07/04/2026
May ayında keçiriləcək imtahanlara hazırlıq məqsədilə məktəb rəhbərliyinin təşkilatçılığı və fənn müəllimlərinin təşəbbüsü ilə 6A və 6B siniflərində Azərbaycan dili, riyaziyyat və təbiət fənlərini əhatə edən monitorinq təşkil olunmuşdur. Keçirilən bu sınaq şagirdlərin imtahana hazırlıq səviyyəsinin yoxlanılması, bilik və bacarıqlarının qiymətləndirilməsi və mövcud çatışmazlıqların müəyyən edilməsi məqsədi daşıyır.