Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb

Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb Məktəbin nailiyyətlərini işıqlandırmaq.

📚 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş metodbirləşmə iclası keçirildi.İclas çərçivəsində tədris ili ərzin...
19/06/2026

📚 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş metodbirləşmə iclası keçirildi.
İclas çərçivəsində tədris ili ərzində həyata keçirilən fəaliyyətlər, əldə olunan nəticələr və şagird nailiyyətləri ətraflı təhlil olunaraq qiymətləndirildi. Həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülmüş işlərə nəzər salındı, metodiki fəaliyyətin səmərəliliyi müzakirə edildi və qarşıdakı tədris ili üçün prioritet hədəflər müəyyənləşdirildi.
Təhsil müəssisəsində məqsədyönlü və sistemli fəaliyyətin davamlı inkişafın əsas şərtlərindən biri olduğu vurğulanaraq, gələcək dövrdə də keyfiyyətli təhsilin təmin olunması istiqamətində birgə əməkdaşlığın və peşəkar fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olundu.
Təhsildə əldə olunan hər bir uğur səmərəli əməkdaşlığın, peşəkarlığın və məsuliyyətli fəaliyyətin nəticəsidir.

Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi.Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan e...
15/06/2026

Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

14/06/2026

Son zəng bir son deyil, yeni başlanğıcların ilk sədasıdır. Bu gün məktəblə vidalaşsanız da, qarşıda sizi daha böyük uğurların, yeni zirvələrin və qələbələrin zəngləri gözləyir. Əziz məzunlar, hər birinizə işıqlı gələcək, möhkəm iradə və sonsuz uğurlar arzulayırıq. Yolunuz həmişə açıq, arzularınız isə gerçək olsun!

13/06/2026

"Əziz qonaqlar, müəllimlər və valideynlər! İndi isə növbə məktəbimizlə vidalaşan, gələcəyə böyük ümidlərlə addımlayan məzunlarımızındır. Səhnəyə 11-tt sinif şagirdlərini dəvət edirik. Gəlin onların hazırladıqları xüsusi çıxışı birlikdə izləyək!"

13/06/2026

"Əziz qonaqlar, müəllimlər və valideynlər! İndi isə növbə məktəbimizlə vidalaşan, gələcəyə böyük ümidlərlə addımlayan məzunlarımızındır. Səhnəyə 11-c sinif şagirdlərini dəvət edirik. Gəlin onların hazırladıqları xüsusi çıxışı birlikdə izləyək!"

13/06/2026

"Əziz qonaqlar, müəllimlər və valideynlər! İndi isə növbə məktəbimizlə vidalaşan, gələcəyə böyük ümidlərlə addımlayan məzunlarımızındır. Səhnəyə 11-p sinif şagirdlərini dəvət edirik. Gəlin onların hazırladıqları xüsusi çıxışı birlikdə izləyək!"

13/06/2026

"Əziz qonaqlar, müəllimlər və valideynlər! İndi isə növbə məktəbimizlə vidalaşan, gələcəyə böyük ümidlərlə addımlayan məzunlarımızındır. Səhnəyə 11-a sinif şagirdlərini dəvət edirik. Gəlin onların hazırladıqları xüsusi çıxışı birlikdə izləyək!"

Address

Şirvan şəhər 28 May 19
Ali Bairamly

Telephone

+994554266712

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category