R.Qasımov adına Paşabəyli kənd tam orta məktəbi

R.Qasımov adına Paşabəyli kənd tam orta məktəbi Ağdam rayon Paşabəyli kənd tam orta məktəbi

24/07/2026
22/07/2026

Milli mətbuatın yaranmasından 151 il ötür

Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm qoyması, dövlət və dövlətçilik dəyərlərinin formalaşması, milli şüurun oyanışı və özünüdərk prosesində milli mətbuatın rolu böyük və əvəzolunmazdır.
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 151 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.
Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.
Azərbaycanda mətbuatın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hazırkı inkişafını şərtləndirən əsas amillər dövlətin bu sahəyə yüksək səviyyəli diqqəti və media nümayəndələrinin söz, fikir və özünüifadə azadlığından sərbəst surətdə istifadə etməsi üçün hüquqi əsasların, həmçinin əlverişli şəraitin mövcud olmasıdır. Ölkəmizdə söz, fikir və özünüifadə azadlığı konstitusion əsasda təsbit edilib, hər bir yazılı və elektron KİV özünün hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin savaş günlərində dünyanın media orqanlarına verdiyi çoxsaylı müsahibələrdə səsləndirdiyi prinsipial mövqe jurnalistlərimizi həm qətiyyətləndirdi, həm də dövlətimizin başçısının irəli sürdüyü tezislər onları xaricdən edilən informasiya təxribatlarına qarşı mübarizənin müsəlləh əsgərinə çevirdi.
Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.
Bu sərəncam həm vətəndaşlarımızda barəsində söz açdığımız “Media savadlılığı”nın möhkəmləndirilməsi, həm də milli mətbuatımızın tariximizdə oynadığı rolun daha dolğun şəkildə çatdırılması naminə çağırışa çevrilməlidir. Prezident İlham Əliyev fəaliyyətində dəfələrlə göstərib ki, jurnalistlərin dostudur.
Ən çətin, ən ağır dönəmlərdə belə, mətbuatın yanında olub, medianın sosial-iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atıb. Bu gün də bu sərəncam bir daha təsdiqlədi ki, Azərbaycan dövləti milli söz azadlığının qorunmasına və mətbuatın inkişafına ciddi önəm verir.

15/07/2026

Azərbaycan-Slovakiya əlaqələri yeni inkişaf mərhələsindədir

Cənab Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanatda Azərbaycan-Slovakiya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. O bildirib ki, ölkələr arasında siyasi təmaslar müntəzəm xarakter daşıyır və qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Prezident qeyd edib ki, 2024-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin müddəaları uğurla icra olunur və bu, hər iki tərəfin güclü siyasi iradəsinin göstəricisidir. Dövlət başçısı görüş zamanı siyasi, iqtisadi, ticarət, energetika və hərbi-texniki əməkdaşlıq istiqamətlərində geniş fikir mübadiləsinin aparıldığını, nümayəndə heyətlərinin bu sahələr üzrə praktiki əməkdaşlığı davam etdirdiyini diqqətə çatdırıb. O, əlaqələrin yalnız dialoqla məhdudlaşmadığını, konkret layihələr və real nəticələrlə müşayiət olunduğunu bildirib. Prezident İlham Əliyev Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyi yüksək qiymətləndirərək, Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib. O, bu layihənin regionun yenidən qurulmasına mühüm töhfə verdiyini qeyd edərək Slovakiya tərəfinə təşəkkürünü ifadə edib. Bəyanatda həmçinin Prezident Peter Pelleqrinin Qarabağa səfərinin və səfər proqramına Şuşa ilə yanaşı Ağdamın da daxil edilməsinin iki ölkə arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin göstəricisi olduğu vurğulanıb. Prezident İlham Əliyev bu münasibətlərin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edərək, Azərbaycan və Slovakiyanın konkret nəticələrə əsaslanan əməkdaşlığa üstünlük verdiyini bildirib. Sonda dövlət başçısı Prezident Peter Pelleqrinin Azərbaycana ilk dəfə səfər etmədiyini xatırladaraq, onun əvvəlki vəzifələrində də Azərbaycanda olduğunu, parlament sədri, Baş nazir və Prezident kimi müxtəlif vaxtlarda ölkəyə səfərlər etdiyini, o cümlədən COP29 çərçivəsində Azərbaycanda iştirak etdiyini qeyd edib. Bu davamlı təmasların iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

