19/05/2026
19 may 2026-cı il tarixində Astara şəhəri R.Camalovadına 7 nömrəli tam orta ümumtəhsil məktəbində ,,Şəhərsalma və Memarlıq İli ,, çərçivəsində Bakı şəhərində keçirilən möhtəşəm ( WUF 13 Ümumdünya Şəhərsalma Formu ) tədbirinə əsaslanaraq 6 cı sinifdə qədimliklə müasirliyin vəhdətinə həsr olunmuş maarifləndirici tədbir təşkil olundu .
Tədbirimizin ən yadda qalan məqamı İnformatika müəllimi Leyla Nəhmətovanın dəstəyi ilə şagirdlərimizin hazırladıqları slaydlar və təqdimatlar oldu . Şagirdlərimiz tariximizin daş yaddaşı olan qədim abidələrimizi qorumaqla yanaşı , ekoloji təmiz , ağıllı və davamlı gələcək şəhərlər haqqında öz fikirlərini paylaşdılar .
Keçmişimizə hörmətlə , gələcəyə böyük inamla !