Fenerbahçe Spor Okulları Azərbaycan

Fenerbahçe Spor Okulları Azərbaycan Fenerbahçe Rəsmi İdman Məktəbi Azərbaycan Sağlam cəmiyyət üçün sağlam uşaqlar yetişdirməliyik.

Fenerbahçe Uşaq İdman Məktəbi Azərbaycan olaraq uşaqlarımızın zehni və fiziki inkişaflarında iştirak etmək bizə cox böyük sevinc hissi verir. Dəyişən və inkişaf edən dünyada biz də bu dəyişikliyin bir parçasıyıq. İdmanın və idmançının hər zaman yanında olan məktəbimiz yetişdirməkdə olduğu idmançılara professional idmanın incəliklərini oyrətməyi, Azərbaycan idmanına, Azərbaycan milli komandalarına

və Fenerbahçe klubuna bacarıqlı idmançılar yetişdirməyi özünə borc bilir. Bu plan daxilində məqsədimiz idmançılarımıza Fenerbahçe sevgisini hiss etdirmək, Fenerbahçe ruhunu və prinsiplərini idmanın hər növündə yayaraq qabiliyyətli və idman əxlaqı düzgün olan fərdlər yetişdirmək, uşaqlarımızı öz ayaqları üzərində durmağı bacaran güclü fərdlər olaraq həyata hazırlamaqdır.

14/07/2026

Böyük uğurlar təsadüfdən deyil, düzgün öyrənilən kiçik detallardan başlayır. Məşqlərimizdə hər hərəkət əvvəlcə müəllim tərəfindən izah olunur və nümayiş etdirilir, sonra isə uşaqlar onu səbrlə dəfələrlə tətbiq edirlər.

Məhz bu proses bacarığı vərdişə, vərdişi isə uğurlu nəticələrə çevirir.

🏟️ Gənclik idman-sağlamlıq mərkəzi
📱+994 55 580 19 07
📱+994 50 580 19 07

Əgər uğuru zirvəyə bənzətsək hər məşqi bu zirvəyə daşıyan zəncirə atılmış bir halqa kimi görə bilərik. Hər məşqə göstəri...
28/06/2026

Əgər uğuru zirvəyə bənzətsək hər məşqi bu zirvəyə daşıyan zəncirə atılmış bir halqa kimi görə bilərik. Hər məşqə göstərilən ciddiyyət, ən xırda detallara diqqət, əzmkarlıq - məhz bunlardır yüksək uğurlu idmançını ortabab idmançıdan ayıran cəhətlər.

🏟️ Gənclik idman-sağlamlıq mərkəzi
📱+994 55 580 19 07
📱+994 50 580 19 07

Əgər uğuru zirvəyə bənzətsək hər məşqi bu zirvəyə daşıyan zəncirə atılmış bir halqa kimi görə bilərik. Hər məşqə göstəri...
28/06/2026

Əgər uğuru zirvəyə bənzətsək hər məşqi bu zirvəyə daşıyan zəncirə atılmış bir halqa kimi görə bilərik. Hər məşqə göstərilən ciddiyyət, ən xırda detallara diqqət, əzmkarlıq - məhz bunlardır yüksək uğurlu idmançını ortabab idmançıdan ayıran cəhətlər.

🏟️ Gənclik idman-sağlamlıq mərkəzi
📱+994 55 580 19 07
📱+994 50 580 19 07

14/06/2026

Yusuf müəllim ilə futbol məşqimizdən bir epizod. O, uşaqların hər hansı uğursuzluqdan sonra oyundan düşməməyinə, diqqətlərini yenidən toplamağına və mübarizəni davam etdirməyinə kömək edir. Davamlı motivasiya və yönləndirmə verərək onların özlərinə inamını qoruyur və meydanda sonadək aktiv qalmağa təşviq edir. ⚽️👏🔥

Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-...
30/05/2026

Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarında birinci qrup üzrə təlimlər sona çatıb.
Voleybol məktəbimizin baş məşqçisi Vadim Kutukov da seminarı yüksək qiymətlərlə başa vurub. Vadim müəllimi təbrik edir , uğurlarının davamını arzu edirik.

