12/05/2026
ORDA YERİN UCADIR
Sığın uca könlümə
Orda yerin ucadır.
Dünyamı verdim sənə,
Demə: "Dünya buncadır."
Orda yerin ucadır.
Mənim dünyam gözündür,
Dünya gözün boydadır.
Gözələ gözəl baxmaq,
Ata-baba qaydadır.
Dünya gözün boydadır.
Dəymədüsər deyiləm,
İncə könüllüyəm mən.
Hər sözumə kəfiləm,
Sözlə ödüllüyəm mən,
İncə könüllüyəm mən.
Sığın uca könlümə
Orda yerin ucadır.
Dünyamı verdim sənə,
Demə: "Dünya buncadır."
Orda yerin ucadır.
Ağaverdi Zəngəzurlu