarının formalaşdırılması. Bədən dili
 İnklüziv siniflərdə müxtəlif təlim üsulları
36 saatlıq təlim 24-28 fevral 2020-ci il tarixlərdə ödənişli əsaslarla təşkil olunur. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunur.
Təlimçilər: Gülşən Eminova
Xəyalə Məmmədova
İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- ali təhsil haqqında sənədin (diplom) surəti (tələbələr arayış təqdim edir);
- 2 ədəd fotoşəkil

Tələb olunan sənədlər 21 fevral 2020-ci il tarixinədək (şənbə və bazar günlərindən başqa) saat 1000-dan 1700-dək qəbul edilir.
Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası, Davamlı təhsil və innovasiyalar şöbəsi (otaq 710)
Telefon: (+994 12) 465-29-76
E-mail: [email protected]

ADPU-da “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təliminin iştirakçılarına sertifikatlar verilib
11/02/2020

ADPU-da “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təliminin iştirakçılarına sertifikatlar verilib

Fevralın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “Xüsusi pedaqogika (defektologiya, loqopediya)” təlimi uğurla başa çatıb. 28 yanvar-8fevral 2020-ci il tarixlərdə keçirilən  təlimi müvəf...

ADPU-da “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb
11/02/2020

ADPU-da “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb

Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən təşkil edilən “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb. 3-7 fevral 2020-ci il tarixində keçirilən beş günlük təlimi müv...

ADPU-da “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb....3-7 fevral 2020-ci il tarixində keçirilən...
10/02/2020

ADPU-da “İnklüziv siniflərdə təlim strategiyaları” təlimi uğurla başa çatıb
....3-7 fevral 2020-ci il tarixində keçirilən beş günlük təlimi müvəffəqqiyyətlə başa vuran iştirakçılara sertifikatların təqdim edilməsi mərasimində ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, təlimçilər Gülşən Eminova, Xəyalə Məmmədova və Dilguşə Süleymanova iştirak ediblər............

08/02/2020
ELAN!
08/02/2020

ELAN!

ADPU XÜSUSİ PEDAQOGİKA (DEFEKTOLOGİYA, LOQOPEDİYA) ÜZRƏ TƏLİM PROQRAMINA SƏNƏD QƏBULU ELAN EDİRTəlim proqramının təşkili...
09/12/2019

ADPU XÜSUSİ PEDAQOGİKA (DEFEKTOLOGİYA, LOQOPEDİYA) ÜZRƏ TƏLİM PROQRAMINA SƏNƏD QƏBULU ELAN EDİR
Təlim proqramının təşkilində məqsəd xüsusi təhsil sahəsində peşəkar xidmət göstərə biləcək mütəxəssislər hazırlamaqdır.

“Xüsusi pedaqogika” proqramı aşağıdakı tədris modullarından ibarətdir:

- Oliqofrenopedaqogika - intellektual pozulması olan(əqli gerilik və psixi inkişaf ləngiməsi) uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Surdopedaqogika - eşitmə pozulmaları (əlilliyi olan və zəif eşidən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Tiflopedaqogika - görmə pozulmaları (əlilliyi olan və zəif görən) olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan elm sahəsi

- Loqopediya - nitq pozulmaları olan uşaqların korreksiya işinin təşkili ilə məşğul olan elm sahəsi

Təlimlər 28 yanvar 2020-ci il tarixdən başlayaraq ödənişli əsaslarla 10 gün müddətinə təşkil olunur.Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar verilir.

Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında sənədin (diplomun) surəti;
İş yerindən arayış (işləyənlər üçün);
3x4 sm ölçüdə 2 ədəd fotoşəkil.
Sənədlər 24 yanvar 2020-ci il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və innovasiyalar” şöbəsi (otaq 710)

Telefon: (+99412) 465-29-76

E-mail: [email protected];

ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilibNoyabrın 7-də A...
08/11/2019

ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilib

Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunmuş tətbir keçirilib. ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov tədbiri giriş sözü ilə açaraq bütün iştirakçıları salamlayıb, qarşıdan gələn əlamətdar bayram münasibətilə onları təbrik edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı, dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Qeyd olunub ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb və həmin ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin ildən indiyə qədər xalqımız Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və dərin vətənpərvərlik hissi ilə qeyd edir. Bu il də həm ölkə səviyyəsində, həm də universitetdə sözügedən mövzuda silsilə tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yenidənhazırlanma və təkrar ali təhsil üzrə müdavimlərin iştirakı ilə bədii kompozisiya interaktiv dərs modeli üzərində təqdim olunub. İbtidai sinif müəllimliyi ixtisasında təkrar ali təhsil üzrə tələbələr Mətanət Qasımova, Nailə Məmmədova, İlahə Behbudova və “Tarix müəllimliyi” ixtisası üzrə tələbə Aydan Ahengarinin ifasında bayrağımızın tarixi, onun əhəmiyyəti haqqında məlumat verilib, onun vətənpərvərlik hissinin qorunub saxlanılmasında, yaşadılmasında əvəzsiz rolundan danışıb, bayrağımızla bağlı müxtəlif şeirlər səsələndiriblər. Davamlı təhsil və innovasiyalar şöbəsinin baş mütəxəssisi Dilguşə Süleymanova Dövlət Bayrağımızı STEM elementləri üzərində izah edib, bayrağın mənəvi dəyəri ilə yanaşı onun müxtəlif elmləri də birləşdirdiyini diqqətə çatdırıb.
Sonra Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov çıxış edərək tədbirin keçirilməsinə şərait yaratdığına görə universitetin rektoru professor Cəfər Cəfərov başda olmaqla rəhbərliyə öz təşəkkürünü bildirib. Bildirib ki, illər ötdükcə dövlət bayrağına münasibətin daha da güclənməsinin əsas səbəblərindən biri məhz ölkə rəhbərliyi səviyyəsində bayrağımıza olan böyük ehtiramla bağlıdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakıda dünyanınn ən hündür bayraq dirəyi inşa edilib və Dövlət Bayrağı Meydanı salınıb. Bakıda inşa edilmiş həmin bayraq dirəyi ən hündür bayraq dirəyidir.
Qeyd edək ki, Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirdə Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Elmi-təşkilati şöbənin müdiri professor Əli Allahverdiyev də iştirak ediblər. Tədbirin əsas məqsədi ilk növbədə tələbələri maarifləndirmək, onların dövlətimizin ictimai-siyasi işlərinə marağını artırmaq və dövlət atributlarına hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.
Bununla yanaşı, tədbirdə rektorun müvafiq əmrinə əsasən şöbənin təşkilatçılığı ilə keçirilmiş “Loqopediya və defektologiyanın nəzəri-praktik əsasları” üzrə 60 saatlıq təlim kursunu müvəffəqiyyətlə başa vurmuş müdavimlərə müvafiq sertifikatlar təqdim edilib, eləcə də müxtəlif ixtisaslar üzrə yenidənhazırlanma və təkrar ali təhsil üzrə yeni qəbul olmuş bəzi müdavimlərə dinləyici və tələbə biletləri də təqdim olunub.

08/11/2019

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124652976

Alerts

Be the first to know and let us send you an email when ADPU Davamlı Təhsil və İnnovasiyalar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADPU Davamlı Təhsil və İnnovasiyalar:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share