https://www.facebook.com/share/p/1EdcGFZcJx/
03/07/2026

https://www.facebook.com/share/p/1EdcGFZcJx/

Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti çıxışında bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub. O qeyd edib ki, bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Azərbaycana səfər edib. Bu gün isə Avropa Komissiyasının Prezidenti Azərbaycanda səfərdədir. Prezident vurğulayıb ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Tərəfdaşlığın genişləndirilməsi və münasibətlərin möhkəmləndirilməsi istiqamətində hər iki tərəfin siyasi iradəsi münasibətlərdə görünməmiş dinamika yaradıb. O qeyd edib ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə böyük önəm verir və bu gün Avropa Komissiyasının Prezidenti və nümayəndə heyəti ilə geniş və məhsuldar gündəlik ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Cənab Prezident bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir və Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır. Region üzrə Avropa İttifaqı ilə ticarətin təxminən 70 faizi Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Dörd il əvvəl Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına yönəldilir və artıq İttifaqın 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün potensialın mövcud olduğu bildirilib.Dövlət başçısı qeyd edib ki, müasir dövrdə enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin əsas elementlərindən biridir. Azərbaycan enerji resurslarının ixracı üçün mühüm siyasi və diplomatik səylər göstərib, eyni zamanda neft və qazın nəqli məqsədilə geniş infrastruktur layihələrinə böyük maliyyə vəsaiti yatırıb. Prezident Cənub Qaz Dəhlizini bu əməkdaşlığın ən uğurlu nümunələrindən biri kimi qiymətləndirib və bildirib ki, uzunluğu 3500 kilometr olan vahid boru kəməri sistemi bu gün Azərbaycan qazının Avropaya nəqlində əsas arteriya rolunu oynayır.Prezident çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığa da toxunaraq bildirib ki, bağlantı məsələləri danışıqların mühüm hissəsini təşkil edib. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından və təşəbbüskarlarından biri olduğu vurğulanıb. Qonşu ölkələrlə və regionun digər dövlətləri ilə qurulan əməkdaşlıq formatı bütün tərəflər üçün faydalı nəticələr verir. Azərbaycandan keçən yükdaşımaların həcminin bütün istiqamətlər üzrə artdığı, ölkədə və regionda nəqliyyat infrastrukturuna böyük investisiyaların yatırıldığı və bu prosesin davam etdirildiyi bildirilib.Yeni geosiyasi reallıqlar fonunda dəniz limanlarının və dəmir yolu infrastrukturunun genişləndirilməsinə ehtiyac yarandığı, bu işlərin müəyyən edilmiş plan və maliyyə imkanlarına uyğun şəkildə həyata keçirildiyi qeyd olunub.Prezident diqqətə çatdırıb ki, Avropa Komissiyası ilə əməkdaşlığın yeni istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Görüş zamanı Azərbaycanın günəş, külək və su elektrik enerjisi potensialı, mövcud və gələcək ötürmə xətləri geniş müzakirə olunub. Bu sahədə də strateji tərəfdaşlıq imkanlarının mövcud olduğu vurğulanıb. Prezident bildirib ki, indiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsalına imkan verəcək. Bunun yalnız imzalanmış müqavilələr əsasında planlaşdırıldığı, gələcəkdə bu göstəricinin daha da artacağı qeyd olunub. Görüşdə regional təhlükəsizlik məsələləri, xüsusilə Azərbaycan ilə Ermənistan arasında uğurla davam edən normallaşma prosesi geniş müzakirə edilib. Onun sözlərinə görə, ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan Birgə Bəyannamə imzalayıb. Həmçinin ABŞ Prezidenti Tramp şahid qismində sənədi imzalayıb və tərəflər sülh sazişinin mətnini paraflayıblar. Prezident bunun nəticəsində de-fakto sülhün formalaşdığını və artıq bunun müsbət nəticələrinin müşahidə olunduğunu bildirib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan sülhün gündəlik həyatda hiss olunması üçün bir sıra birtərəfli addımlar atıb. Bu çərçivədə Ermənistana Azərbaycan ərazisi vasitəsilə yük daşımalarına tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb. Bildirilib ki, həmin məhdudiyyətlər vaxtilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı səbəbindən tətbiq edilmişdi. Bundan əlavə, Azərbaycanın Ermənistana benzin və dizel kimi mühüm yanacaq məhsullarının tədarükünə başladığı vurğulanıb. Mövcud geosiyasi şəraitdə bunun əhəmiyyətinin daha da artdığı qeyd edilib. Cənab Prezident sonda bildirib ki, Azərbaycan sülhün artıq real və hiss olunan bir anlayış olduğunu nümayiş etdirir. O xatırladıb ki, ölkənin torpaqları 30 il ərzində işğal altında qalıb, lakin Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü hərbi və siyasi vasitələrlə bərpa edib, daha sonra isə Ermənistana sülh təklif edib. Sülh artıq reallıqdır və əsas məqsəd onu daha da möhkəmləndirmək, uzunmüddətli və davamlı etməkdir. Prezident Avropa Komissiyasının bu istiqamətdə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib. Cənab Prezident qeyd edib ki, Avropa Komissiyasının Prezidenti də Komissiyanın regionda sülh prosesinə töhfə verməyə hazır olduğunu ifadə edib. Bu cür dəstək regiondakı müsbət dinamikanın güclənməsinə, Cənubi Qafqazın münaqişələrdən və ərazi iddialarından uzaq, əməkdaşlıq, tərəfdaşlıq və sülh regionuna çevrilməsinə xidmət edəcək.

