Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi

Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi

Share

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqədə qalib olmuş layihə�

18/02/2025
Photos from Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi's post 17/02/2025
Ağstafada keçirilən “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi yekunlaşıb 17/02/2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqədə qalib seçilən “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsi noyabr ayından etibarən start götürmüşdür.
Layihənin məqsədi 7-18 yaş arası orta məktəb şagirdləri arasında “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi keçirərək onların ətraf mühit haqqında məlumatlılığını inkişaf etdirmək,
rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.
Şagirdlərə təşkil olunan maarifləndirmə əsaslı və rəsm alətlərindən düzgün istifadə etmək haqqında təlimlər keçirilmişdir. Bu layihəyə Qazax-Tovuz Regionundan əlavə Bakı, Sumqayit, Gəncə və digər rayonların şagirdləri müraciət etmişdir. Sərgimizə ümumi 120 -yə yaxın rəsm əsəri təqdim edilmiş, onlardan münsiflər heyəti tərəfindən seçilmiş 70-ə yaxın rəsm əsəri sərgiyə dəvət almişdır.
14.02.2025 tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında sərginin açılış tədbiri təşkil olunmuşdur. 1-2-3 yer qalibləri müəyyən edilərək diplom, hədiyyə və medallarla , digər sərgi iştirakçıları isə sertifikatlarla təltif olunmuşdur.

Şagirdlərin əsərlərinin ictimai yerdə sərgilənməsi, qiymətləndirilməsi və ictimaiyyətə yayılması onların həvəsini artıracaq və
gələcəkdə bu sahədə yeni əsərlər ortaya qoymağa təşviq edəcək.
Qeyd edek ki, layihe Ələkbərova Həbibə Mübariz qızı tərəfindən icra olunmuşdur.

Ağstafada keçirilən “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi yekunlaşıb Copyright © Mədəniyyət TVYouTube kanalına abunə olun: https://bit.ly/2BpXnnTFacebook - https://bit.ly/39jZ96Gİnstagram - https://bit.ly/30IIVjBYoutube - http...

Photos from Ağstafa rayonu üzrə təhsil sektoru's post 26/11/2024
Photos from Qazax-Tovuz Regional Təhsil İdarəsi's post 26/11/2024
24/11/2024

21.11.2024 tarixində baş tutan layihənin açılış video icmalı dünya

23/11/2024

Təhsildə İnkişaf Və İnnovasiyalar Üzrə VIII Qrant Müsabiqədə qalib olmuş “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi layihəsinin qeydiyyatı davam edir.

Layihədə 7-18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində sərgiyə hazırlıq məqsədilə online təlimlər və sonda böyük sərgi keçiriləcək.
Sərgi ictimai yerdə baş tutacaq və ən azı bir həftə açıq qalacaq. Sərgidə iştirak edən şagirdlərin rəsmləri sertifikatla təltif olunacaq və grants.edu.az saytının nəşrlər bölməsində yer alacaq.
Aşagıda qeyd olunan linkdən qeydiyyatdan keçirilir. Ətraflı məlumat üçün 0103860113 nömrəsi ilə əlaqə saxlayın.
Qeydiyyat üçün linkə tıklayın: https://docs.google.com/forms/d/13aoTp6RPROIxYThnMvW90vI0E71lZeDr8c27R3HlI6A/edit

Photos from Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi's post 22/11/2024

21 noyabr 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Təhsildə İnkişaf Və İnnovasiyalar Üzrə VIII Qrant Müsabiqədə qalib olmuş “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan Təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, Peşəkar Rəssam, müsabiqənin münsiflər heyyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi, müsabiqənin münsiflər heyyətinin üzvü Oruc Mansırov, Ekolgiya üzrə mütəxəssis Ramilə Əhmədova, layihə rəhbəri Həbibə Ələkbərova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri və xüsusi istedadlı şagirdlər iştirak ediblər. Açılış tədbirində müsabiqədə iştirak üçün qeydiyyat qaydaları və şərtlər haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, 4 ay davam edəcək layihədə 7-18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək. Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.

Want your school to be the top-listed School/college in Agstafa?

Click here to claim your Sponsored Listing.

Location

Address

Ağstafa Rayonu
Agstafa