Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi

Share

Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəb

Photos from Qarabağ Regional Təhsil İdarəsi's post 14/06/2026
Photos from Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi's post 13/06/2026

Bu gün Ağdam şəhərində düz 33 il sonra ilk “Son zəng” çalındı.Son zəng tədbirində Ağdam,Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusim Nümayəndəliyinin mütəxəssisi Suqra Cəfərova,Ağdam rayon təhsil sektorunun əməkdaşı Rəşad Məmmədli,Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynov və şəhid Elvin Qarayevin bacısı,valideyin Aytən Ağayeva qonaq qismində iştirak edirdilər.
Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk və tək məzunu Nihat İbrahimovdur.Onu məzun adı alması və Ağdam şəhərinin yeganə məzunu olduğuna görə ürəkdən təbrik edirik.

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 10/06/2026
02/06/2026

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxışı zamanı ölkənin enerji siyasətinin keçdiyi inkişaf yolundan, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan və gələcək perspektivlərdən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının formalaşmasında mühüm rol oynayıb və zaman keçdikcə regionun ən nüfuzlu enerji platformalarından biri olan “Bakı Enerji Həftəsi”nə çevrilib. Prezident qeyd edib ki, bu il Azərbaycanın enerji tarixində mühüm hadisələrdən birinin – “Şahdəniz” qaz yatağı üzrə müqavilənin imzalanmasının 30-cu ildönümü qeyd olunur. 1996-cı ildə imzalanan bu müqavilə ölkənin müasir qaz sənayesinin əsasını qoyaraq Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Çıxışında beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətinə toxunan cənab Prezident “Bakı Enerji Həftəsi” münasibətilə ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən ünvanlanmış məktubları yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür mesajlar Azərbaycanın enerji sahəsində qazandığı uğurların və beynəlxalq nüfuzunun göstəricisidir. Dövlət başçısı son illər qlobal enerji siyasətində müşahidə olunan tendensiyalara da münasibət bildirib. O vurğulayıb ki, uzun müddət neft və qaz istehsal edən ölkələr müxtəlif təzyiqlərlə və əsassız ittihamlarla üzləşiblər. Bununla belə, dünya iqtisadiyyatının və sənayesinin inkişafı üçün ənənəvi enerji mənbələrinin hələ də mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident enerji təhlükəsizliyinin qorunmasının bütün dövlətlər üçün prioritet məsələ olduğunu bildirib. Azərbaycan enerji siyasətində balanslaşdırılmış yanaşma tətbiq edir. Bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edilir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafına böyük həcmdə investisiyalar yönəldilir. Qlobal enerji siyasətinin gələcəyi məhz bu tarazlığın qorunmasından keçir. Çıxış zamanı Prezident Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sosial-iqtisadi vəziyyəti də xatırladıb. O bildirib ki, 1990-cı illərin əvvəllərində ölkə iqtisadi böhran, siyasi qeyri-sabitlik, işğal faktı və bir milyondan artıq qaçqın problemi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanın əsas çıxış yolu malik olduğu təbii sərvətlərin beynəlxalq əməkdaşlıq çərçivəsində səmərəli şəkildə istifadəsi olub. Prezident vurğulayıb ki, 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan enerji sazişi ölkənin inkişafında dönüş nöqtəsinə çevrilib. Bu müqavilə sayəsində Azərbaycan beynəlxalq investisiyalar üçün açıq və etibarlı tərəfdaş kimi tanınıb. Nəticədə enerji sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, sosial rifahın yüksəldilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldilib. Dövlət başçısı qeyd edib ki, son otuz ildə Azərbaycan böyük transformasiya yolu keçib. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, işsizlik minimum səviyyəyə enib, ölkənin maliyyə dayanıqlığı əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcunu dəfələrlə üstələyir və ölkə bir çox beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya üçün etibarlı məkan kimi qiymətləndirilir. Prezident enerji gəlirlərinin yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu vəsaitlər hesabına müasir və güclü ordu formalaşdırılıb, müdafiə potensialı artırılıb və nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpası mümkün olub. Dövlət başçısı qeyd edib ki, iqtisadi güc və milli birlik ölkənin əldə etdiyi uğurların əsas amillərindəndir. Prezident bildirib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, eləcə də Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Ümumi uzunluğu minlərlə kilometr olan bu infrastruktur sistemi Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirərək qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Son illərdə Azərbaycan qazına tələbatın artması ölkənin enerji tərəfdaşı kimi strateji əhəmiyyətini daha da yüksəldib. Prezident vurğulayıb ki, yaxın illərdə yeni yataqların istismara verilməsi hesabına ixrac həcmlərinin artırılması nəzərdə tutulur. Prezident “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, Abşeron yatağı və digər perspektivli sahələr üzrə görülən işlərdən danışaraq bildirib ki, bu layihələr ölkənin qaz potensialını daha da genişləndirəcək. Bununla yanaşı, SOCAR artıq yalnız milli şirkət kimi deyil, beynəlxalq enerji oyunçusu kimi fəaliyyət göstərir və Yaxın Şərq, Afrika, Avropa və Mərkəzi Asiyada iri layihələr həyata keçirir. Dövlət başçısı Azərbaycanın enerji siyasətində bərpaolunan enerji sektorunun xüsusi yer tutduğunu da vurğulayıb. O bildirib ki, ölkədə günəş, külək və hidroenerji sahələrinə böyük sərmayələr yatırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası kimi inkişaf etdirilir və burada bir sıra hidroelektrik stansiyalar istifadəyə verilib. Gələn ilin sonuna qədər Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 2 giqavata çatdırılacaq, 2032-ci ilədək isə bu göstərici 8 giqavat olacaq. Bu layihələr ölkənin enerji balansını gücləndirməklə yanaşı, ixrac imkanlarını da genişləndirəcək. Çıxışda regional əməkdaşlıq və nəqliyyat-logistika layihələri də geniş yer alıb. Prezident bildirib ki, Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik kabeli layihəsi və Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji dəhlizi üzərində işlər davam etdirilir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın uğurunun əsas səbəblərindən biri balanslaşdırılmış xarici siyasət və beynəlxalq əməkdaşlıq modelidir. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün həm qonşu dövlətlərlə, həm də daha geniş region ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən müzakirələr, imzalanacaq yeni sazişlər və qurulacaq əməkdaşlıq əlaqələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə və regionda sabitliyin daha da güclənməsinə mühüm töhfə verəcək.

Want your school to be the top-listed School/college in Agdam?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Azərbaycan
Agdam
AZ0200

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00