16 iyun tarixində məktəbdə 2025-2026-ci tədris ilinin son Pedoqoji Şurası keçirilmişdir.Pedoqoji Şura Respublika Himnini...
16/06/2026

16 iyun tarixində məktəbdə 2025-2026-ci tədris ilinin son Pedoqoji Şurası keçirilmişdir.

Pedoqoji Şura Respublika Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılmışdır.

Məktəbin direktoru Quliyeva Şövqiyyə çıxış edərək gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmış, 2025-2026-ci tədris ilində görülmüş işlərin yekunu, qarşıya qoyulan və yerinə yetirilən vəzifələr barədə geniş məlumat vermişdir.

Daha sonra məktəbdə keçirilmiş müxtəlif monitorinqlərin nəticələri, həmçinin 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri ətraflı şəkildə müzakirə olunmuşdur.

Tədris-tərbiyə işləri üzrə direktor müavini il ərzində aparılmış dərs dinləmələri, qiymətləndirmələr, monitorinqlər barədə hesabat verərək şagirdlərin ümumi illik qiymətləndirilməsi, fənlər üzrə mənimsəmə və keyfiyyət göstəriciləri haqqında məlumat təqdim etmişdir. Müavin həmçinin buraxılış imtahanlarının nəticələrini təhlil edərək müəllim və valideynlər üçün çıxarılacaq nəticələri və növbəti tədris ili üçün prioritet istiqamətləri vurğulamışdır.

Təşkilati işlər üzrə direktor müavini də çıxış edərək il ərzində məktəbdə təşkil olunmuş tədbirlər, sinif rəhbərlərinin təşkilat saatlarının keçirilməsi, bu saatların monitorinqi, müəllim heyətinin növbətçilik fəaliyyətləri, şagirdlərin davamiyyəti və punktuallığı haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, məktəbdə planlaşdırılan tədbirlər tam icra olunmuş, şagirdlərin nizam-intizamına, tədbirlərdə və dərslərdə aktiv iştirakına xüsusi diqqət yetirilmişdir.
Pedoqoji Şurada həmçinin məktəbin Metodbirləşmə rəhbərləri də çıxış edərək, aid olduqları kafedralar üzrə 2025-2026-ci tədris ilində görülmüş işlər barədə məlumat verdilər.

Metodbirləşmə rəhbərlərinin çıxışları zamanı tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və metodiki işin təkmilləşdirilməsi məqsədilə qrşıya qoyulan vəzifələr xüsusi vurğulandı.

