Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Share

Rəsmi səhifə deyil.

16/09/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlandı - qalib olan müəllimləri təbrik edirik.
Qalib olmayanlar üzülməsinlər növbəti layihələrdə qalib olarsınız.

Send a message to learn more

16/09/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri elan olunub.

Qrant qazanan 220 layihədən 6-sı ümumi təhsil müəssisələrinin, 214-ü isə təhsilverənlərin fərdi layihələridir.

Qrant qazanmış iştirakçılardan 157-si (71%) ilk dəfədir ki bu müsabiqənin qalibi olub.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22381-1


Daha Azını Gör

13/09/2025

Texniki tələbləri ödəyən layihə təkliflərinin məzmunu aşağıdakı meyarlar əsasında 100 ballıq şkala ilə qiymətləndirilir:

Uyğunluq – 5 bal
Layihənin müsabiqənin prioritet istiqamətlərinə uyğunluğu və layihə komponentlərinin daxili vəhdəti

Orijinallıq – 5 bal
Analoji layihənin əvvəlki və cari müsabiqələrə təqdim edilməməsi

Problemin vacibliyi – 10 bal
Problemin müsabiqənin prioritet istiqamətləri ilə bağlılığı, onun etibarlı mənbələrlə əsaslandırılması və benefisiarlar üçün aktuallığı

Məqsəd və vəzifələrin dəqiqliyi – 10 bal
Məqsəd, vəzifə və gözlənilən nəticələrin müsabiqənin prioritet istiqamətlərinə və bir-birinə uyğunluğu, konkretliyi, düzgünlüyü və problemin həllinə yönəlməsi, gözlənilən nəticələrin ölçüləbilən olması

Faydalılıq – 20 bal
Layihənin icrasının müsabiqənin prioritet istiqamətləri üzrə benefisiarlara töhfəsi

Davamlılıq – 10 bal
Qazanılan müsbət təcrübənin davam etmə metodologiyası, onun təşkilati və maliyyə komponentlərinin dayanıqlılığı

Fəaliyyət planı – 10 bal
Görüləcək işlərin ətraflı təsviri və aydınlığı, onların müsabiqənin prioritet istiqamətləri üzrə problemin həllinə, layihənin məqsəd, vəzifə və gözlənilən nəticələrinə yönəlməsi, zamanlama, ardıcıllıq, icra mexanizmi, tərəfdaşlıq və kadr potensialının yetərliliyi

Monitorinq və qiymətləndirmə – 10 bal
Monitorinq, qiymətləndirmə və hesabatlılıq metodologiyasının, onun əsas nəticə və icra indikatorlarının həyata keçirilməsinin qənaətbəxşliyi

Maliyyə səmərəliliyi – 20 bal
Layihənin xərclər smetasının texniki qüsursuzluğu, layihə çərçivəsində görüləcək işlərə və bazar qiymətlərinə uyğunluğu, layihə idarəetməsi xərclərinin (layihənin məzmununa birbaşa bağlı olmayan xərclər, məsələn, layihə menecmentliyi, mühasibatlıq, kommunikasiya, bank və rabitə xərcləri və s.) layihənin ümumi büdcəsindəki payının mütənasibliyi (vergi və rüsumlar daxil olmaqla 40%-dən çox olmaması tövsiyə olunandır).

Məzmun qiymətləndirilməsində keçid balı 50 bal təşkil edir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsi 03/03/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildəki YeniliklərTəhsildə Keyfiyyət Təminatı AgentliyiEmin Amrullayev

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqəsi

03/03/2025

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu başlayır
Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.


Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.


Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.


Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları təşkil ediləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.


Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz
https://edu.gov.az/uploads/elan/2025/ix-qrant-musabiqesi-elan.pdf

16/09/2024

Yeni ən aktiv izləyicilərimə dərin minnətdarlığımı bildirirəm! Aynur Əliyeva, Xedice Aliyeva, Seyyub Asadov, Terane Cumayeva, Ele Eliyev

16/08/2024

Salam hörmətli müəllimlər Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri haqqında fikirlərinizi bilmək istərdik.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi TAİM - Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

Send a message to learn more

Photos from Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi's post 09/08/2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən "Fərdi layihələr” kateqoriyası üzrə 14, “Ümumtəhsil müəssisələri” kateqoriyası üzrə 3 layihə qalib olub.
Layihə qaliblərini təbrik edir, uğurlar arzulayırıq.

09/08/2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələrinə əsasən Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən qalib olan layihələri təqdim edirik.

Layihə qaliblərini təbrik edirik.

Photos from Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi's post 09/08/2024

Qrant müsaqibəsində qalib olan bütün müəllimləri təbrik edirəm.
Uğurlarınız bol olsun və davamlı olsun.
Qalib olmayanlardan üzülməsin növbəti qrant müsaqibələrində qalib olmaq ümüd ilə hər birinizə uğurlar.

Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.

09/08/2024

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri açıqlanıb

Avqustun 9-da təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin nəticələri elan olunub.


Müsabiqəyə ümumilikdə 1 636 layihə təqdim edilib ki, bu da ötən illə müqayisədə 229 layihə (14%) daha çoxdur. Daxil olan layihələrin 92-si ümumi təhsil müəssisələrinin, 1 544-ü isə təhsilverənlərin fərdi layihələridir.


Qrant müsabiqəsinə daxil olmuş bütün layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1 549 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 229 layihə qrant qazanıb. Həmin layihələrin 10-u ümumi təhsil müəssisələrinin, 219-u isə təhsilverənlərin fərdi layihələridir.


Daha çox layihəsi qrant qazanmış şəhər və rayonlara Bakı ilə yanaşı, Şəmkir, Ağstafa, Abşeron, Cəlilabad daxildir.


Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Müsabiqə iştirakçıları şəxsi kabinetlərinə göndərilmiş bildirişlərdəki təlimata uyğun olaraq apellyasiya müraciəti edə bilərlər.


Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

25/06/2024

Salam hörmətli müəllimlər hammınız yəqin səbərirsizliklə Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi layihəsinin nəticələrini gözləyirisniz?

Want your school to be the top-listed School/college in Azərbaycan?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Azərbaycan
Azərbaycan