27/04/2026
Məktəbimizdə şagirdlərin sağlam həyat tərzi barədə məlumatlılığını artırmaq məqsədilə Şalbuzov Əmrah müəllimin təşkilatçılığı ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbir zamanı zərərli vərdişlərin insan orqanizminə, psixologiyasına və sosial mühitinə vurduğu ağır fəsadlar barədə geniş müzakirələr aparıldı. Şagirdlərimizə sağlam vərdişlərə yiyələnməyin və asudə vaxtı səmərəli keçirməyin yolları izah olundu.
Məqsədimiz hər bir şagirdin parlaq və sağlam gələcəyini təmin etmək, onları mənfi təsirlərdən qorumaqdır. Unutmayın ki, sağlam bədəndə sağlam ruh olar!