Testlərim

Testlərim Online Təhsil Portalı

Tam orta təhsil müəssisələrinə müəllimlərin qəbulu -----Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət g...
12/06/2026

Tam orta təhsil müəssisələrinə müəllimlərin qəbulu
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İnternat tipli Şamaxı Avropa liseyi və İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyə fənn müəllimlərinin qəbuluna başlanılır.

Adı çəkilən təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək. Odur ki, qeyd olunan təhsil müəssisələrində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Müsahibədə iştirak şərti:
MİQ, DQ və ya Sertifikatlaşdırma göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər.

Qeydiyyat üçün son tarix: 30 iyun

Qeydiyyat linki: https://forms.gle/EDWgxE16ShRoJ8Pj6

Hazırda dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən, MİQ, Diaqnostik qiymətləndirmə və ya Sertifikasiya balı 85% və daha yüksək olan müəllimlər qeydiyyatdan keçə bilərlər.

02/06/2026
❗Sabahdan müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayırBu barədə APA-ya MÜTDA-dan məlumat verilib.Bildiril...
02/06/2026

❗Sabahdan müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayır

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

📚 Dövlət qulluğuna hazırlaşırsan?İmtahana qədər nə qədər hazır olduğunu öyrənmək istəyirsən?🎯 Tehsilim.az platformasında...
01/06/2026

📚 Dövlət qulluğuna hazırlaşırsan?

İmtahana qədər nə qədər hazır olduğunu öyrənmək istəyirsən?

🎯 Tehsilim.az platformasında:

✅ Qanunvericilik testləri
✅ Məntiq tapşırıqları
✅ İnformatika sualları
✅ Azərbaycan dili testləri
✅ Simulyativ imtahanlar
✅ Reytinq və nəticə izləmə sistemi

Biliklərini yoxla, zəif tərəflərini müəyyən et və nəticələrini addım-addım yüksəlt.

💻 İstənilən yerdən daxil ol
📊 Nəticələrini analiz et
🏆 Reytinqdə yerini gör

Uğura aparan yol düzgün hazırlıqdan başlayır!

🌐 Tehsilim.az

İnformatika🔹 60 sual | 120 dəq🔹 2025 sertifikasiya imtahanı üçün sınaq👉 https://tehsilim.az/
29/08/2025

İnformatika

🔹 60 sual | 120 dəq
🔹 2025 sertifikasiya imtahanı üçün sınaq

👉 https://tehsilim.az/

19/08/2025

Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 26-dək davam edəcək.

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölmələri üzrə mövzular hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!

14/08/2025

Müsahibə mərhələsi mövzuları ilə bağlı məlumat ℹ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!

Bugündən etibarən 2025/2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesinə başlanılır.Avqustun 20-si saat 18:00-a qədə...
05/08/2025

Bugündən etibarən 2025/2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesinə başlanılır.

Avqustun 20-si saat 18:00-a qədər davam edəcək proses sy.edu.az elektron platforması üzərindən həyata keçirilir.

❗️İnternetə çıxış imkanı olmayan vətəndaşlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə və "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

28/05/2025

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

Ətraflı: https://shorturl.at/9357i

15/05/2025

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Address

Bakı

AZ1000

Alerts

Be the first to know and let us send you an email when Testlərim posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Testlərim:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share