14/06/2026
SON ZƏNG: MƏKTƏBƏ VİDA, GƏLƏCƏYƏ SALAM!       Məktəbimizdə 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə XI sinif...
13/06/2026

SON ZƏNG:
MƏKTƏBƏ VİDA, GƏLƏCƏYƏ SALAM!

Məktəbimizdə 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə XI sinif məzunları üçün “Son zəng” tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəb rəhbərliyi, müəllimlər, valideynlər və qonaqlar məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladılar.
Şagirdlər tərəfindən hazırlanan musiqili-bədii kompozisiyalar, şeirlər və rəqs nömrələri tədbirə xüsusi rəng qatdı. Məzunlar məktəb illəri ilə bağlı xatirələrini bölüşərək müəllimlərinə və valideynlərinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin sonunda rəmzi “Son zəng” səsləndirildi və məzunlar üçün yeni həyat mərhələsinin başlanğıcı elan olundu.
Məktəbimizi bitirən bütün məzunlarımızı təbrik edir, onlara ali təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bu gün məktəbimizdə daha bir tədris ilinin son dərs günü yaşandı. Bir il boyunca zəhmətlə çalışan, bilik və bacarıqları ...
12/06/2026

Bu gün məktəbimizdə daha bir tədris ilinin son dərs günü yaşandı. Bir il boyunca zəhmətlə çalışan, bilik və bacarıqları ilə fərqlənən şagirdlərimiz təltif olundular.
Onların uğurları yalnız özlərinin deyil, müəllimlərinin və valideynlərinin də sevincidir. Əldə olunan hər bir nailiyyət əzmin, çalışqanlığın və məqsədə doğru inamla addımlamağın nəticəsidir.
Təltif olunan bütün şagirdlərimizi ürəkdən təbrik edir, gələcəkdə daha böyük uğurlara imza atmalarını arzulayırıq. Uğurlarınız daim bol olsun!

