25/11/2024
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə Ağdaş rayonunda aşağıda adları qeyd olunan yeni bələdiyyələr yaradıldı:
1. Ağdaş rayonu üzrə:
1. Abad və Eymur bələdiyyələrinin əhatə etdiyi Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki və Qaradeyin kəndlərində Eymur bələdiyyəsi;
2. Ağdaş, Gürcüva və Qaradağlı bələdiyyələrinin əhatə etdiyi Ağdaş şəhərində və Cücük, Gürcüva, Qaradağlı, Malay, Pirəyir kəndlərində Ağdaş bələdiyyəsi;
3. Aşağı Ləki, Güvəkənd, Ləki və Orta Ləki bələdiyyələrinin əhatə etdiyi Ləki qəsəbəsində və Aşağı Ləki, Binələr, Davudlu, Əmirarx, Güvəkənd, Hapıtlı, Orta Ləki, Ovçulu, Yuxarı Ləki kəndlərində Ləki bələdiyyəsi;
4. Aşağı Nemətabad, Aşağı Zeynəddin, Qobuüstü və Mürsəl bələdiyyələrinin əhatə etdiyi Aşağı Qobuüstü, Aşağı Nemətabad, Aşağı Zeynəddin, Hacılar, Qarasuqumlaq, Qəribli, Qobuüstü, Mürsəl, Şıxlı, Tatlar, Yeniarx, Yenikənd və Yuxarı Nemətabad kəndlərində Mürsəl bələdiyyəsi;
5. Dəhnəxəlil və Qolqəti bələdiyyələrinin əhatə etdiyi Türyançay qəsəbəsində və Aşağı Ağcayazı, Cüvə, Dəhnəxəlil, Korarx, Qolqəti, Yuxarı Ağcayazı kəndlərində Qolqəti bələdiyyəsi;
6. Xosrov və Şəmsabad bələdiyyələrinin əhatə etdiyi Birinci Aral, Əmirmahmud, Xosrov, İkinci Aral, Qarağan Saatlı, Sadavat, Şəmsabad və Tofiqi kəndlərində Xosrov bələdiyyəsi;
7. Kotanarx və Yenicə bələdiyyələrinin əhatə etdiyi Cardam, Kotanarx, Nehrəxəlil və Yenicə kəndlərində Kotanarx bələdiyyəsi;
8. Kotavan və Pirəzə bələdiyyələrinin əhatə etdiyi Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan və Pirəzə kəndlərində Pirəzə bələdiyyəsi;
9. Qoşaqovaq və Pirkəkə bələdiyyələrinin əhatə etdiyi Ərəbocağı, Qoşaqovaq, Pirkəkə və Şəkili kəndlərində Qoşaqovaq bələdiyyəsi;
10. Qulbəndə və Yuxarı Qəsil bələdiyyələrinin əhatə etdiyi Aşağı Qəsil, Bəylik, Bulaqotağı, Qarağan Sədi, Qarağan Şıxlar, Qulbəndə, Orta Qəsil, Şordəhnə və Yuxarı Qəsil kəndlərində Yuxarı Qəsil bələdiyyəsi