ADPU-Ağcabədi filialı

ADPU-Ağcabədi  filialı

Share

Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialı

Photos from ADPU-Ağcabədi  filialı's post 27/05/2026

26.05.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının təşkilati dəstəyi ilə Azərbaycan poeziyasının fəxri, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Ayrılarmı könül candan” mövzusunda elmi-praktik konfrans keçirilib

Photos from ADPU-Ağcabədi  filialı's post 26/05/2026

25 may 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında 28 May – Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş “Tariximizin qızıl səhifəsi” mövzusunda tədbir keçirilib.

Photos from ADPU-Ağcabədi  filialı's post 26/05/2026

"ADPU-nun Ağcabədi filialında 20 May - Beynəlxalq İnsan Resursları Gününə həsr olunmuş tədbir keçirilib."

Photos from ADPU-Ağcabədi  filialı's post 25/05/2026

22 may 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük liderin izi ilə” mövzusunda rəsm və əl işləri sərgisində yer tutan və fərqlənən tələbələr təltif ediliblər.
Eyni zamanda, tədbirin təşkilatçıları – “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevil Cəfərova və İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri Vüsalə Məhərrəmova da rəsmi sertifikatlarla təltif ediliblər.

Photos from ADPU-Ağcabədi  filialı's post 23/05/2026

22 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir və inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi baş tutub.

📚İşlərinin çoxluğuna baxmayaraq qaliblərimizə xüsusi vaxt ayıraraq I yer sahiblərinin kitablarını imzaladığı üçün *“PEN America” Yazıçılar Birliyinin üzvü, dəyərli yazıçımız Rövşən Abdullaoğluya* () göstərdiyi incəlik və diqqətə görə dərin minnətdarlığımızı bildirir, eyni zamanda əməkdaşlığa və dəstəyə görə Qədim Qala Nəşriyyat Evinə (.az) təşəkkür edirik.

📍Tədbir çərçivəsində, həmçinin müsabiqənin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimləri Tərlan Əliyeva və Maya Abdullayeva da rəsmi sertifikatlarla təltif ediliblər.

Photos from ADPU-Ağcabədi  filialı's post 22/05/2026

ADPU-nun Ağcabədi filialında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib

Photos from ADPU-Ağcabədi  filialı's post 22/05/2026

ADPU-nun Ağcabədi filialında "Körpü" təhsil mərkəzinin təqdimatı keçirilib
19-21 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında yeni fəaliyyətə başlayan "Körpü" təhsil mərkəzinin layihə rəhbəri Nərmin İsayevanın tələbələrlə məlumatlandırma görüşü təşkil olunub.
Filialın bütün ixtisas qrupları ilə keçirilən görüşlərdə tələbələrə mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, yay mövsümündə mərkəzdə 7-13 yaşlı uşaqlar üçün təşkil olunacaq "Yay məktəbi"nə könüllü müəllimlərin cəlb edilməsi məsələsi diqqətə çatdırılıb. Görüş zamanı tələbələrə könüllülük proqramının şərtləri, onlara qazandıracağı təcrübə və təklif olunan üstünlüklər barədə geniş məlumat təqdim edilib.

Photos from ADPU-Ağcabədi  filialı's post 20/05/2026

ADPU-nun Ağcabədi filialında karyera planlaması seminarı keçirilib

20 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında tələbələr üçün karyera planlamasına dair seminar təşkil olunub.
Seminar təhsil mütəxəssisi, filoloq Kamil Talıb və filoloq, kurikulum üzrə təlimçi İstək Paşazadə tərəfindən idarə edilib. Maraqlı keçən görüşdə "öz potensialını kəşf etmə yolları", "təhsildən karyeraya doğru real istiqamətlər" və "MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında yüksək nəticə göstərmək üçün effektiv üsullar" mövzuları ətrafında geniş müzakirələr aparılıb.
Seminar çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğur qazanmaq üçün praktiki tövsiyələr verilib.

Photos from ADPU-Ağcabədi  filialı's post 19/05/2026

ADPU-nun Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib

19 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin üzvvlərlə görüşü keçirilib. Görüşdə ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev və idarə heyətinin üzvü Hüseyn Hacıyev iştirak ediblər.
Görüşdə filialın ictimai həyatında və həmkarlar təşkilatının keçirdiyi bütün tədbirlərdə fəal iştirakına görə 6 əməkdaş fəxri fərman və pul mükafatı ilə təltif olunub.

Photos from ADPU-Ağcabədi  filialı's post 19/05/2026

18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən maarifləndirici görüş keçirilib. Görüşün məqsədi tələbələrin təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması olub.

Photos from ADPU-Ağcabədi  filialı's post 17/05/2026

14 may 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələri Ağcabədi rayonunun 2 nömrəli tam orta məktəbində pedaqoji müşahidə aparmışdılar. Tədris prosesini yaxından izləmək məqsədilə reallaşdırılan bu müşahidə zamanı tələbələr real dərs mühitini, müəllim-şagird və şagird-şagird interaksiyasını dərindən analiz etmək imkanı qazanmışlar.

Want your school to be the top-listed School/college?

Telephone

Website