Bir əsrdən artıq əvvəl qazanılan bu Cümhuriyyət sadəcə tarix deyil — xarakterdir, iradədir, bayraq qarşısında verilən sö...
28/05/2026

Bir əsrdən artıq əvvəl qazanılan bu Cümhuriyyət sadəcə tarix deyil — xarakterdir, iradədir, bayraq qarşısında verilən sözdür.

Fenerbahçe Spor Okulları Azərbaycan olaraq illərdir uşaqlarımıza yalnız idmanı deyil, vətəninə faydalı olmağı, bayrağı sevərək daşımağı və qalib ruhunu öyrətməyə çalışırıq.

Bu gün meydançalarda böyüyən uşaqlar sabah Azərbaycanın adını daşıyacaq gənclərdir. Biz isə onların yolunda işıq yandırmağa davam edəcəyik.

Keçmişimizlə qürur duyur, gələcəyimizi birlikdə qururuq.

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

🇦🇿 Respublika Günümüz mübarək!

25/05/2026

Fenerbahçe İdman Məktəbində bir möhtəşəm turniri daha geridə qoyduq. Turnirdən unudulmaz anları sizlərə təqdim edirik

Gənc idmançılarımız həm bacarıqlarını nümayiş etdirdi, həm də əsl komanda ruhunu ortaya qoydu. Mübarizə, əzm və inkişaf dolu bir gün oldu.🏆🔥

Bütün iştirakçılarımıza və məşqçilərimizə təşəkkür edirik!

Fenerbahçe İdman Məktəbini unikal edən cəhətlərdən biri mütəmadi olaraq öz sahəsi üzrə öncül, ulduz şəxslərin ziyarətidi...
07/04/2026

Fenerbahçe İdman Məktəbini unikal edən cəhətlərdən biri mütəmadi olaraq öz sahəsi üzrə öncül, ulduz şəxslərin ziyarətidir. Bu ulduzlardan biri milli qürurumuz, hazırda aktiv voleybol həyatına davam edən Ayşən Abdüləzimovadır. Ayşən voleybol məktəbimizi ziyarət etdi, gənc idmançılarla birəbir görüşlər keçirdi və bu yola yeni başlamış qızlarla öz tövsiyələrini bölüşdü. Ayşənə bu faydalı ziyarət üçün öz təşəkkürlərimizi bildiririk!

Fenerbahçe ruhu meydanda! 💛💙Fəxri rəhbərimiz  və məktəbimizin yetirməsi  artıq Super Liqa səviyyəsində üz-üzə gəldi.Bu, ...
01/04/2026

Fenerbahçe ruhu meydanda! 💛💙
Fəxri rəhbərimiz və məktəbimizin yetirməsi artıq Super Liqa səviyyəsində üz-üzə gəldi.
Bu, doğru sistemin və düzgün inkişafın nəticəsidir.

Baharın gəlişini, yenilənmə və ümidin rəmzi olan Novruz bayramı, eyni zamanda mərhəmət, birlik və mənəvi zənginlik ayı o...
20/03/2026

Baharın gəlişini, yenilənmə və ümidin rəmzi olan Novruz bayramı, eyni zamanda mərhəmət, birlik və mənəvi zənginlik ayı olan Ramazan bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bu əziz günlərin həyatınıza sağlamlıq, sevinc, bolluq və mənəvi rahatlıq gətirməsini arzulayırıq. Qoy həm Novruzun yenilənmə enerjisi, həm də Ramazanın mənəvi dərinliyi sizə yeni uğurlar və gözəl başlanğıclar bəxş etsin.

Bayramlarınız mübarək olsun!

Address

Baku

Opening Hours

Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 16:00
Sunday 10:00 - 16:00

Telephone

+994555801907

Alerts

Be the first to know and let us send you an email when Fenerbahçe Spor Okulları Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Fenerbahçe Spor Okulları Azərbaycan:

Shortcuts

Share