02/06/2026

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı Enerji Həftəsi”nin açılış mərasimində çıxışı zamanı ölkənin enerji siyasətinin keçdiyi inkişaf yolundan, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan və gələcək perspektivlərdən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, vaxtilə əsası qoyulan Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının formalaşmasında mühüm rol oynayıb və zaman keçdikcə regionun ən nüfuzlu enerji platformalarından biri olan “Bakı Enerji Həftəsi”nə çevrilib. Prezident qeyd edib ki, bu il Azərbaycanın enerji tarixində mühüm hadisələrdən birinin – “Şahdəniz” qaz yatağı üzrə müqavilənin imzalanmasının 30-cu ildönümü qeyd olunur. 1996-cı ildə imzalanan bu müqavilə ölkənin müasir qaz sənayesinin əsasını qoyaraq Azərbaycanın qlobal enerji bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Çıxışında beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətinə toxunan cənab Prezident “Bakı Enerji Həftəsi” münasibətilə ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Kir Starmer tərəfindən ünvanlanmış məktubları yüksək qiymətləndirib. O qeyd edib ki, bu cür mesajlar Azərbaycanın enerji sahəsində qazandığı uğurların və beynəlxalq nüfuzunun göstəricisidir. Dövlət başçısı son illər qlobal enerji siyasətində müşahidə olunan tendensiyalara da münasibət bildirib. O vurğulayıb ki, uzun müddət neft və qaz istehsal edən ölkələr müxtəlif təzyiqlərlə və əsassız ittihamlarla üzləşiblər. Bununla belə, dünya iqtisadiyyatının və sənayesinin inkişafı üçün ənənəvi enerji mənbələrinin hələ də mühüm əhəmiyyət daşıdığını qeyd edən Prezident enerji təhlükəsizliyinin qorunmasının bütün dövlətlər üçün prioritet məsələ olduğunu bildirib. Azərbaycan enerji siyasətində balanslaşdırılmış yanaşma tətbiq edir. Bir tərəfdən neft və qaz ehtiyatlarından səmərəli istifadə edilir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafına böyük həcmdə investisiyalar yönəldilir. Qlobal enerji siyasətinin gələcəyi məhz bu tarazlığın qorunmasından keçir. Çıxış zamanı Prezident Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sosial-iqtisadi vəziyyəti də xatırladıb. O bildirib ki, 1990-cı illərin əvvəllərində ölkə iqtisadi böhran, siyasi qeyri-sabitlik, işğal faktı və bir milyondan artıq qaçqın problemi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanın əsas çıxış yolu malik olduğu təbii sərvətlərin beynəlxalq əməkdaşlıq çərçivəsində səmərəli şəkildə istifadəsi olub. Prezident vurğulayıb ki, 1994-cü ildə imzalanan və sonradan “Əsrin müqaviləsi” adlandırılan enerji sazişi ölkənin inkişafında dönüş nöqtəsinə çevrilib. Bu müqavilə sayəsində Azərbaycan beynəlxalq investisiyalar üçün açıq və etibarlı tərəfdaş kimi tanınıb. Nəticədə enerji sektorundan əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, sosial rifahın yüksəldilməsinə və müasir infrastrukturun yaradılmasına yönəldilib. Dövlət başçısı qeyd edib ki, son otuz ildə Azərbaycan böyük transformasiya yolu keçib. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə qədər azalıb, işsizlik minimum səviyyəyə enib, ölkənin maliyyə dayanıqlığı əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcunu dəfələrlə üstələyir və ölkə bir çox beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya üçün etibarlı məkan kimi qiymətləndirilir. Prezident enerji gəlirlərinin yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu vəsaitlər hesabına müasir və güclü ordu formalaşdırılıb, müdafiə potensialı artırılıb və nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpası mümkün olub. Dövlət başçısı qeyd edib ki, iqtisadi güc və milli birlik ölkənin əldə etdiyi uğurların əsas amillərindəndir. Prezident bildirib ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, eləcə də Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Ümumi uzunluğu minlərlə kilometr olan bu infrastruktur sistemi Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirərək qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bu ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Son illərdə Azərbaycan qazına tələbatın artması ölkənin enerji tərəfdaşı kimi strateji əhəmiyyətini daha da yüksəldib. Prezident vurğulayıb ki, yaxın illərdə yeni yataqların istismara verilməsi hesabına ixrac həcmlərinin artırılması nəzərdə tutulur. Prezident “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi, Abşeron yatağı və digər perspektivli sahələr üzrə görülən işlərdən danışaraq bildirib ki, bu layihələr ölkənin qaz potensialını daha da genişləndirəcək. Bununla yanaşı, SOCAR artıq yalnız milli şirkət kimi deyil, beynəlxalq enerji oyunçusu kimi fəaliyyət göstərir və Yaxın Şərq, Afrika, Avropa və Mərkəzi Asiyada iri layihələr həyata keçirir. Dövlət başçısı Azərbaycanın enerji siyasətində bərpaolunan enerji sektorunun xüsusi yer tutduğunu da vurğulayıb. O bildirib ki, ölkədə günəş, külək və hidroenerji sahələrinə böyük sərmayələr yatırılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq yaşıl enerji zonası kimi inkişaf etdirilir və burada bir sıra hidroelektrik stansiyalar istifadəyə verilib. Gələn ilin sonuna qədər Azərbaycanda günəş və külək enerjisi üzrə istehsal gücü 2 giqavata çatdırılacaq, 2032-ci ilədək isə bu göstərici 8 giqavat olacaq. Bu layihələr ölkənin enerji balansını gücləndirməklə yanaşı, ixrac imkanlarını da genişləndirəcək. Çıxışda regional əməkdaşlıq və nəqliyyat-logistika layihələri də geniş yer alıb. Prezident bildirib ki, Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanı Gürcüstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan elektrik kabeli layihəsi və Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji dəhlizi üzərində işlər davam etdirilir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın uğurunun əsas səbəblərindən biri balanslaşdırılmış xarici siyasət və beynəlxalq əməkdaşlıq modelidir. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün həm qonşu dövlətlərlə, həm də daha geniş region ölkələri ilə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa nail olub. “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən müzakirələr, imzalanacaq yeni sazişlər və qurulacaq əməkdaşlıq əlaqələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə və regionda sabitliyin daha da güclənməsinə mühüm töhfə verəcək.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!

Address

Ağdam Rayon Paşabəyli Kəndi
Agdam

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when R.Qasımov adına Paşabəyli kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category