Bu gün Ağdaşda gənclərin məşğulluğu və karyera inkişafı üçün çox mühüm bir forum baş tutdu. "Gələcəyin iş yerləri və müasir peşələr" mövzusunda keçirilən tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən gənclərə göstərilən dəstək mexanizmləri və əmək bazarındakı yeni trendlər müzakirə olundu.
📍Ağdaşda keçirilən Regional Gənclərin Məşğulluq Forumunda Ağdaş Peşə Məktəbi olaraq biz də öz stendimizlə yer aldıq. Forum iştirakçıları və qonaqlar məktəbimizdə müasir peşələr üzrə təhsil alan tələbələrimizin hazırladığı əl işləri və bacarıqları ilə yaxından tanış oldular.
Ağdaş Peşə Məktəbinin tələbə və müəllim heyəti Regional Məşğulluq Forumunda fəal iştirak edərək öz bacarıqlarını nümayiş etdirdilər. Gələcəyin ustaları, aşpazları, dərzi və texnikləri artıq yetişir! Dövlət dəstəyi və peşəkar təhsillə gənclərimiz gələcəyə daha inamla addımlayır.
Forumda gənclərin sualları cavablandırıldı və gələcək perspektivlər barədə dəyərli məlumatlar paylaşıldı.
Ağdaş Peşə Məktəbi
Ağdaş Peşə Məktəbi
15/05/2026
📢14 May 2026-cı il Ağdaş Peşə Məktəbində tələbələr, valideynlər, rayon ictimaiyyəti və rəsmi tərəfdaşlarımızın iştirakı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdaş Rayon Komitəsinin dəstəyi ilə genişmiqyaslı "Açıq Qapı Günü" tədbiri baş tutdu.
Tədbirin əsas məqsədi gənclərə peşə təhsilinin üstünlüklərini aşılamaq, Ağdaş Peşə Məktəbində mövcud olan ixtisasları tanıtmaq və onlara düzgün karyera seçimi etməkdə bələdçilik etmək idi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi bir dəqiqəlik sükütla yad etməklə başlanıldı.
Tədbiri giriş sözü ilə açan Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova qonaqları salamlayaraq, ölkəmizdə peşə təhsilinə göstərilən dövlət qayğısından və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığından bəhs etdi.
Tədbirdə dövlət qurumlarının əməkdaşları və rəsmi tərfdaşlarımız iştirak edirdilər.
Tədbirin ən rəngarəng və gözlənilən hissəsi Tikiş avadanlıqlarının operatoru, tikişçi, Geyim üzrə dizayner ixtisas qrupunun tələbələrinin əl işlərindən ibarət geyimlər nümayiş etdirildi.
Tədbirin bədii hissəsində tələbələrin fəaliyyəti izlənildi.
Qonaqlar müxtəlif ixtisaslar üzrə təhsil alan istedadlı tələbələrimizin əl işlərindən ibarət sərgini böyük maraqla izlədilər.
🔹 Müəllim və usta heyətimizlə həmsöhbət olaraq peşə təhsilinin gələcək perspektivləri barədə ətraflı məlumat aldılar.
Bizə güvənən, bu özəl gündə yanımızda olan, dəstəyini və xoş sözlərini əsirgəməyən bütün qonaqlarımıza dərin təşəkkürümüzü bildiririk.
15/05/2026
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı” təsdiq edilib.
Ətraflı: https://tinyurl.com/46cjnjyb
15/05/2026
“Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti
12/05/2026
📢Ağdaş Peşə Məktəbində psixoloq Sevinc Həmidovanın təşkilatçılı ilə "Həyatın Rəngləri - Gənclik və Psixologiya" adlı tədbir keçirildi.
🇦🇿 Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
📍Tədbirdə gənclərin mənəvi inkişafı üçün aktual olan bir çox mövzuya toxunuldu:
✅İmtahan qabağı stress və onunla mübarizə;
✅Bulinq və neqativ halların qarşısının alınması;
✅İnkluziv tələbələrlə iş üsulları;
✅Erkən nikahlar və onların fəsadları;
✅Zərərli vərdişlərdən uzaq durmaq.
Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova öz çıxışı zamanı tələbələrlə səmimi söhbət edərək, onlara gələcək fəaliyyətlərində yol göstərəcək motivasiyaedici və ruhlandırıcı fikirlərini çatdırdı.
Psixoloq Sevinc Həmidova tələbələrə gələcək peşə həyatlarında qarşılaşa biləcəkləri çətinlikləri səbir və əzmlə dəf etməyi tövsiyə edərək, onlara karyera yolunda uğurlar arzuladı.
Tələbələrin hazırladıqları maraqlı psixoloji səhnəciklər tədbirə xüsusi rəng qatdı və mövzuların daha dərindən mənimsənilməsinə kömək etdi.
11/05/2026
“Təhsil haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib.
Müvafiq dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları halda onların təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Ətraflı: https://president.az/az/articles/view/72295
10/05/2026
Ulu Öndəri dərin hörmət və ehtiramla anırıq!
Ağdaş Peşə Məktəbinin kollektivi Ulu Öndərin abidəsini ziyarət etdilər.
09/05/2026
Ağdaş Peşə Məktəbində YAP Ağdaş rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
✅Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov çıxış edərək Ulu Öndərin zəngin həyat və fəaliyyətindən geniş məruzə edib. O, dahi rəhbərin təhsilin bütün sahələrinə, o cümlədən peşə təhsilinin inkişafına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb.
Ağdaş Peşə Məktəbinin direktoru Elmira Qafarova öz çıxışında Ümummilli Liderin keçdiyi əvəzolunmaz tarixi yoldan, Azərbaycan təhsilinə və gənclərə göstərdiyi daimi diqqət və qayğıdan söz açıb.
Məktəbin müəllimləri Zülfiyə Soltanova və Elşən Mustafayev çıxışlarında dahi şəxsiyyətin peşə təhsili sahəsindəki islahatlarından və gənclərin milli ruhda formalaşması istiqamətindəki xidmətlərindən danışıblar.
Tədbirin bədii hissəsində Ağdaş Peşə Məktəbinin tələbələri Ulu Öndərə olan sonsuz sevgi və ehtiramlarını hazırladıqları şeir kompozisiyaları və musiqi ifaları ilə nümayiş etdiriblər.
08/05/2026
Contact the school
Telephone
Website
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |